Britaniyadan Rusiyaya sarsıdıcı tarixi zərbə
Dunya
Oxunub: 22
25 fev 2026 | 14:00
Britaniyadan Rusiyaya sarsıdıcı tarixi zərbə


Rusiya-Ukrayna müharibəsinin dördüncü ildönümündə Böyük Britaniya Rusiyaya qarşı ən böyük sanksiya paketini elan edib və bu paketə təxminən 300 yeni təklif daxil edilib.

Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bəyanatda qeyd olunub ki, Böyük Britaniya Kremlin həyati əhəmiyyətli neft gəlirlərini kəsməklə qanunsuz müharibə aparmaq qabiliyyətini daha da zəiflədəcək tarixi sanksiyalar paketini təqdim edib.

Bəyanatda o da bildirilib ki, bu sanksiya paketi Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsindən bəri ən böyük sanksiya paketidir və əlavə olunur: "Bugünkü tədbir dünyanın ən böyük neft boru kəməri şirkətlərindən biri olan və Rusiyanın neft ixracının 80 faizindən çoxunu həyata keçirən PJSC “Transneft”i hədəf alır və Kremlin sanksiyalı nefti üçün alıcı tapmaq səylərini daha da çətinləşdirir.

Bəyanatda sanksiyaların həmçinin Rusiyanın qanunsuz neft ixracının qarşısını almağı hədəfləyən "kölgə donanması" kimi tanınan neft tankerlərini də hədəf aldığı əksini tapıb: "Yeni tədbirlər Rusiyanın ən böyük qlobal kölgə donanması operatorlarından biri və Rusiya xam neftinin əsas ticarətçisi olan "2Rivers" neft şəbəkəsindəki 175 şirkətə sanksiya tətbiq edilib".
Bəyanatda Rusiyanın bu günə qədər tətbiq edilən beynəlxalq sanksiyalardan 450 milyard dollardan çox itkiyə məruz qaldığı bildirilir və bu itkinin Rusiyanın Ukraynadakı müharibəsi üçün iki illik əlavə maliyyələşdirməyə çevrildiyi bildirilir.

Rusiyanın kölgə donanmasının Britaniya hökuməti üçün əsas hədəf olduğu qeyd edilən bəyanatda, eyni zamanda Böyük Britaniyanın indiyə qədər Rusiya ilə əlaqəli 3000-dən çox şəxsə, təşkilata və neft tankerinə sanksiyalar tətbiq etdiyi bildirilir.

Böyük Britaniyanın bu gün açıqladığı sanksiyalar paketinə 49 silah istehsalçısı və fərdi şəxs, 3 mülki nüvə enerjisi şirkəti, mayeləşdirilmiş təbii qaz ixracından məsul olan Portovaya və Vısotsk terminalları da daxil olmaqla 6 obyekt və 9 Rusiya bankı daxildir.

Qeyd edək ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen də Rusiyaya qarşı maksimum təzyiqin davam etməsinə toxunaraq deyib ki, tezliklə 20-ci sanksiya paketini qəbul edəcəyik: “Sanksiyalarımız Rusiyanın gəlirlərini azaltmağa və müharibə maşınını zəiflətməyə davam edəcək".
Dünən, 21:47
Prezident İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış olub - YENİLƏNİB
Dünən, 15:30
Tiflisə “ikinci Qarabağ”ın “həlli” təklifi - Moskva yeni vasitəçi roluna girməyə çalışır
Dünən, 14:22
"Qarabağ"dan kimlər gedəcək?
Dünən, 14:00
Britaniyadan Rusiyaya sarsıdıcı tarixi zərbə
Dünən, 12:35
Ərdoğan: Hər bir oyunu pozmağa və sui-qəsdi puça çıxarmağa hazırıq
Dünən, 12:28
Prezident Lənkəranda açılışda - FOTO
Dünən, 12:00
Trampdan etiraf: İran Avropanı və bazalarımızı vuracaq raketlər hazırlayıb
Dünən, 11:55
Azərbaycanda qız tələbələr şantaj edilir? - Polisdən açıqlama
Dünən, 11:29
Prezident Küveyt Əmirini təbrik etdi
Dünən, 11:23
Sabah bu yollar bağlanacaq - Sürücülərə XƏBƏRDARLIQ
Dünən, 10:58
Azərbaycanda kafedə partlayış: Ölən var
Dünən, 10:22
Bu gün Azərbaycandan Ermənistana 4500 ton dizel göndəriləcək
Dünən, 10:15
Bakıdan Laçına ilk avtobus marşrutu yola düşdü - Fotolar
Dünən, 10:10
Leyla Əliyeva Vətən Müharibəsi Qəhrəmanının ailəsini ziyarət etdi - Video - Fotolar
Dünən, 10:02
“Rusiyada dayımgilin evinə daxil olub hamını döyüblər, mənzili dağıdıblar”
Dünən, 09:57
Azərbaycan Türkiyəyə başsağlığı verdi
Dünən, 09:51
“İran ABŞ-ni vura biləcək raketlər hazırlayır”
Dünən, 09:39
Leyla və Alena Əliyevalar Qubada - Fotolar
Dünən, 09:32
Yadplanetlilər Yerə 2027-ci ilə qədər vaxt verib - Kosmonavtın qeydləri tükürpədicidir
Dünən, 09:28
Abbas Əraqçı: "ABŞ ilə misilsiz saziş bağlamaq üçün tarixi fürsətimiz var"
Dünən, 09:00
"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb
24-02-2026, 16:00
Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
24-02-2026, 15:30
Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
24-02-2026, 14:22
Vatsapda çoxdan gözlənilən - Yenilik
24-02-2026, 14:00
İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
24-02-2026, 13:18
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
24-02-2026, 12:10
Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?