Gəncənin BAŞÇI YÜKÜ... - İLGİNC İDDİALAR...
Biri deyir Azərbaycana ən böyük təhlükə Şimaldan gəlir, o biri ekspert deyir ki, yox, Cənubdan gəlir, bir başqa HƏRŞEYŞÜNAS deyir ki, guya Şərqdən gəlir və s...
Amma, biz illərdir yazırıq ki, Azərbaycana ən böyük təhlükə harınlamış, əllərində yüz milyonlar, hətta milyardlar cəmləşən bəzi məmur ordusundan gəlir.
Və bu gün də dediklərimizin üzərində dayanırıq.
Əlində böyük sərvət cəmləmiş belə məmurlardan biri də Gəncə şəhərinin icra başçısı Niyazi Bayramovdur.
Hər şeyi bağışlamaq olsa da, şəhid atasını söyüb qovmağı nə millət, nə də Allah, nə də zamanı çatanda Prezident İlham Əliyev cənabları ona bağışlamayacaq.
Cənab Prezident əbəs yerə demir ki, mən nəyi, necə və nə vaxt etməyi bilirəm.
Bəli, Niyazi Bayramov kimi məmurları layiq olduğu yerə göndərməyin zamanı çatıb.
Təsəvvür edirsinizmi bu adamın həyat yoldaşının adına Bakının mərkəzində az qala 10 milyon dəyərində restoran gecə-gündüz işləyir. Amma...bu adam...
Söhbət 44 günlük Vətən müharibəsi zamanı ermənilərin Gəncə şəhərində yaşayış binalarına atdığı raket zərbəsi nəticəsində evi dağıdılan sakinlərin başına gələnlərdən gedir.
Erməni terroru nəticəsində evi dağılan, doğması ölən, yaralanan şəxslərə dövlət kompensasiya verir.
Gəncə ŞİH-nin başçısı Niyazi Bayramovun işçiləri isə bir gözü görməyən Gəncə sakininə 6 min manata qol çəkdirib, ona cəmi 1500 manat pul veriblər.
Təsəvvür edirsiniz, evi dağılan, fəlakət içərisində olan zavallıya dövlət 6 min manat kömək edir, 75 faizini Niyazi Bayramovun adamları mənimsəyir, barı yarısını da vermir ee...
Yuxarıda dedik ki, bu adamın həyat yoldaşının adına olan restoranın dəyəri 10 milyondur. Amma icra başçısı evi dağılan şəxsin kompensasiyasını yeyir.
Vallahi, belələri ölkəmizi dağıdanlardan da təhlükəlidir.
Hələ bu harasıdır..?
Niyazi Bayramovun laqeydliyi nəticəsində evləri dağılan zərərçəkənlər nə ev əşyalarına görə kompensasiya ala bilirdilər, nə də evləri tikilib təhvil verilirdi.
Erməni raketi nəticəsində evləri dağılan sakinlərin hüquqlarını müdafiə edən vəkil Əziz Qənbərov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova dəfələrlə müraciət etsə də heç bir nəticə olmamışdı.
Vəkil bildirir ki, müraciətimdən aylar ötsə də icra başçısı heç bir addım atmır:
“Hüquqlarını müdafiə etdiyim şəxslərin evləri erməni qəsbkarlarının raket hücumu nəticəsində tamamilə dağılıb, ev əşyaları tamamilə məhv olub. Üstündən xeyli müddət keçir. Hüquqlarını müdafiə etdiyim şəxslər kirayədə dözülməz vəziyyətdə yaşayırlar".
Biz yazının girişində əbəs yerə yazmadıq ki, Azərbaycana təhlükə milyonçu məmurlardan gəlir…
Təsəvvür edirsiniz, şəhid atasını qapıdan qovan Niyazi Bayramov bu gün cibində Qarabağ veteranı vəsiqəsi gəzdirir.
Bu adamdan soruşan yoxdur ki, sən Qarabağda hansı cəbhədə, hansı bölgədə vuruşmusan…?
Sən polkovnik rütbəsini necə almısan..?
Bu adamdan soruşan yoxdur ki, Mingəçevirdə icra başçısı olarkən, Kür qırağındakı torpaqları verib nələr qazandın.
Bu adamdan soruşan yoxdur ki, Azərbaycana şəhid tabutları gələndə sən övladına Londonda 30 milyon dəyərində villa aldın.
Yəni millət yas içində olanda siz bahalı alış-veriş edirdiniz.
Şəhidin evinə gedən yol, küçə zülmət qaranlıq içərisindədir. Niyazi Bayramov həmin küçəyə iki işıq dirəyi basdıra bilmir.
Yaxud ən rüsvayçı məsələ….
Əslində buna görə, Niyazi Bayramov xalqın qarşısında ifşa olunmalı idi ee…
Bəli, Niyazi Bayramov Prezidentin Gəncəyə səfəri zamanı dövlət başçısını aldadıb...
Belə ki, bütün ölkənin izlədiyi videoda Gəncədə Nizami küçəsində Bayraq meydanına yaxın körpünün yanında səki kənarına əkilən ağacların Prezidentin səfərindən sonra çıxarılaraq, maşına yığıldığı görünür.
Deməli, cənab Prezidentin Gəncə səfərinə hazırlıq görən, icra başçısı Niyazi Bayramov tələsik ağacları yolların qırağına əkdirib ki, Prezident keçəndə görsün və səfərdən sonra maşına yığıb aparıblar.
İndi özünüz deyin beləsinin vəzifədə qalmağa haqqı varmı..?
Ümumiyyətlə, belə məmurların vəzifə pilləsində irəlliləməyə mənəvi haqqı varmı..?
Bunu yaxın zaman göstərəcək.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//
Bu gün, 15:30
Millətlər Liqası: Türkiyə Fransanı qəbul edir, İtaliya Belçikaya qarşı
Bu gün, 14:41
Bakıda deputatla qarpızsatan arasında İNSİDENT
Bu gün, 14:34
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin direktorunu qəbul etdi
Bu gün, 14:22
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Bu gün, 14:00
Marketlərdə böyük dəyişiklik - 2 gün sonra BAŞLAYIR
Bu gün, 13:39
Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur
Bu gün, 13:29
Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Bu gün, 13:21
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
Bu gün, 13:10
Prezident Kobaxidzeyə zəng etdi
Bu gün, 13:03
Vəzir Həsənovun idarəsində yoxlama, cəzalandırılanlar var - Yenilənib
Bu gün, 11:57
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bu gün, 11:43
Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar
Bu gün, 10:54
Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
Bu gün, 10:49
Prokurorlar ağac əkdilər - Fotolar
Bu gün, 10:45
Dövlət rəsmiləri Bakıda forumda
Bu gün, 09:59
Bu gün Qazaxıstanda milli matəm günüdür
Bu gün, 09:51
Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı
Bu gün, 09:31
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bu gün, 09:30
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
Bu gün, 09:27
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
Bu gün, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi