“İcra başçısı torpağımı əlimdən alıb, öz adamlarına verdi” - NARAZILIQ VAR!
Bolge
Oxunub: 620
28 may 2022 | 18:50
“İcra başçısı torpağımı əlimdən alıb, öz adamlarına verdi” - NARAZILIQ VAR!


Tovuzun Aran Yanıqlı kəndinin sakini Nurəddin Abbasov deyir ki, onillərdir təsərrüfat məqsədilə istifadə etdiyi torpağını əlindən alıblar.

Kənd sakini baş verənlərə görə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovu günahlandırır. Dia.az-ın məlumatına görə, 67 yaşlı Nurəddin Abbasov Meydan TV-yə danışır ki, 1995-ci ildə kəndli-fermer təsərrüfatı yaradıb, əkinçiliklə məşğul olmaq üçün Dövlət Fondundan 8 hektar torpaq sahəsi alıb.

Onun sözlərinə görə, 2017-ci ilə qədər həmin torpaq sahəsindən ailəsini dolandırmaq üçün istifadə edib, əkin-biçinlə məşğul olub.

“Mən o tarpaq sahəsini Dövlət Torpaq Fondunun Xalq Deputatları Sovetinin qərarıyla daimi istifadə üçün almışdım. Uzun illər orada taxılçılıqla məşğul olurdum, yonca əkirdim. Ailəm, övladlarım var, onları bu torpağın və zəhmətimin hesabına dolandırırdım. Mən kəndli adamam, bu yaşımda başqa harada işləyə bilərəm? Torpağımı əlimdən almaq ailəmin dolanışıq mənbəyini bağlamaq deməkdir”, – Nurəddin Abbasov belə deyir.

O bildirib ki, Məmməd Məmmədov Tovuza icra başçısı təyin ediləndən sonra 20 ildən artıq istifadə etdiyi torpaq sahəsini əlindən alıblar. Torpaqla bağlı əlindəki sənədləri təqdim etsə də, xeyri olmayıb. Bundan sonra iş məhkəmə müstəvisinə çıxıb.

Bu mübahisəyə Gəncə İnzibati Məhkəməsində baxılıb və çıxarılan qərar fermerin xeyrinə olub. Amma Gəncə Apelyasiya Məhkəməsi sonradan bu qərarı ləğv edib:

“Düzü, yuxarı instansiya məhkəməsinə şikayət etməyə heç imkanım, pulum da yoxdur. Ali Məhkəməyə şikayət etmək üçün gərək vəkil tutasan, gedib-gələsən. Buna da imkan çatmır. Üstəlik, məhkəmənin ədalətinə də inamım itdi. Əlimdə bu qədər sənəd – dövlət aktı, şəhadətnamə, o yerin xəritəsi ola-ola əleyhimə qərar verildi. Səbəb də sadədir, çünki mən adi vətəndaşam, qarşı tərəf haqsız da olsa, onların sözü keçir. Torpağın sənədinin əsli arxiv idarəsindədir, onu yoxa çıxarıblar. Guya o sənəd olmadığına görə yeri təyin etmək mümkün olmayıb. Bu torpaq başqa ölkənin ərazisində deyil ki. Azərbaycanda, Tovuzda yeri təyin eləmək bu qədər çətin işdir?”

Kənd sakini iddia edir ki, vaxtilə onun taxılçılıqla məşğul olduğu ərazilərdə indi icra başçısına yaxın şəxslər tütünçülüklə məşğuldur: “Nurəddin Abbasov icra başçısının qəbulunda da olub. Onun sözlərinə görə, bu görüşün də faydası olmayıb: “Deyir ki, Dövlət Fondunun torpağıdı, dövlət özü əkəcək”.

Tovuz Rayon İcra Hakimiyyətindən Nurəddin Abbasovun iddialarını təkzib ediblər.

İcra hakimiyyətindən Meydan TV-yə bildirilib ki, icra başçısının kənd sakininə məxsus torpaq sahəsini onun əlindən alınıb, özünə yaxın şəxslərin istifadəsinə verməsi haqda deyilənlərin heç bir əsası yoxdur: “Qətiyyən həqiqətəuyğun deyil, əsassız iftiradır”.
Bu gün, 14:41
Bakıda deputatla qarpızsatan arasında İNSİDENT
Bu gün, 14:34
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin direktorunu qəbul etdi
Bu gün, 14:22
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Bu gün, 14:00
Marketlərdə böyük dəyişiklik - 2 gün sonra BAŞLAYIR
Bu gün, 13:39
Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur
Bu gün, 13:29
Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Bu gün, 13:21
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
Bu gün, 13:10
Prezident Kobaxidzeyə zəng etdi
Bu gün, 13:03
Vəzir Həsənovun idarəsində yoxlama, cəzalandırılanlar var - Yenilənib
Bu gün, 11:57
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bu gün, 11:43
Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar
Bu gün, 10:54
Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
Bu gün, 10:49
Prokurorlar ağac əkdilər - Fotolar
Bu gün, 10:45
Dövlət rəsmiləri Bakıda forumda
Bu gün, 09:59
Bu gün Qazaxıstanda milli matəm günüdür
Bu gün, 09:51
Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı
Bu gün, 09:31
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bu gün, 09:30
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
Bu gün, 09:27
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
Bu gün, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər