Gəncə səhiyyəsinin NƏQLİYYAT DƏRDİ... - "103" çağıranda çürük RAF gəlir...
Bolge
Oxunub: 463
31 may 2022 | 19:49
Gəncə səhiyyəsinin NƏQLİYYAT DƏRDİ... - "103" çağıranda çürük RAF gəlir...


Ötən gün, günün lap günorta çağı Gəncənin mərkəzində ölümlə nəticələnən avtomobil qəzasına mən də şahidlik etdim. Şəhərin Atatürk prospektilə hərəkət edən 15 saylı marşrut avtobusunun piyadanı vurması, zərərçəkmişin asfalta uzanıqlı şəkildə qan içində qalması acı mənzərə idi. Ondan da acısı, qəzanı törədən "İveco Otoyol" markalı sərnişin avtobusunun sürücüsünün ehtiyatsızlıqdan adam öldürməyə görə cinayət məsuliyyətinə cəlb ediləcəyi, yolu keçmək istəyən 1972-ci il təvəllüdlü Ruslan İbrahimzadənin olaydan qısa zaman sonra dünyasını dəyişməsidir. Allah mərhuma rəhmət etsin, sürücüyə də səbr nəsib eləsin. Sərnişin avtobusunun müqəssir sürücüsünün üzündəki peşimançılığı, çarəsizliyi gördüyüm üçün onu suçlamadan, sürdüyü yarıtmaz və istismara yararsız avtobusu reysə buraxan binəvaları hələlik tənqid etmədən qəzadakı digər mühüm bir detala diqqət ayıracağam.

Həm aparıcı media, eləcə də rəsmi qurumlar məlumat yayıblar ki, mərhum xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Bu iddia doğru ola bilər, inanmaq da lazım gəlir. Çünki, bunun paralelində açıqlama soraq və düşünək ki, hadisədə orada olanların "103"-təcili tibbi yardım mərkəzinə çoxsaylı zənglərinə baxmayaraq, ölkənin ikinci böyük şəhərinin TTY stansiyası hadisə yerinə göndərməyə bir maşın tapa bilməmişdi. Yəni, üçbaşlı ölkə səhiyyəsinin əjdərhalar"ı Gəncədə olan təcili yardım maşınlarını öz maddi maraqlarına görə 30 dəqiqədən tez imdada yetişdirə bilməmişdilər. Gəncədə təcili yardım işi görün necə yarıtmaz qurulub ki, olay yerindən bir neçə dəqiqəlik məsafədə yerləşən stansiya insan həyatının xilasının bəzən dəqiqələrdən, saniyələrdən asılı olduğunu heçə saymışdı. Bu demək olar ki, əksər çağırışlarda müşahidə edilən bəd tendensiyadır ki, buna baxmayaraq, Gəncə TTY stansiyasında çalışan kimlərsə vicdansızcasına, utanmadan maaş ala bilirlər.

Diqqət edin, mərhumu xəstəxanaya aparmağa gələn maşın texniki baxışdan belə keçməmişdi, qırıq-salxaq, yesir günündə olan, öz canını sovetin dövründən tapşırmış bir RAF idi. Birtəhər yuxarıdan aşağı yellənən köhnə maşının içinə yerləşdirilən xərək belə köhnə idi, RAF-ın çürümüş iç salonu da xəstəxanaya bir yaralı çatdırmaq üçün dizayn edilməmişdi. Məcburən o diyirlənən dəmirə əyləşib köməyə gələn tibb işçiləri də yaxşı anlayırdılar ki, maşında ən adi bir reanimasiya qurğusu, xəstəxanaya çatanadək zavallıya sistem qoşmaq üçün bir tutacaq belə mövcud deyildi. "Ona görə onlar da utanırdılar"-deyə düşünürəm.

Bu hal aidiyyatı dövlət qurumlarını, Gəncə sakinlərini çox ciddi şəkildə düşündürməlidir. Və bircə hadisə aydın şəkildə göstərir ki, hazırda TƏBİB təcili yardım məsələlərinə laqeyid yanaşır, dövlətin bu istiqamətdə gördüyü işləri kölgə altına atmaqla yalnız qazanc düşünür. Belə ki, təkcə 2008-ci ildə Gəncədə əhaliyə təcili tibbi yardımın səviyyəsini yüksəltmək məqsədi ilə şəhərə ən müasir avadanlıqla təchiz olunmuş 9 ədəd “Mercedes” avtomaşınları gətirilib. Bu say növbəti illərdə də artırılıb. TƏBİB qurulandan sonra ölkəmizə 100-lərlə müasir ambulansların alındığına dair məlumatlar tirajlanıb. Lakin, həmin müasir avtomaşınlar şəxsi əllərə verilməklə təyinatından kənar fəaliyyətlərə cəlb edilib, yalnız rüşvət müqabilində fərdi çağırışlara gedərək özlərinə pul qazanırlar. "Mersedes"lərin sürücüləri tərəfindən evlərində saxlanması, istənilən vaxt ölkə ərazisində "pul qazanması" bir reallıqdır. Maşınlara formal olaraq yanacaq və digər texniki təchizatı, gündəlik "putyovka"ların yazılması, pulların silinməsi sadəcə maddi-mənəvi cinayətdir. Ona görədir ki, həmin gün bircə çağrıya Gəncədə müasir maşın tapılmayıb, göndərilən də quruca yardıma düz 30 dəqiqə gecikib ki, o maşına mindirilən istənilən yaralı zatən ölümün pəncəsinə atılmış can kimidir.

Kim bilir, bəlkə də əhaliyə xidmətdən "gizlədilən" "Mersedes"lər operativ olaraq məkana yetişsəydi, mərhumun həyatda qalması üçün xəstəxanaya çatıncayadək ilkin tibbi yardım göstərilməsi üçün reanimasiya qurğuları, defibrilyator, ağ ciyərin süni ventilyasiyası, müasir EKO aparatı və sair istifadə edilmiş olsaydı bir insan ömrünü xilas etmək mümkün olardı.

Təəssüf ki, TƏBİB-in Gəncədəki mükəlləfləri, dövlət əmlakını xalqın xidmətindən ayıraraq cib dolduranlar başqa cür düşünür, bu səbəbdən də ölkədə bütün müasir "SKORU"lar sadəcə arendalardadır. Köhnə RAF-lar isə hər çağırışda "diri-ölü" daşıyır.
Osman Nərimanoğlu
Demokratik.Az
Bu gün, 14:41
Bakıda deputatla qarpızsatan arasında İNSİDENT
Bu gün, 14:34
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin direktorunu qəbul etdi
Bu gün, 14:22
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Bu gün, 14:00
Marketlərdə böyük dəyişiklik - 2 gün sonra BAŞLAYIR
Bu gün, 13:39
Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur
Bu gün, 13:29
Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Bu gün, 13:21
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
Bu gün, 13:10
Prezident Kobaxidzeyə zəng etdi
Bu gün, 13:03
Vəzir Həsənovun idarəsində yoxlama, cəzalandırılanlar var - Yenilənib
Bu gün, 11:57
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bu gün, 11:43
Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar
Bu gün, 10:54
Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
Bu gün, 10:49
Prokurorlar ağac əkdilər - Fotolar
Bu gün, 10:45
Dövlət rəsmiləri Bakıda forumda
Bu gün, 09:59
Bu gün Qazaxıstanda milli matəm günüdür
Bu gün, 09:51
Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı
Bu gün, 09:31
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bu gün, 09:30
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
Bu gün, 09:27
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
Bu gün, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər