Məşhur biznesmenin oğlunun həyatı göz qamaşdırır

Rauf Hüseynov hələ də köhnə əməllərindən əl çəkməyib
90 MP 090 nömrəsini 90 ER 093-lə əvəz edən biznesmenin övladı bahalı həyatını nümayiş etdirir
Tanınmış iş adamı Ramiz Hüseynovun oğlu Rauf Hüseynov təxminən bir il əvvəl mətbuatın "qəhrəmanına" çevrilmişdi. Belə ki, iş adamının oğlu 90 MP 090 dövlət nömrə nişanlı bir-birindən bahalı avtomobilləri ilə şəhər küçələrində yol hərəkəti qaydalarını kobud şəkildə pozmuş, eyni zamanda avtomobilləri ilə xanımların çəkdirdiyi erotik şəkilləri sosial şəbəkələrdə paylaşmışdı. Uzun müddət mətbuatda müzakirə olunan həmin fotoşəkillər və Rauf Hüseynovun əməlləri aradan bir müddət kəçəndən sonra unuduldu. Halbuki, cəmiyyət tərəfindən bu məsələyə sərt təpki verilməli və imkanlı şəxsin övladı bir daha belə əməlləri törətməməli idi. Lakin Rauf Hüseynov mətbuatdakı tənqidlərdən hələ də heç bir nəticə çıxarmayıb. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, biznesmenin oğlu artıq 90 MP 090 nömrə nişanını heç bir avtomobilinə vurmur: "Atası ona bu nömrədən istifadə etməyi qəti qadağan edib. Onun hazırda idarə etdiyi "İnfiniti" markalı avtomobilinin nömrəsi 90 ER 093-dür. Bu yolla iş adamı oğlunu diqqətdən kənarda saxlamağa çalışır. Bir vaxtlar iş adamı Ramiz Hüseynov mətbuata açıqlama verərək bildirirdi ki, oğlu artıq xoşa gəlməyən işlərlə məşğul olmur, onu tənbeh edib və sair. Amma bu məlumatlar həqiqəti əks etdirmir. Çünki biznesmenin oğlu bütün günü şəhərin küçələrində əvvəlki qaydada özbaşına hərəkətlər törədir. Bizə inanmayanlar Rauf Hüseynovun "instagram"dakı "mr_rauff_" profilinə girib onun çəkdirdiyi şəkillərə baxa bilərlər. Şəkillərdən aydın şəkildə görünür ki, biznesmenin övladının sadə həyat tərzi ilə heç arası yoxdur. Bu gənc gah pullarını, gah da bahalı əşyalarını nümayiş etdirir. O, Fidan adlı xanımla paytaxtın ən bahalı məkanlarında oturur, brend geyim dükanlarından alış-veriş edir. Atasının imkanına güvənən gənc Rauf işləməyə də lüzum görmür. Bütün gününü əyləncədə, kef məclislərində keçirən biznesmenin övladı əksər hallarda içkili vəziyyətdə avtomobil idarə edir. Yol polisi əməkdaşları saxlayanda isə ya atasının yardımı, ya da cibinin köməyi ilə vəziyyətdən çıxmağı bacarır. Təvazökarlıqdan çox uzaq olan iş adamının oğlu özündən kasıblara yuxarıdan aşağı baxır. Onun əlində imkan olsa, şəhər küçələrindəki işıqforların qırmızı işığında saxlamaz. Yəni bu dərəcədə özündən razı adamdır". Məlumatda həmçinin o da qeyd olunur ki, Rauf Hüseynov Fidan adlı xanımla tanış olana qədər həyatında saysız-hesabsız xanımlar olub: "Onunla münasibətdə olan qızların hamısı Raufun xüsusi özəlliyinə görə ona vurulublar. Məhz həmin özəllik qızlarda bizmesmenin övladına qarşı simpatiya yaradırmış. Rauf Hüseynovun yaxın çevrəsindəki insanların əksəriyyəti onun xüsusi özəlliyindən xəbərdardır. Ancaq Fidan adlı xanımla münasibət qurandan sonra digər xanımlarla əlaqəni kəsib. Hazırda onun imkanlarından yalnız bu xanım yararlana bilir. Həmin qızla sosial şəbəkələrdə onlarla şəklini paylaşıb. Maraqlıdır, görəsən Ramiz Hüseynovun oğlunun bu əməllərindən xəbəri varmı? Yəqin ki, iş adamı oğlunun "instagram"da paylaşdığı şəkilləri görməyib. Əminəm ki, həmin şəkilləri görsə, biznesmenin əhvalı tamam dəyişəcək". Biznesmenin övladı ilə bağlı redaksiyamıza başqa məlumatlar da daxil olub. Gələn saylarımızda Rauf Hüseynovun ali məktəbə hansı yolla qəbul olması, tələbəlik illərində bir xanımdan eşitdiyi "qaş" söhbəti haqda danışacağıq. Həmçinin Ramiz Hüseynovun hansı yollarla varlanmasına aydınlıq gətirməyə çalışacağıq. Bizi izləməyi unutmayın.
Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur
22-08-2026, 10:04
Bu gün dəniz havası var
22-08-2026, 09:59
Xəzərdə zəlzələ oldu
22-08-2026, 09:53
Bütün Hörmüz regionuna ABŞ nəzarət edir - Tramp
22-08-2026, 09:38
Əməkdar jurnalist vəfat etdi
22-08-2026, 09:00
Azərbaycanda arzuolunan dəyişiklik - 4 milyon nəfər gəlir
21-08-2026, 16:00
ABŞ-dən İrana qarşı “boğucu" FƏND - Bakının İKİ müttəfiqi də təsirlənəcək?
21-08-2026, 15:30
Bakıda kirayə evlər daha da bahalaşacaq – Səbəb TƏKCƏ tələbələr deyil
21-08-2026, 14:48
Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA
21-08-2026, 14:47
İran müharibənin “ikinci raund”una hazırlaşır
21-08-2026, 14:45
İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi
21-08-2026, 14:22
ABŞ iqtisadi müharibəyə başladı: İranın neft ixracı tam dayandı - Azərbaycana necə təsir edəcək?
21-08-2026, 13:42
Bu ərazilərdən məhsul yığmaq qadağandır — 6000 manat cəriməsi var
21-08-2026, 13:16
Rusiya Qarabağda edə bilmədiyini Gürcüstanda istəyir
21-08-2026, 12:11
Britaniya səfiri: “Azərbaycanla müdafiə əməkdaşlığımız...”
21-08-2026, 12:05
Britaniyalı səfir Şuşa arzusundan DANIŞDI
21-08-2026, 11:38
Gürcüstanda azərbaycanlı sahibkar saxlanıldı
21-08-2026, 11:33
İtkin şəhidlər dəfn olunur - Fotolar - Yenilənir
21-08-2026, 11:05
Şəhərin mərkəzində ara məsafəsi gözlənilmədən bina tikilir? - Fotolar
21-08-2026, 10:52
“Bu xəbər kökündən yanlışdır, digəri isə ləyaqət pozuntusuna cəhddir”
21-08-2026, 10:39
Bakıda qazi dostu ilə birgə qədim samovarı oğurladı - Bu cəzanı aldılar
21-08-2026, 10:34
Bu şəxslərin pensiyası yenidən artacaq
21-08-2026, 10:30
Xərçəngin müalicəsində dönüş nöqtəsi: peyvənd sınaqdan uğurla ÇIXDI