Xocalı sakini övladları ilə niyə görüşə bilmir? - ƏDLİYYƏ NAZİRLİYİNİN QƏRƏZLİ YANAŞMASI
Bolge
Oxunub: 410
23 apr 2022 | 16:17
Xocalı sakini övladları ilə niyə görüşə bilmir? - ƏDLİYYƏ NAZİRLİYİNİN QƏRƏZLİ YANAŞMASI


Xocalı rayon sakini, Bərdə rayonu 588 saylı qəsəbə bina 2 mənzil 19-da məskunlaşıb yaşayan, Türbəndəyev Nazim Yaqub oğlu "Hurriyyet.az"a müraciət edərək, üç ilə yaxındır ki övladları ilə görüşə icazə verilməyini deyir. Şikayətçinin sözlərinə görə, Xocalı rayon İcra Hakimiyyətinin Cəmilli kənd üzrə nümayəndəsi Ramiz Qəhrəmanovun məhkəməyə etdiyi təzyiqlə övladları ilə görüşə bilmir. Nazim Türbəndəyev deyir ki, sözügedən məmur onun siyasi fəaliyyətinə görə ailəsinə təzyiq edərək nifaq salıb. Nəticədə həyat yoldaşı Afət Türbəndəyevadan rəsmi ayrılan Nazim Türbəndəyev övladlarına üç ilə yaxındır ki, həsrət qalıb. Şikayətçi bildirir ki, keçmiş həyat yoldaşı Afət Türbəndəyeva şizofreniya xəstəsidir. Lakin uşaqların onda qalması üçün Xocalı rayon İcra Hakimiyyətinin Cəmilli kənd üzrə nümayəndəsi Ramiz Qəhrəmanovun düzəltdiyi saxta sənədlə onun xəstə olması ört-basdır edilib. Məhkəmə qərarı ilə övladları ilə görüşməli olan Nazim Türbəndəyevə imkan verilmir. Halubuki Bərdə rayon İcra və probasiya şöbəsi məhkəmə qərarını icra etməlidir.

Xocalı rayon sakinin "Hurriyyet.az"da yayımlanmış şikayətin daha ətraflı qeyd etdiyimiz linkdən oxuya bilərsiniz: (https://hurriyyet.az/az/post/siyasi-fealiyyetine-gore-ovladlari-elinden-alindi---xocali-icra-numayendesinin-usaqlari-girov-saxladigi-iddia-edilir-364416)

Məsələ ilə bağlı Ədliyyə nazirliyi ilə əlaqə saxladıq. Qurumdan "Hurriyyet.az"a bildirilib ki, övladları atası ilə görüşməkdən imtina etməsi, buna görə qarşı tərəf ilə mübahisə etməsi məhkəmə qərarının icrasında çətinliklər yaradır:

"Bildirilir ki, Bərdə rayon icra və probasiya şöbəsi tərəfindən vətəndaş Türbəndəyev Nazim Yaqub oğlunun övladları ilə ünsiyyətdə olmaq hüququnun təmin olunması ilə bağlı icra sənədinin icrası nəzarətdə saxlanılaraq, qanunamüvafiq tədbirlər görülür.

Lakin övladlarının atası ilə görüşməkdən imtina etməsi, buna görə qarşı tərəf ilə mübahisə etməsi məhkəmə qərarının icrasında çətinliklər yaradır. Bununla əlaqədar N.Türbəndəyevlə dəfələrlə profilaktik söhbətlər aparılaraq ona qanunvericiliyin tələbləri izah edilmiş və o, iş üzrə heç bir şikayətinin olmadığını bildirmişdir.

İcra prosesində Nazim Türbəndiyevə övladı ilə görüşlər, o cümlədən sonuncu dəfə 08.04.2022-ci il tarixdə təşkil edilsə də, o, bundan imtina etmişdir".

PS. Təəssüf ki, Ədliyyə nazirliyinin açıqlamasında qərəzlilik müşahidə edilir. Əgər, redaksiyamıza şikayət edən Nazim Türbəndiyev övladları ilə görüşmək istəmirsə, niyə aidiyyatı orqanlara, eləcə də mediaya müraciətlər ünvanlayır. Məhkəmənin qərarını icra etməmək, birbaşa Azərbaycan Respublikasının qanunlarına tüpürmək deməkdir. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra Beynəlxalq Dövlətlər Birliyinin tamhüquqlu üzvü kimi əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçmişdir. Bu gün hər bir cəmiyyətin və dövlətin inkişafı demokratiya və insan hüquqlarına hörmət olmadan mümkün deyil. Demokratiya, inkişaf, insan hüquq və azadlıqlarına hörmət bir-biri ilə üzvi surətdə bağlı olan və bir-birini şərtləndirən amillərdir. Təəssüf ki, məhkəmə qərarını icra etməli olan müvafiq şöbə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, nəyinsə müqabilində atanın övladları ilə görüşməsinə maneçilik yaradır. Hətta məhkəmə qərarının olmasında baxmayaraq...
Bu gün, 15:30
Millətlər Liqası: Türkiyə Fransanı qəbul edir, İtaliya Belçikaya qarşı
Bu gün, 14:41
Bakıda deputatla qarpızsatan arasında İNSİDENT
Bu gün, 14:34
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin direktorunu qəbul etdi
Bu gün, 14:22
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Bu gün, 14:00
Marketlərdə böyük dəyişiklik - 2 gün sonra BAŞLAYIR
Bu gün, 13:39
Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur
Bu gün, 13:29
Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Bu gün, 13:21
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
Bu gün, 13:10
Prezident Kobaxidzeyə zəng etdi
Bu gün, 13:03
Vəzir Həsənovun idarəsində yoxlama, cəzalandırılanlar var - Yenilənib
Bu gün, 11:57
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bu gün, 11:43
Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar
Bu gün, 10:54
Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
Bu gün, 10:49
Prokurorlar ağac əkdilər - Fotolar
Bu gün, 10:45
Dövlət rəsmiləri Bakıda forumda
Bu gün, 09:59
Bu gün Qazaxıstanda milli matəm günüdür
Bu gün, 09:51
Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı
Bu gün, 09:31
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bu gün, 09:30
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
Bu gün, 09:27
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
Bu gün, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi