Kərəm paşanın səhlənkarlığı

Sirr deyil ki, II Qarabağ savaşında ermənilər öz hərbi qüvvələrindən arzuladıqları səviyyədə istifadə edə bilməmiş, bəzən onların raket qurğularının yeri əvvəlcədən təsbit olunaraq zərərsizləşdirilmiş, bəzən isə təyyarələri dağlara çarpılaraq sıradan çıxmışdır. Ermənilər öz başarısızlıqlarını Rusiyadan alınan texnikaların keyfiyyətsizliyi ilə əlaqələndirirlər. İstisna deyil ki, ermənilərin uğursuzluğunda bu amilin də böyük rolu vardı.
Amma üzərində çox da durulmayan bir başqa amil də var ki, ermənilərin uğursuzluğunda bu faktor da önəmli rol oynamışdır: Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun qabaqlayıcı tədbirləri.
Sizə təqdim olunan bu iki videoda Azərbaycan Hərbi Qüvvələrinin yetkililəri də bu faktı etiraf edirlər.
İlk video “Görünməyən qəhrəmanlar” filmindən bir fraqmentdir. Həmin fraqmentdə Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov filmdə II Qarabağ döyüşlərində qəhrəmanlıq göstərən hərbi hissələr barədə danışarkən Əlahiddə Ordununun adını xüsusi olaraq çəkir, amma onun bu savaşın qazanılmasındakı rolundan danışmır.
İkinci videoda isə Əlahiddə Ümumqoşun zabitləri öz xidmətləri barədə bəzi ayrıntılara aydınlıq gətirirlər. Çıxış edən hərbçilərin ifadələrinə görə, onlar Ermənistan tərəfində hərəkətə keçən təyyarə, pilotsuz uçuş aparatları və raket qurğularının hərəkətini anında müəyyənləşdirir, bəzilərinin fəaliyyətini müvafiq radio-dalğalar göndərərək öz imkanları ilə məhdudlaşdırır, bəziləri barədə isə yuxarı komandanlığı məlumatlandırırdılar. Beləcə, Ermənistan ordusunun hərbi hava qüvvələri tamamilə təsirsiz hala gətirilmiş, hava üstünlüyü tamamilə Azərbaycan Ordusunun əlinə keçmişdir. Başqa sözlə, Naxçıvandakı ordu hissələrimiz yerləşdikləri məkanın yaratdığı imkanlardan istifadə edərək ermənilərin savaş boyunca bütün hərbi rotasiyası və dislokasiyası barədə müfəssəl bilgilər toplayıb, bir növ kəşfiyyat xidməti göstərmiş, bu isə savaşın taleyinin müəyyənləşdirilməsində müstəsna rol oynamışdır
Azərbaycan Ordusunun II Qarabağ savaşı boyunca öz ərazilərini işğaldan qurtaran, dolayısıyla hücum edən tərəf olmasına baxmayaraq, düşməndən daha az itki verməsinin səbəbini bu amil əsaslı şəkildə izah edir. Belə ki, hərbi mütəxəssislərin ümumi qənaətinə görə, adətən hücumçu tərəf müdafiəçilərdən ən azı 3 dəfə çox itki verirlər. Bu məntiqlə, Azərbaycanın II Qarabağ savaşında daha az itki verməsinin əsas səbəblərindən biri düşmənin arxa cəbhəsində yerləşdirilmiş hərbi qüvvələrinin fəaliyyəti və daha üstün kəşfiyyat məlumatlarına malik olması ilə əsaslandırıla bilər.
Di gəl ki, Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun bu əvəzsiz xidmətləri layiqincə qiymətləndirilməyib: gecəsini gündüzə qatıb düşməni zərərsizləşdirən bu qəhrəmanların heç biri nə təltif olunub, nə də hər hansı sənədlərdə onların adı çəkilir.
Naxçıvanda xidmət göstərən zabitlərdən aldığım məlumata görə, onlar bu haqsızlığın ortadan qaldırılması tələbi ilə ölkə başçısına, Müdafiə Nazirliyinə və digər müvafiq qurumlara müraciət etsələr də, hələ də öz məqsədlərinə çata bilməyiblər. Müdafiə Nazirliyindən onlara bildiriblər ki, xidmətləri rəsmən qeydə alınmayıb və bu barədə nazirliyə hər hansı rəsmi məlumat daxil olmayıb, məhz bu səbəbdən də onları təltif etmək, yaxud gördükləri işləri rəsmiləşdirmək mümkün deyil.
Şikayətçilər Naxçıvan hərbçilərinin bu xidmətlərinin rəsmən qeydə alınmamasında Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayevi günahlandırırlar. Hərb tarixinə yeni tərzdə geriyə addımlamaq qaydası gətirməkdən başqa bir işə yaramayan Kərəm paşadan bundan artıq nə gözləmək olar?
Heydər Oğuz
1-08-2026, 12:47
Sabah 39° isti olacaq
1-08-2026, 10:59
Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi - FOTO
1-08-2026, 10:49
Fransa İspaniya ilə sərhəddə təhlükəsizlik qüvvələri yerləşdirdi
1-08-2026, 10:23
Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
1-08-2026, 10:12
DYP sürücülərə və piyadalara müraciət etdi
1-08-2026, 09:54
53 mindən çox miqrant geri qayıdıb
1-08-2026, 09:48
“Qarabağ”ın oyunlarını bu hakimlər idarə edəcək
1-08-2026, 09:38
Nəriman Həsənzadə vəfat etdi
1-08-2026, 09:32
Azərbaycanda zəlzələ oldu
1-08-2026, 09:28
“Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik” - FOTO
1-08-2026, 09:22
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
1-08-2026, 09:00
Azərbaycanlılar Azərbaycana qarşı casusluğa cəlb edilir? – İranla sərhəddə nə baş verir...
31-07-2026, 16:00
Qəzza ilə bağlı tarixi razılaşma: Tezliklə icrasına başlanacaq
31-07-2026, 15:30
İrəvandan Moskvaya HƏDƏ – Zəngəzur dəhlizi gecikə bilər?
31-07-2026, 14:22
“İssık gölü sammiti” Kremlin diqqətində – Moskva nədən narahatdır?
31-07-2026, 13:37
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB
31-07-2026, 13:13
Xərçəng xəstəliyinin də çarəsi tapıldı: Alimlərdən şad xəbər
31-07-2026, 12:44
İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verildi
31-07-2026, 12:40
Ankara Moskva-Kiyev görüşünü təşkil etməyə hazırdır
31-07-2026, 11:50
Netanyahunu şortiklə qarşıladı, üzünə də baxmadı - ŞOK FOTO
31-07-2026, 11:13
“Biz bu məsuliyyətə hazırıq”
31-07-2026, 11:08
Ukrayna PUA-ları Azərbaycanla sərhəddə vuruldu
31-07-2026, 10:59
İraqlı nazirdən Türkiyədəki imza böhranı ilə bağlı AÇIQLAMA
31-07-2026, 10:55
İlham Əliyev: Azərbaycan və Qırğızıstan bütün təşəbbüslərdə bir-birini bundan sonra da dəstəkləyəcək
31-07-2026, 10:52
Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib
31-07-2026, 10:49
Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşdı
31-07-2026, 10:45
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edildi