Astarada Şəhidin adı NİYƏ ƏBƏDİLƏŞDİRİLMİR? - GİLEY
Ramazanov Rövşən Qardaşxan oğlu Vətən Müharibəsində noyabrın 1-də Xocavəndin Qırmızıbazar zirvəsi və Cütcü kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. O, Füzuli, Cəbrayıl, Xocavənd uğrunda döyüşlərdə iştirak edib. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. DİA.AZ-ın məlumatına görə, Şəhidin anası Gülnarə Ramazanova Pravda.az-a deyib ki, əbədiləşdirilməsi üçün R.Ramazanovun adının təhsil aldığı Astara rayon Burzubənd kənd orta məktəbinə verilməsini istəyirlər.
Bunun üçün Astara Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na uyğun olaraq Nazirlər Kabineti qarşısında müvafiq vəsatətin qaldırılması ilə bağlı iki dəfə yazılı şəkildə ərizə ilə müraciət edilib.
Ailənin ilk müraciətində Astara rayon icra hakimiyyətindən Rövşənin medallara sahib olduğu halda, onun hər hansı medala sahib olmadığı və buna görə də müraciətin təmin edilməyəcəyi ilə bağlı cavab alıblar. İkinci müraciətlərinə olan cavabda isə bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 3-cü maddəsinə əsasən yerli icra hakimiyyəti orqanlarının Azərbaycan Respunlikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı olan şəhidlərin büstlərini qoyurlar, Azərbaycan Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərdə ordenlə təltif olunan şəhid adlarını küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırırlar. Şəhid Ramazanov Rövşən Qardaşxan oğlu isə Milli Qəhrəman adını almadığına və ordenlə təltif olnmadığı görə ailənin müraciəti təmin edilməyib.
Ailə, həmçinin bu məsələ ilə bağlı Milli Məclisin sədri Sahibəyə Qafarovaya da yazılı şəkildə müraciət edib. Müraciət xanım spiker tərəfindən baxıldıqdan sonra aidiyyəti üzrə yenidən baxılmaq üçün Astara rayon icra hakimiyyətinə göndərilib.
Bu gün, 15:30
Millətlər Liqası: Türkiyə Fransanı qəbul edir, İtaliya Belçikaya qarşı
Bu gün, 14:41
Bakıda deputatla qarpızsatan arasında İNSİDENT
Bu gün, 14:34
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin direktorunu qəbul etdi
Bu gün, 14:22
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Bu gün, 14:00
Marketlərdə böyük dəyişiklik - 2 gün sonra BAŞLAYIR
Bu gün, 13:39
Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur
Bu gün, 13:29
Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Bu gün, 13:21
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
Bu gün, 13:10
Prezident Kobaxidzeyə zəng etdi
Bu gün, 13:03
Vəzir Həsənovun idarəsində yoxlama, cəzalandırılanlar var - Yenilənib
Bu gün, 11:57
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bu gün, 11:43
Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar
Bu gün, 10:54
Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
Bu gün, 10:49
Prokurorlar ağac əkdilər - Fotolar
Bu gün, 10:45
Dövlət rəsmiləri Bakıda forumda
Bu gün, 09:59
Bu gün Qazaxıstanda milli matəm günüdür
Bu gün, 09:51
Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı
Bu gün, 09:31
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bu gün, 09:30
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
Bu gün, 09:27
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
Bu gün, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi