Kəlbəcər işğaldan azad oldu, təhsili isə əsarətdədir... - BU DA FAKT!!!

Paytaxtın Suraxanı rayonunda yerləşən Kəlbəcərin 108 saylı orta məktəbdən xəbər var. Teref.az-ın məlumatına görə, Demokratik.Az-ın əldə etdiyi xəbər isə köhnə idimin, məktəbdə baş qaldıran özbaşınalıqların təkrarı sayıla bilər.
Əldə etdiyimiz məlumata görə, məktəb idarəedilməz şəkildədir. Məktəbdə şagirdlər əsasən “aylıq”dadır. Gəlməyənlərə "qaib" yazan müəllimlər isə incidilir. Səbəb də bu tədris ocağında bir-birini əvəz edən xanım direktorların özfəaliyyətə güc vermələri, işlərini zamanın və qanunların buyuruğu ilə deyil, məktəbi daha çox özfəaliyyətlə, çəxsi mənfəətlərlə yürütmələrilə bağlıdır.
Hələ ötən illərdə yayılan məlumatlarda iddia edilirdi ki, məktəbin sabiq direktoru Bəsti Hüseynova əsasən yuxarı siniflərin şagirdlərini “aylığa” buraxıb. Nəticədə məktəbdə tədrisin səviyyəsi və keyfiyyəti aşağı düşüb, bugün də pis ənənə yeni direktor Ülkər Quliyeva tərəfindən məqsədli şəkildə davam etdirilir.
Məktəbin 22 ildir fizika müəllimi işləyən və şagirdlərin davamiyyətinə dair üsyan edən Aynur Məhişovanın saytımıza bildirdiyinə görə, məktəbdəki nöqsanları dediyinə və jurnalda gəlməyən şagirdlərə "qaib" yazdığına görə hazırda incidilir, direktor vəzifəsini müvəqqəti icra edən Ü.Quliyeva tərəfindən işdən çıxarılacağı ilə hədələnir. Müəllimə də təsdiq edir ki, məcburi köçkün məktəbində müəllim-şagird münasibətləri uzun illərdir ki, lap alver çərçivəsində qurulub. Müəllimə şagirdlərdən davamiyyət tələb edib digər nöqsanları qabartdığına görə "töhmət" belə verilib. Müəllim özünə qarşıqərəzli şəkildə elan edilən "töhmət"-in ləğvi üçün məhkəməyə də müraciət edib. Məktəb rəhbərliyi müəllimdən davamiyyətə və digər özbaşınalıqlara göz yummasını tələb edirlər.
Demokratik.Az məktəb barədə internet üzərindən qısa araşdırma aparıb. Müəyyən edib ki, hazırda da məktəbdə özünü "direktor" kimi aparan Bəsti Hüseynova 2019-cu ilin oktyabrında sabiq Təhsil naziri Ceyhun Bayramovun əmri ilə Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktoru vəzifədən kənarlaşdırılıb. Səbəb isə sabiq direktorun müəllimlərdən pul yığması ilə bağlı fakt olub. Təhsil nazirliyinin yoxlaması müəyyən edib ki, təhsil müəssisəsinin yerləşdiyi bina qəzalı vəziyyətdə olduğu üçün yeni binanın tikintisi zamanı tədris prosesinin başqa binada keçirilməsinə icazə verilib. Binanın daşınma və icarə haqlarının dövlət tərəfindən ödənilməsinə baxmayaraq Bəsti Hüseynova müəllimlərdən vəsait toplayaraq ciddi nöqsana yol verib.
Onu da bildirək ki, sözügedən məktəbin hazırki direktoru son üç ildə müqavilə əsasında ibtidai sinif müəllimi işləyib. Tezliklə də müddətsiz əmək müqaviləsilə müəllim olmağı bacarıb. 2019-cu ildən bu yana isə hansısa himayədarı sayəsində direktor vəzifəsini icra etməyə başlayıb.
Hazırki gedişdən o da aydın olur ki, məktəb direktorluğu vəzifəsi vakansiyaya ya çıxarılmayıb, ya da açıq məlumat bazasından gizlədilib. Hazırki direktorla Bəsti Hüseynovanın məktəbi əlbir idarə etmələrinə dair fikirlər də var.
Deyilən faktlar üzrə rayon təhsil şöbəsinin müdiri Namiq Rəcəbovun da kifayət həddə bilgisinin olduğunu nəzərə alsaq, belə çıxır ki, dərsə gəlməmək üçün “aylıq” verən şagirdlərin pulundan məktəb direktoru təhsil şöbəsi müdirinə də "özəl" pay çatdırır.
Unutmayaq ki, bu günlərdə Bakı şəhər Nefçilər metrosunun yaxınlığında anasını qətlə yetirən 15 yaşlı məktəbli Polisə izahatında bildirib ki, təhsil aldığı Kəlbəcər rayon 23 nömrəli məktəbin 9 cu sinifində oxuyur. izahatında onuda qeyd edib ki, 23 nömrəli məktəbin ünvanını belə tanımır. Bu mənada bütün ölkə məktəblərində, eləcə də Kəlbəcər rayon məktəblərində davamiyyətin diqqətdə saxlanılması vacib amildir. Bu amil direktorların və təhsil kuratorlarının "qara kassası"nı yoxsullaşdırası, "yeyib-içən oğlanlar"ın kayfına acı soğan doğrasa da...
Demokratik.Az sadalananlarla əlaqədar Kəlbəcər Rayon Təhsil Şöbəsinin müdiri Namiq Rəcəbovla əlaqə saxlayıb. Rəcəbovla telefon əlaqəsi zamanı o, verilən suallara cavab olaraq yazılanların tezliklə araşdırılacağını və saytımıza məlumat veriləcəyini bildirib. Fəaliyyəti narazılıqlar yaradan Namiq Rəcəbov qısa arayışla mövzuda yer alan mühüm mahiyyət və detallardan sadəcə olaraq yayınıb.
İnanaq ki, təhsil nazirliyi və Şərqi Zəngəzur Regional Təhsil İdarəsi yazılanlara diqqət ayıracaq, Kəlbəcər məktəblərində tuğyan edən anoloji nöqsanlara "DUR!" deyəcək.
Bu gün, 14:41
Bakıda deputatla qarpızsatan arasında İNSİDENT
Bu gün, 14:34
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin direktorunu qəbul etdi
Bu gün, 14:22
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Bu gün, 14:00
Marketlərdə böyük dəyişiklik - 2 gün sonra BAŞLAYIR
Bu gün, 13:39
Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur
Bu gün, 13:29
Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Bu gün, 13:21
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
Bu gün, 13:10
Prezident Kobaxidzeyə zəng etdi
Bu gün, 13:03
Vəzir Həsənovun idarəsində yoxlama, cəzalandırılanlar var - Yenilənib
Bu gün, 11:57
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bu gün, 11:43
Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar
Bu gün, 10:54
Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
Bu gün, 10:49
Prokurorlar ağac əkdilər - Fotolar
Bu gün, 10:45
Dövlət rəsmiləri Bakıda forumda
Bu gün, 09:59
Bu gün Qazaxıstanda milli matəm günüdür
Bu gün, 09:51
Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı
Bu gün, 09:31
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bu gün, 09:30
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
Bu gün, 09:27
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
Bu gün, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər