Sökülən ev şəhid anasına deyil, bir dələduza məxsusdur - İcra başçısından açıqlama - VİDEO
Bolge / Maraqli / Video
Oxunub: 478
14 may 2022 | 11:30
Sökülən ev şəhid anasına deyil, bir dələduza məxsusdur - İcra başçısından açıqlama - VİDEO


Sabunçu rayonunda şəhid anasının tikdiyi evin sökülməsi ilə bağlı məlumat yayılıb.
Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuş gizir Sübhan Mahir oğlu Abdurahmanlının anası Mehriban Abdurahmanlı bildirib ki, ona bağışlanan torpaqda tikmək istədiyi ev uçurulub.



Məsələ ilə bağlı Bakupost.az -ın əməkdaşı Sabunçu rayon icra başçısı Adil Vəliyevlə əlaqə saxlayıb.
İcra başçısı baş verən hadisə ilə bağlı təəssüfləndiyini bildirib və maraqlı faktlar açıqlayıb:
“Şəhidimizin anası Mehriban Abdurahmanlı hansısa dələduzun toruna düşüb. Mənə verilən məlumata görə, həmin tikili Amil Əliyev adlı bir şəxsindir. Kim istəsə gəlib baxa bilər, o köhnə yarımçıq tikili olub. Bizim tərəfimizdən inşaası dayandırılıb. Özü də şəhid ailəsi adından istifadə edərək, orada ev yox, qeyri-yaşayış sahəsi - obyekt tikmək istəyirlər. Məlumata görə, tikintiyə icazə almaqdan ötrü şəhid anasına 1000 manat pul verib. Ümumiyyətlə, o xanım indiyə kimi bir neçə nəfərə himayədarlıq edib, qanunsuz tikintilərə icazə almaq istəyib.
Cənab Prezidentin tapşırığı ilə bütün şəhid ailələrinə yüksək səviyyədə xidmət göstərilir. Həmin xanımın dedikləri və əməlləri isə məndə çox böyük təəssüf hissi yaratdı. Mən onu bir neçə dəfə qəbul etmişəm. İzah etmişəm ki, həmin ərazi kənd təsərrüfatı təyinatlıdır və Abşeron rayonun tabeliyindədir. Mənim ora tikintiyə icazə vermək ixtiyarım yoxdur. Bildirmişəm ki, torpağın sənədlərini düzəltsin, əgər doğrudan da özünə məxsus torpaq olsa, ona nəyin ki, icazə verəcəyəm, hətta tikintisinə də kömək edəcəyəm.
Lakin təəssüf ki, mənim sözümə baxmayıb, tikintiyə başlayıb, ərazidə tikintiyə mane olmağa çalışan əməkdaşımızı təhqir edib, həyat yoldaşı ilə birlikdə onu döyüblər. Mən qanunsuz işlərə necə göz yuma bilərəm? Əgər kimsə dövlətin qayğısından, şəhid ailəsi statusundan sui-istifadə edirsə, hansısa dələduza, qanunsuzluq etmək istəyən şəxsə himayədarlıq edirsə, biz ona göz yuma bilmərik”.
İcra başçısı vurğulayıb ki, həmin xanıma ölkə başçısı ev hədiyyə edib:
“Bütün şəhid ailələri bizim başımızın tacıdır. Cənab Prezident onlara hər cür qayğı göstərir. Bizə də tapşırıb ki, onlara yüksək səviyyədə diqqət göstərək, hər hansı bir çətinlik çəkmələrinə imkan verməyək. M. Əbdülrəhmanovaya Ramanı qəsəbəsində ev verilib. Ona yardımlar edilib. Ümumiyyətlə, bizim rayonda şəhid ailələrinə 400-dən çox mənzil ev verilib. Hər bir ailəylə şəxsən özüm maraqlanıram. M. Əbdülrəhmanovanın etdikləri şəhid ailəsi adına yaraşmayan addımlardır”.
P.S Sabunçu rayonundan məlumatlı şəxslərdən əldə etdiyimiz məlumata görə, bu torpaqda həqiqətən Amil adında bir sahibkara məxsus olan yarımtikli olub və o burda obyekt tikdirmək istəyib. Lakin icazə ala bilməyib. Şəhid anası olan Mehriban xanıma isə Ramana qəsəbəsində ev verilib.
Mənbənin dediyinə görə şəhid anasından istifadə edib burda ev adı ilə nəsə tikib sonra onu obyektə çevirmək əməliyyatıda ola bilər. Xanımın dediyi kimi əgər bu torpağı ona təzələrdə kimsə bağışlayıbsa, oölu şəhd Sübhan Abdruahmanlının göyərçinləri burda ola bilməzlər. Onalr sonradan gətiriliblər. Onuda qeyd edək ki, axır vaxtlar, şəhid və qazilərin adından belə sui istif adə hallarına rast gəlinir.
Bu gün, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Bu gün, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Bu gün, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"