Saatlıda vətəndaşlar dərdləri ilə qocalır... - GİLEY
“O vaxt nəvəm hələ dünyaya gəlməmişdi, indi 12 yaşını ötüb. Körpəliyi elə bu nəmişliyin içərisində keçdi, mən özüm də qocaldım bu qəzalı evdə, ölən öldü, doğulan böyüyüb boya-başa çatdı. Ancaq dövlət hələ də bizə ev tikməyib”. DİA.AZ xəbər verir ki, 2010-cu ilin mayında Aran zonasını əhatə edən genişmiqyaslı daşqın nəticəsində sel suları altında qalan evlərdən biri də Saatlının Ağarəhimli qəsəbəsinin sakini Südabə Musayevaya məxsus olub.
“Ailəlikcə revmatizmadan əziyyət çəkirik”
Kür və Araz çaylarının daşması baş verəndə Südabə Musayevanın 48 yaşı olub. İndi yaşı 60-ı ötüb, ancaq o, daşqın nəticəsində qəzalı vəziyyətə düşən evinin təmir-bərpası üçün dövlət qurumlarına hələ də teleqram və məktublar göndərməkdədir:
“Evmiz palçıqdan hörülmüş köhnə dədə-baba evidir. Bir tərəfdən də sel suları lap bərbad vəziyyətə saldı. Nəmişlikdən ailəlikcə revmatizmadan əziyyət çəkirik. 12 ildir yazırıq, kömək istəyirik, nəticəsi yoxdur. O vaxt əllərinə fürsət düşmüşdü, qəzalı evləri siyahıya almaq üçün adamlardan pul yığırdılar. Bizdən də 2 min manat istədilər, olmadı ki, verək, siyahıya düşək. Neçə dəfə gəlib evə baxdılar, şəkillərini çəkdilər, hər dəfə gedib gözlədilər ki, aparıb pul verək. Bizdən səs çıxmadıqca, bizi siyahıya almadılar. Ancaq o pulu verənlərə ev tikib verdilər. Bir sözlə, qanun işi rüşvətlə gördülər”.
“Ev tikməyə imkanımız yoxdur”
Südabə xanımın oğlu Elamin Əsədov deyir, sosial durumları qənaətbəxş olmadığından, ötən illər ərzində özləri ev tikə bilməyiblər:
“Anam təqaüdçüdür, müxtəlif xəstəliklərdən əziyyət çəkir. Mən özüm gözdən əliləm, uzun müddət iş axtarandan sonra DOST İş Mərkəzi tərəfindən işlə təmin olunmuşam, küçə süpürürəm, 200 manatdan bir az çox maaş alıram, o pul heç ailəmin aylıq tələbatlarının yarısını ödəmir. Evimizin durumu anamı əsəb xəstəsi edib, mən pulsuzluq üzündən onu həkimə apara blmirəm. Hökumət hamıya necə, bizə də eyni qaydada ev tikməlidir, bu palçıq ev bir gün çökəcək, xəstə anam, azyaşlı oğlum altında qalacaq”.
Saatlı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Elamin Əsədov yaşadığı evin su daşqınları zamanı yararsız hala düşməsini əsas gətirərək ev tikilməsi üçün quruma müraciət edib. 2010-cu ildə Kür və Araz çaylarının daşması, Sarısu gölünün mühafizə bəndinin dağılması nəticəsində rayon ərazisində baş vermiş subasma hadisəsi zamanı əhaliyə dəymiş zərərin dəqiqləşdirilməsi və qiymətləndirilməsi, yeni evlərin tikilməsi Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilib. Qurum: “Ayrı-ayrı vətəndaşlara fərdi yaşayış evinin tikintisi və təmiri üçün rayon icra hakimiyyətində hər hansı bir Proqram həyata keçirilmir, bu işlər üçün vəsait nəzərdə tutulmayıb”.
Fövqəladə Hallar Nazirliyi isə vətəndaşa yazdığı məktubda bildirib ki, ona məxsus evin qəzalı vəziyyətə düşməsinin təbii fəlakətlə əlaqəsi yoxdur. Buna görə də vətəndaşa hər hansı köməklik göstərilməsi qurumun səlahiyyətinə aid deyil.
Bu gün, 14:41
Bakıda deputatla qarpızsatan arasında İNSİDENT
Bu gün, 14:34
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin direktorunu qəbul etdi
Bu gün, 14:22
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Bu gün, 14:00
Marketlərdə böyük dəyişiklik - 2 gün sonra BAŞLAYIR
Bu gün, 13:39
Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur
Bu gün, 13:29
Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Bu gün, 13:21
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
Bu gün, 13:10
Prezident Kobaxidzeyə zəng etdi
Bu gün, 13:03
Vəzir Həsənovun idarəsində yoxlama, cəzalandırılanlar var - Yenilənib
Bu gün, 11:57
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bu gün, 11:43
Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar
Bu gün, 10:54
Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
Bu gün, 10:49
Prokurorlar ağac əkdilər - Fotolar
Bu gün, 10:45
Dövlət rəsmiləri Bakıda forumda
Bu gün, 09:59
Bu gün Qazaxıstanda milli matəm günüdür
Bu gün, 09:51
Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı
Bu gün, 09:31
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bu gün, 09:30
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
Bu gün, 09:27
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
Bu gün, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər