Vasif Talıbovun BREJNEVSAYAĞI İDARƏETMƏSİ... - BU DA FAKT!!!
Naxçıvan MR DİN-dən saytımızın iddialarına elə "Naxçıvansayağı" cavab gəlib.
Ovqat.com-un məlumatına görə, ötən yazılarımızda Muxtar Respublikanın Daxili İşlər Nazirliyində Azərbaycan Polis Akademiyasının məzunlarına qarşı növbəti represiya dalğasının başlanması barədə məlumat vermişdik.
İddialarımızı əsaslandırmaq üçün işdən çıxarılan və basqılara məruz qalan bəzi polis əməkdaşlarının adını da zikr etmişdik. Bildirmişdik ki, Naxçıvan Orta İxtisas Polis Məktəbi hər il məzun buraxdıqca eyni sayda ixtisaslı polis əməkdaşı MR-nın müvafiq orqanlarından ixtisar olunur. İxtisar edilənlər isə adətən Azərbaycan Polis Akademiyasının məzunları arasından seçilir.
Naxçıvan Orta İxtisas Polis Məktəbinin hər il 30 məzun buraxdığını nəzərə alsaq, bu, MR DİN-nin illik ixtisar kvotasının həcmini göstərir. Yəni hər il Naxçıvan MR DİN-in strukturlarından 30 akademiya məzunu işdən xaric edilməli və şəxsi işinə mənfi rəylər yazılmalıdır.
Nəticədə 5 il min bir əziyyətlə Azərbaycan Polis Akademiyasını bitirən 30 nəfər cəmi 1-2 il Naxçıvanda sıxışdırılaraq tamamilə “yararsız kadr” ləkəsi ilə ömürlük işsiz buraxılır. Halbuki, dövlət onların hər birinin ixtisaslı kadrlar yetişməsi üçün toplam 500 min manat pul xərcləyir. Üstəlik, bu kadrlar qəbul imtahanında 600-ə yaxın, bəzən daha çox bal toplayan bacarıqlı abituriyentlər arasında seçilirlər. Son nəticədə isə Naxçıvanda çıxdaş edilib, savadlı işsizlər ordusunun sıralarını genişləndirirlər. Yerlərinə isə qəbul imtahalarında “beli qırıq” 50 bal toplayıb Naxçıvan Orta İxtisas Polis Məktəbini bitirən məzunlar təyin olunurlar.

Maraqlıdır ki, irəli sürdüyümüz bu iddialara Naxçıvan MR DİN cavab vermək əvəzinə, guya Azərbaycan Polis Akademiyasına dərin məhəbbətlərini nümayiş etdirmək yolunu tutub. Nazirliyin sosial şəbəkələrdə paylaşdığı məlumata görə, yazımız dərc olunan gün Naxçıvan MR DİN rəhbərliyi Sədərək rayonuna səfər edib və rayonun əlaçı şagirdləri ilə görüşüb, onları Azərbaycan Polis Akademiyasında təhsil almağa həvəsləndiriblər.
Naxçıvan MR DİN deyəsən hələ də anlamaq istəmir ki, təşviqat sözlə yox, əməllə olur. Yüksək savadlı abituriyentlərin 5 il əziyyətlə oxuyub bitirdiyi Polis Akademiyasının məzunları cəmi 1-2 il bu orqanlarda işləyib, ləkəndikdən sonra işdən çıxarılırsa və onlardan bəziləri taksiçiliklə gündəlik çörək pulunu çıxarmağa məcburiyyətində qalırsa, hər hansı təşviqat işinin nəticə verəcəyinə inanmaq yersizdir. Hətta bu şirin vədlərə inanıb Polis Akademiyasını seçən abituriyentlər həmin ali məktəbi bitirdikdən sonra sələflərinin taleyi ilə üzləşməyəcəyi hardan bəllidir?
Qeyd edək ki, təxminən 1600 nəfərdən biraz artıq şəxsi heyəti olan Naxçıvan MR DİN-də heç 50 nəfərə yaxın Azərbaycan Polis Akademiyasının məzunu olar, ya olmaz. Naxçıvan MR DİN Sədərək məktəbinin şagirdləri ilə görüşərək bundan 5-6 il sonranı düşünməkdənsə, bu gün öz əlində olanları dəyərləndirsə daha doğru addım atmazmı? 2022-də oturub, 2028-ci ilin planlarını qurmaq hansı məntiqdən irəli gəlir? Axı bilmək olmaz o vaxta qədər kim Naxçıvanda hakimiyyətdə qalar, kim törətdiyi əməllərin hesabını verər.
Ən əsası isə, Naxçıvan bu 7 illik planı heç sovet hakimiyyətini idarə edənlərin belə ağlına gəlməmişdi. Bilirik ki, SSRİ zamanı, xüsusilə Leonid İlis Brejnevin hakimiyyəti illərində planlar heç olmasa 5 illik dövr üçün nəzərdə tutulurdu. Amma bu 5 illik planlaşdırmalar hətta SSRİ-nin ayaqda dayanmasına zəmin yaratmadı. Bəs Vasif Talıbov rejiminin 7 illik polis planı necə, işə yarayacaqmı? Nə yazıq ki, bu suala müsbət cavab vermək mümkün deyil.
Ovqat.com
Bu gün, 15:30
Millətlər Liqası: Türkiyə Fransanı qəbul edir, İtaliya Belçikaya qarşı
Bu gün, 14:41
Bakıda deputatla qarpızsatan arasında İNSİDENT
Bu gün, 14:34
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin direktorunu qəbul etdi
Bu gün, 14:22
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Bu gün, 14:00
Marketlərdə böyük dəyişiklik - 2 gün sonra BAŞLAYIR
Bu gün, 13:39
Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur
Bu gün, 13:29
Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Bu gün, 13:21
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
Bu gün, 13:10
Prezident Kobaxidzeyə zəng etdi
Bu gün, 13:03
Vəzir Həsənovun idarəsində yoxlama, cəzalandırılanlar var - Yenilənib
Bu gün, 11:57
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bu gün, 11:43
Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar
Bu gün, 10:54
Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
Bu gün, 10:49
Prokurorlar ağac əkdilər - Fotolar
Bu gün, 10:45
Dövlət rəsmiləri Bakıda forumda
Bu gün, 09:59
Bu gün Qazaxıstanda milli matəm günüdür
Bu gün, 09:51
Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı
Bu gün, 09:31
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bu gün, 09:30
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
Bu gün, 09:27
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
Bu gün, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi