Naxçıvanda işçilərdən bu adla pul yığırlar- Hərbiyə...
Culfa rayonunun dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarında çalışan işçilərdən hərbiyə yardım adı ilə pul yığılır. Teref.az yazır ki, bu haqda “Gündəlik Naxçıvan”a bir qrup rayon sakini məlumat verib. Onların sözlərinə görə, hər ay bu məqsədlə onların maaşlarından 10 manat pul tutulur. Şikayətçilərin sözlərinə görə, bu işə rayon icra başçısının müavinləri rəhbərlik edir. Dövlət idarələrinin birində çalışan şikayətçi Zamin Seyidov deyir ki, buna etiraz edənlər, işdən çıxarılmaqla hədələnir:
“Bu, biabırçılıqdır. Azərbaycan kimi qüdrətli bir ordusu olan dövlətdə bu olmamalıdır. Biz bilirik ki, ordunun bu pula ehtiyacı yoxdur. Bizdən hər ay hərbiyə yardım adı ilə topladıqları pulları ciblərinə qoyurlar. Bu, qalib ordunun adını batırmaqdır. Bizim maaşımız onsuz da çox azdır, bir aydan o biri aya yetmir. Pulu vermək istəməyəni işdən qovmaqla hədələyirlər. Hər ay maaş vaxtı icra hakiminin müavini başımızın üstün kəsdirib, hədələyir. Deyirlər, yuxarıdan tapşırıq belədir. Biz inanırıq ki, yuxarının bundan xəbəri yoxdur.
Digər şikayətçi Səxavət Əliyev deyir ki, bununla bağlı Ali Məclisə şikayət etmək istəyənlər də cəzalandırılır:
“Ordu başımızın tacıdır, onlar canlarını qoyub, torpaqları azad ediblər. Bu orduya hər şeyimiz qurbandır. Lakin, ordunun bizim 5-10 manata ehtiyacı yoxdur axı. Bilirik ki, bizdən yığılan pullar ciblərə gedir. Bir neçə nəfər bununla bağlı icra başçısının özünə şikayət etmişdi. O isə qəzəblənib, şikayətçiləri işdən qovdu. İndi heç kim qorxudan səsini çıxara bilmir. Bütün idarələrə xəbərdarlıq edib ki, bununla bağlı Ali Məclisə şikayətə gedənlər daha ağır cəzalandırılacaqlar. Buna görə, qorxudan kimsə səsini çıxara bilmir”.
Məsələyə münasibət öyrənmək üçün Culfa Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun adını bildirməkdən imtina edən əməkdaşlardan biri, şikayətçilərin iddialarının yalan olduğunu deyib, əlavə məlumat vermək istəmədi.
Bir müddət öncə, Culfa rayonun büdcə təşkilatı əməkdaşları, çalışdığı idarələrin kommunal xərclərinin onların hesabına ödənildiyini bildirmişdilər.
Bu gün, 15:30
Millətlər Liqası: Türkiyə Fransanı qəbul edir, İtaliya Belçikaya qarşı
Bu gün, 14:41
Bakıda deputatla qarpızsatan arasında İNSİDENT
Bu gün, 14:34
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin direktorunu qəbul etdi
Bu gün, 14:22
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Bu gün, 14:00
Marketlərdə böyük dəyişiklik - 2 gün sonra BAŞLAYIR
Bu gün, 13:39
Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur
Bu gün, 13:29
Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Bu gün, 13:21
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
Bu gün, 13:10
Prezident Kobaxidzeyə zəng etdi
Bu gün, 13:03
Vəzir Həsənovun idarəsində yoxlama, cəzalandırılanlar var - Yenilənib
Bu gün, 11:57
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bu gün, 11:43
Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar
Bu gün, 10:54
Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
Bu gün, 10:49
Prokurorlar ağac əkdilər - Fotolar
Bu gün, 10:45
Dövlət rəsmiləri Bakıda forumda
Bu gün, 09:59
Bu gün Qazaxıstanda milli matəm günüdür
Bu gün, 09:51
Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı
Bu gün, 09:31
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bu gün, 09:30
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
Bu gün, 09:27
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
Bu gün, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi