Kürün sahilində narkotik becərənlər “iş başında” saxlanıldı - VİDEO

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ölkə.az-a verilən məlumata görə, RPŞ-nə Kür çayının rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal qeyd edilən ərazi əməliyyat nəzarətinə götürülüb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində çayın sahilində narkotik vasitələrin kultivasiyası ilə məşğul olan həmin kəndin sakinləri Müşfiq Dadaşov və Zaman Süleymanov çətənə bitkilərinə qulluq edən zaman “iş başında” saxlanılıblar.
Həmin əraziyə keçirilən baxış zamanı dörd kiloqramdan artıq marixuana və 39 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Əvvəllər də narkotiklərə görə həbs olunan hər iki şəxs izahatlarında narkotiklərin kultivasiyası ilə məşğul olduqlarını etiraf ediblər.
Şöbə əməkdaşları tərəfindən Kür çayının sahilində keçirilən digər bir uğurlu əməliyyat tədbiri nəticəsində eyni əməllə məşğul olan Kürqaraqaşlı kənd sakini Kamal Zeynalov da saxlanılıb.
Qeyd edilən ərazidə baxış zamanı oradan K.Zeynalov tərəfindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 19 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb və ekspertizaya təqdim olunub.
Aşkar olunan faktlarla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Dünən, 20:28
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Dünən, 17:02
İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Fotolar
Dünən, 16:49
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Dünən, 16:45
102 tələbə Prezident təqaüdçüsü oldu - Adlar
Dünən, 16:42
İran Azərbaycanda nəyə nail olmaq istəyir?
Dünən, 16:00
İpoteka kreditləri artır, mənzil bazarında hansı risklər yaranır?
Dünən, 15:30
Trampın qərarı respublikaçı və demokrat senatorları birləşdirdi: Ağ Evə ultimatum verildi
Dünən, 14:22
Böyük təhlükə gözlənilir - Fövqəladə vəziyyətə hazırlığa start verildi
Dünən, 13:43
TƏCİLİ XƏBƏRDARLIQ! Qardaş ölkədə sürətlə yayılır - Bu xəstəlikdə qarışdırılır
Dünən, 13:36
“Sahar Azəri”nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Dünən, 13:32
Məktəbli forması ilə bağlı qanunu pozan - 37 nəfər həbs olundu - Video
Dünən, 13:13
Paşinyan Bakıya gələcək? – Azərbaycanda bu tarixdə...
Dünən, 12:41
Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
Dünən, 12:37
İlham Əliyev: Kamboca ilə ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir
Dünən, 11:41
Kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalandı - Fotolar
Dünən, 11:35
İlham Əliyevlə Kambocanın Baş naziri məhdud tərkibdə görüşdü - Fotolar
Dünən, 11:23
Əliyev İspaniya Kralını təbrik etdi
Dünən, 10:42
Təhsil Şurası bəyanat yaydı: "Bu, yolverilməzdir"
Dünən, 10:27
Kamboca Baş naziri rəsmi qarşılandı
Dünən, 10:16
Kimin evində varsa, ŞAD XƏBƏR - QİYMƏT ARTDI
Dünən, 10:04
Bu rayonda nöqsanlar aşkarlandı, vəzifəli şəxslərə töhmət verildi
Dünən, 09:58
İki qadını maşın vurub öldürdü
Dünən, 09:54
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi
Dünən, 09:50
Sənədsiz evlərə necə çıxarış almaq olar? - QAYDALAR
Dünən, 09:46
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü
Dünən, 09:38
Ramiz Mehdiyev Xalq artistinin verilişini niyə efirdən çıxartdırdı? - VİDEO
Dünən, 09:28
Səudiyyə Ərəbistanında hava limanlarına ardıcıl hücumlar - 19 ölü