Sakinlər Prezidentə şikayət etdilər: "“21-ci əsr” məktəbi ərazidə nə istəyir onuda edir..."
Bolge
Oxunub: 435
4 in 2022 | 20:44
Sakinlər Prezidentə şikayət etdilər: "“21-ci əsr” məktəbi ərazidə nə istəyir onuda edir..."


Teref.az-ın poçtuna başda Prezident İlham Əliyev olmaqla bir çox nazir və idarə rəhbərlərinıə ünvanlanmış Nəriman Nərimanov prospekti ev 201, 203, İnşaatçılar prospekti 28, İnşaatçılar 36 ünvanlarda yaşayan sakinlər tərəfindən yazılmış şikayət məktubunun surəti daxil olub.
Qeyd etmək istəyirik ki, bu sakinlərin şikayətini biz saytımızda bir dəfə işıqlandırmışıq.Lakin sakinlərin xahişi ilə yenidən bu problemə qayıdırıq!
Şikayətçi sakinlər yazır:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyeva
Azərbaycan Respublikasının Birinci vitse-prezienti xanım Mehriban Əliyevaya
İctimai xadım Leyla İlham qızı Əliyevaya
Azərbaycan Respublikası Nazirlər kabinetinin sədri cənab Əli Əsədova
Surəti: Bakı səhər icra hakimiyyətinin başcısı cənab Eldar Əzizova
Surəti: Bakı şəhəri, Yasamal rayonunun icra hakimiyyətinin başcısı cənab Elşad Həsənova
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev
Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova
Surəti: Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi Hikmət Abbasova
Azərbayсan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazova

Azərbaycan Respublikası Baş prokuroru Kamran Əliyeva

Bakı şəhəri Yasamal rayon Prokuroru Elman Süleymanova

Təhsil nazırı Emin Əmrullayeva

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyeva
Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədova
Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini
polis polkovnik-leytenantı Piriyev Namidana
Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı Erkin Toğrul oğlu Qədirli
Bakı şəhəri Nəriman Nərimanov prospekti ev 201, 203, İnşaatçılar prospekti 28, İnşaatçılar 36 ünvanlarda yaşayan sakinlər tərəfindən


ŞİKAYƏT
Bildirmək istəyirik ki, Hazırda yaşadıqlarımız ünvanlarda həyət sahəsində çox bərbad vəziyyət yaranıb. Buna əsas səbəb, həmin ərazidə fəaliyyət göstərən “21-ci əsr” məktəbidir. Son bir neçə il ərzində məktəb əlavə binalar tikərək öz ərazisini xeyli genişləndirmişdir. Genişlənmə binalara məxsus həyət sahələrinin zəbt olunması hesabına həyata keçirilmişdir. Onu da qeyd etmək istəyirik ki, genişlənmə zamanı bir çox ağaclar qeyri-qanuni olaraq məhv edilmişdir. Faktiki olaraq məktəb və yaşayış binaları arasında qanunvericilikdə müəyyən olunmuş məsafə nəzərə alınmayıb. Bundan əlavə, məktəbin rəhbərliyi, çox saylı əməkdaşları və şagirdlərin valideynləri bizim həyəti avtomobil dayanacağı kimi istifadə edirlər. Sakinlər tərəfindən dəfələrlə məktəb rəhbərliyinə müraciət olunub ki, dərslər başlayan və bitən vaxtlarda yaranan vəziyyətə - tıxaca, güclü səs-küyə, pandemiya dövründə insanların sosial məsafə saxlamamasına – ciddi nəzarət edilsn. Lakin bütün müraciətlər cavabsız qalıb. Nəticədə, qeyd edilən ünvanda yaşayan və avtomobil sahibləri olan sakinlər çox böyük çətinliklərlə qarşılaşır. Belə ki, səhərlər maşın çoxluğu səbəbindən sakinlər çıxa bilmir, axşamlar isə evə qayıdarkən maşın saxlamaq üçün yer tapa bilmirlər. Hətta məktəbə uşaqları gətirən valideynlər və sürücülər tərəfindən yerli sakinlərə qarşı kobud davranış halları baş vermişdi. Üstəlik, məktəbə gedib-gələnlər daimi həyətin ərazisini avtomobil yolu kimi istifadə edilməsi həyətdə oynayan uşaqlar üçün təhlükə yaradır.
Sakinlər tərəfindən məktəb rəhbərliyinə dəfələrlə müraciət etməsinə baxmayaraq, hər hansı bir tədbir görülməyib və sakinlərin rəyi nəzərə alınmır. Bu acınacaqlı vəziyyətin qarşısını almaq və həyətdə avtomobillərin hərəkətini nizamlamaq məqsədiylə, 08.11.2021 tarixində Bakı Nəqliyyat Agentliyinin yazılı razılığı ilə sakinlərin öz hesabına həyətdə şlaqbaum quraşdırılmışdır. Bu barədə məktəb rəhbərliyi əvvəlcədən xəbərdar olunmuşdu, lakin 30.11.2021 tarixində fövqəlada hallar nazirliyi nümayəndəsi tərəfindən şlaqbaum sökülməsinə cəhd edilib. Buna səbəb kimi, “21-ci əsr” məktəb tərəfindən şlaqbaum haqqında daxil olan şikayət qeyd olunub, halbuki şlaqbaumun quraşdırılması hər hansı bir təhlükə yaratmırdı və zəruri hallarda istər Tibbi yardım, istərsə də FHN maşınlarının həyətə problemsiz daxil olması üçün tədbirlər görülmüşdür. Nəhayət, 06.12.2021 tarixində Yasamal rayon icra hakimiyyəti, FHN, polis, və MKİS işciləri tərəfindən şlaqbaum söküldü.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin vətəndaşların hüquqlarının qorunması, ictimai nəzarətin zəruriliyi barədə dəfələrlə bəyan edildiyini nəzərə alaraq, Nəriman Nərimanov prospekti ev 201, 203 və İnşaatçılar prospekti ev 28, 36 ünvanlarındakı həyət sahələrinin qorunması, sakinlərin həyətdə təhlükəsiz hərəkət edilməsi, avtomobil sahibi olan sakinlərin rahat şəkildə öz nəqliyyat vasitələrinin saxlanması üçün dəstək olmağınızı xahiş edirik və bizim həyət sahələrinin aidiyyəti olmayan avtomobillər tərəfindən yol kimi istifadə edilməsinin qarşısnı almağı xahiş edirik.
Hörmətli cənablar və hörmətli Mehriban xanım,
Bu müracəitimiz heç də “21 əsr” məktəbinin bağlanması məqsədini güdmür. Müraciətimizin əsas mahiyyətini Sizlərə bildirməkdən ötrü adı çəkilən məktəbə toxunuruq.
Bundan öncəki məktubumuzdan sonra nə Təhsil nazirliyi, nə Yasamal icra hakimiyyəti bizim problemi həll etmədilər. Əksinə, problem genişlənib və artıq digər qonşu binaların sakinləri də öz narazılıqlarını bildirir. Şlaqbaumu məktəbin şikayəti əsasında sökdürəndən sonra yenə məktəbin maşın seli həyətdən keçməyə başladı. Məcbur olub öz maşınlarımızla həyətdən keçən yolu bağlamalı olduq. Bundan sonra məktəb yeni yolu çəkdi. Ancaq, yeni yol istifadəyə veriləndən sonra da yenə işlək yol həyətin içidir və üstəlik həyətdə hərəkət ikitərəfli olub, yenə tıxaclar yaranır. Baxmayaraq ki, BNA məktəbə 40 maşınlıq duracaq yeri təşkil edib, yenə bizim 20 maşınlıq ərazimızdə məktəbin maşınları saxlanılır. Bundan əlavə AFB bankın, Capital Tower, “Rent a car”, “Belarusski” mağazasının müştəriləri və işçilərinin maşınları da həyətin ərazisində saxlanılır . AFB banka müraciət etməyimizə baxmayaraq, belə bir cavab ünvanlayıblar “... Bankın əməkdaşlarının Bankdan kənar hərəkətlərinə rəhbərlik heç bir məsuliyyət daşımır. Bu məsələ ilə bağlı iradlarınızı həmin şəxslərin özlərinə bildirməyiniz tövsiyyə olunur”.
Biz öz həyətimizdə qonaq olmuşuq, işdən qayıdandan sonra həyətdə yer tapmayıb başqa yerlərdə saxlamalı oluruq. Bir tərəfdən məktəbin maşınları, digər tərəfdən ətrafdakı obyektlərin sayının artması, həyətdəki sakinlərin rahatlığını və dinc yaşayışını tamamılə pozur.
Təhsil Nazırliyinin yazdığı məktubda məktəbin qazanxanası və yanğın söndürmə nərdivanları olmasına istinad edilir. Əgər məktəb rəhbərliyi doğrudanda məktəb uşaqlarının qayğısına qalırsa, eyni dərəcədə yad uşaqların təhlükəsizliyini hər zaman və hər yanda gözləməlidir. Məktəbin uşaqları uşaqdır həyətinkilər yox???? Məktəbin maşın seli binaların giriş və çıxışını bağlayır və həyətdəki piyadalar üçün təhlükə yaradır. Həyətdə olan ikitərəfli yol hərəkəti həm həyət, həm məktəb uşaqları üçün təhlükəlidir. Fövqalada hall yaranan zaman həyətə nə yanğınsöndürən maşın, nə təcili yardım maşınları keçə bilməyəcəklər. Biz özümüz keçə bilmiriksə onlar necə keçəcək?
Bu həyətdə yaşamasanız problemi başa düşməyəcəksiniz. Şlaqbaumun quraşdırılması isə məcburi hall idi. Problemin mahiyyətinə varmadan şlaqbaumu qırmaq olmaz. Şlaqbaumu qırmaqla həyəin problemi həll olmur. Şlaqbaum həyət sakinlərini qoruyurdu, onun qırılması bizim üçün ölümdür. Hər halda insanlar yaxşı gündən şlaqbauma pul yığmırlar. Hər şlaqbaumu da qırmaq olmaz!
Sakinlər 2019-cu ildə Yasamal rayonu icra hakimiyyətinə məktubla müraciət etdilər və problemi həll etmək əvəzinə tövsiyə olundu DYP-yə müraciət edək. Və geyri rəsmi olaraq bildirildi ki, Arif Qaraşev imkan verməyəcək orada şlaqbaum quraşdırasınız.
Pandemiyadan qabaq həyətin yaşlı nəsil nümayəndələri Arif Qaraşovun yanına gedib ondan məktəb tərəfdən şlaqbaumun qoyulmasını xahış etmişdi, bizdə oz tərəfimizdən şlaqbaumun qoyulmasını öz boynumuza göturdük. Lakin vaxt gedirdi ancaq dediyinə əməl etmirdi, həyətdəki vəziyyətdə getdikcə pisləşırdi. Valıdeyinlərin sakinlərə qarşı hörmətsiz münasibəti sakinlərə cana yığmışdı. Sakinlər öz təhlükəsizliyini və sakitliyini təmin etməkdən ötrü, BNA icazəsi əsasında ,öz təşəbbüsləri ilə, vəsait toplayıb şlaqbaum quraşdırdılar. Lakin məktəb rəhbərliyinin şıkayəti nəticəsində heç 1 ay keçmədən şlaqbaqum sökdürüldü və yenə məktəbin maşınları həyətin ərazisindən keçməyə başladılar. Maşınlar, hətta, blokların qabağı ilə, səkilərin həyatına təhlükə yaradarq sürürlər. Bloklardan uşaqlar çıxa bilərlər, və bu çox təhlükəlidir. Şənbə-bazar günləri isə kənar maşınların yüksək sürətlə keçmklər müşahidə olnuur. Həyəti məktəbin maşınları trassa çeviriblər.
Bu artıq illərdir davam edir. Sakinlərin səbri tükənib. Problemin tezliklə həll olunması üçün bütün zəruri tədbirlər görülməsə, çox ciddi fəsadlar yarana bilər.
Birdə , Yasamal İcra hakimiyyətinin ünvanladığı məktubda istinad olunur ki, güya həyət sakinlərinin içində narazı olanlar var. Narazı olanlar başqa bina sakinləridir, hansılar ki bizim həyətdə maşınlarını saxlayırdılar. Problemin həll etməkdənsə müxtəlif bahanələr gətirilir.
Bizim binalar “Memarlar” və “Rəssamlar” binası adlanır 1958 -1959 inşa edilib, binanın ərazısı dövlət tərəfindən bina sakinlərinin istifadəsinə verilib. Beləliklə, şlaqbaumun quraşdırılması həyət sakinlərinin istifadəsində olan torpaq sahəsində quraşdırılıb, bu halda bu bina sakinlərinin xüsusi mülkiyyətidir, sakinlər öz vəsaitləri hesabına həyəti təmir edirlər ,belə olduğu hallda, sakinlərin ixtiyarındadır kimi həyətə buraxmaq, kimə isə mədudiyyət qoymaq.
Problem ondadır ki, Arif Qaraşevın bizim binanın həyətinə iddiası var, ya uşaq meydançasını ələ keçirmək istəyir, ya maşınlarnan insanlarda qıcıq oyadır. “Ora pul vermişəm mənimdir, bura pul vermişəm mənimdir.”. Danışmışdıq yol açılandan sonra bir birimizə maneçilik törətməyək. Ancaq yenə maşınları həyətdən keçir, köməkçi yoldan istifadə olunmur, məktəbin maşınları parlovkaya keçirlər. Ancaq özlərinə necə sərf edir elədə edirlər. Məktəbin statusundan sui-istivadə edib bu ərazıdə heqemonluq, hökmranlıq edir. Özünü elə göstərir güya sakinlərin xeyrinə çalışır. Sakinlərin tənqidinə etinasızlıq göstərir, suallarımızı cavabsız qoyulur, eşidilmir. Öz hərəkətlərində çox rahat və arxayındırlar. İndiyənə kimi məktəb boynuna almır şlaqbaumun onların şıkayəti əsasında sökürüldüyünü. 2001 ildən ancaq həyətin sahəsini istismar edilir.
Hansı fövqalada haldan danışılır? Arif Qaraşevın bu həyətə düşməyi elə fövqalada haldır. Ancaq bizim əsəbimiz, sağlamlığımız hesabına pullar qazanılır. Bu məktəbin naliyyətlərindən çox baş ağrısı var. Hanı bu məktəbin 700 demirik 600 bal yığan şagirdləri? Məktəbin rəhbərliyi üçün məktəb “obyektdir”. Təfəkkür - budur! Bu düşüncədə olan insanlar nə tərbiyə verəcəklər?
Biz birdə vurğulayırıq. Bu “pristroyka” tikilən zaman nə Bakı nə Yasamal İcra hakimiyyəti tərəfindən, nə tikinti şirkəti tərəfindən sakinlərə xəbərdarlıq olunmayıb, sakinlərin rəyi nəzərə alınmayıb. Əksinə, sakinlər bacardıqları müqaviməti onlara göstəriblər. Buna baxmayaraq bir gecə ərzində ağaclar məhv olub və binanın işaasına başlanılıb. Və üstəlik binanın tikintisi zamanı ciddi pozuntulara yol verilib. Birdə vurğulayırıq, məktəb binasının qanuni tikili olmasına şübhəmiz var.
Məktəb binasının öz infrastrukturu olmalıdır harda oldu məktəb tikmək olmaz! Harda görsənib həyətin içində məktəb tikilsin? Yasamal İcra başçıları necə onda görmürdülər eləcədə indi həyətdəki vəziyyəti görmürlər. Eləcədə DYP. Şəhərin mərkəzində, burunlarının qabağında olanları görmürlər, ya görmək istəmirlər? DYP gündə necə dəfə keçir N. Narimanov və İnşaatçılar pr. görmürlər? Sizdə görmürsünüz? O məmurları iş başına təyin ediblər Qaraşev kimilərə himayədarlıq etməyə ya sadə Azərbaycan vətəndaşının yanında olmağa? Bunlarla bir həyətdə qonşuluq etmək mümkün deyil! Münaqişəlidirlər. Bir dövlət qurumu problemin həll yolunu göstərmir.
Bu məktəb tək bizim üçün yox bütün ətraf binalar üçün baş ağrısıdır. “Rəssamlar binası” yorulub məktəblə mübarızə aparnaqdan. Onların həyətlərinin bir tərəfi bağlıdır, məktəbin maşınları dönməyə keçəndə tıxac yaranır. Valıdeyinlər tərəfindən şlaqbaumları necə dəfə qırılıb. Şlaqbaum bizim həyətləri qoruyur, bizim sakitliyimiz, dincliyimiz deməkdir.
Biz şlaqbaumun bərpasını tələb edirik. Şlaqbaumlar bütün sivil ölkələrdə tətbiq olunur.
Kim imza atıbsa bu binanın tikilməsinə indi məktəbi ayırsın həyətdən, ya yer verin bunlara başqa yerdə məktəb tiksinlər. Bizim konstitusiya haqqlarımız pozulur bu nə münasibətdir? Bizim maneəsiz, təhlükəsiz öz “dranka” evlərimizə keçməyə haqqımız var, bunu bizə heç kəs qadağa edə bilməz! Bizim binalarda dövlət və xalq qarşısında xidmətləri olan insanlar yaşayır. Budur onlara qoyduğunuz hörmət? Necə məktub yazılmalıdır ki siz bizim problemimiz ilə maraqlanasınız?

İmzalar yığılan zaman, məktəb rəhbərliyi həyətə aid olan üşaq meydançasında təmir işləri aparmağa başlayıb. Sakinlər narahatdırlar. Bildiyimizə görə, sakinlərə meydancaya vaxt məhdudiyyəti qoyulacaq. Bu nə deməkdir? Nə vaxta kimi bu həyətdə sakinlərin konstitusiya hüquqları pozulacaq? Yəni özbaşınalıq görün hansı həddə çatmışdır ki, sakinlərin öz uşaq meydançalarına belə məhdudiyyət qoyulur və yığdığları pul ilə tikilmiş şlaqbaumlar sabiq məmurun göstərişi ilə sökülür. Ümid edirik ki, biz sakinlərin, pozulmuş hüquqları bərpa olunacaq və sakinlərin ümumi mülkiyyətində olan həyətyanı sahəyələr Nərimanov prospekti və İnşaatçılar prospekti ilə hərəkət edən avtomobillərin daxil olmasının qarşısı alınacaqdır, uşaq meydançasına məhdudiyyət aradan qaldırılacaq.

XAHİŞ EDİRİK:
Bakı şəhəri, Nərimanov prospekti ev 201, 203, İnşaatçılar pr.28, İnşaatçılar 36 ünvanlarında həyətyanı sahədə:
1. qanuna müvafiq olaraq, bütün qaydalara riayət etməklə Fövqəladə Hallar Nazirliyinin və Bakı Nəqliyyat Agentliyinin nəzarəti altında bina sakinlərinin təhlükəsizliyini nəzərə alınaraq yuxarıda görsədilən həyətyanı sahədə şlaqbaumun bərpa edilsin və ya Nərimanov prospekti ilə hərəkət edən avtomobillərin binanın həyətyanı sahəsinə daxil olaraq sıxlıq, hərəkət məhdudiyyəti yaratmasının qarşısı alınsın.

2. Bina sakinlərinə aid olan uşaq meydançasına vaxt məhdudiyyəti qoyulmasın (bağlanması) və birdəfəlik məktəb rəhbərliyinə bildirilsin ki, ərazıdə olan uşaq meydançaları həyət sakinlərinə aiddir və ümumi istifadə üçün nəzərdə tutulub.

Hörmətlə, sakinlər

Sakinlər Prezidentə şikayət etdilər: "“21-ci əsr” məktəbi ərazidə nə istəyir onuda edir..."
Sakinlər Prezidentə şikayət etdilər: "“21-ci əsr” məktəbi ərazidə nə istəyir onuda edir..."
Sakinlər Prezidentə şikayət etdilər: "“21-ci əsr” məktəbi ərazidə nə istəyir onuda edir..."
Sakinlər Prezidentə şikayət etdilər: "“21-ci əsr” məktəbi ərazidə nə istəyir onuda edir..."
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
26-04-2024, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...