ABŞ-dən İrana qarşı “boğucu" FƏND - Bakının İKİ müttəfiqi də təsirlənəcək?
Dunya
Oxunub: 10
21 avq 2026 | 16:00
ABŞ-dən İrana qarşı “boğucu" FƏND - Bakının İKİ müttəfiqi də təsirlənəcək?


Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp İrana qarşı “misli görünməmiş miqyasda iqtisadi müharibə və təcrid” elan edib. Bu, Vaşinqton-Tehran qarşıdurmasında iqtisadi cəbhənin daha da sərtləşəcəyindən xəbər verir. Ekspertlər hesab edir ki, yeni sanksiyaların yalnız İranın özünə deyil, bu ölkə ilə iqtisadi əlaqələr saxlayan dövlətlərə, banklara, neft və gəmiçilik şirkətlərinə də təsir göstərəcək.

Bəs Trampın “misli görünməmiş miqyasda iqtisadi müharibə və təcrid”i əvvəlki sanksiyalardan nə ilə fərqlənə bilər? ABŞ İranla işləyən xarici bankları, gəmiçilik şirkətlərini və neft şirkətlərini də sanksiyalarla hədələsə, İranın neftini dünya bazarına çıxarması praktiki olaraq nə qədər çətinləşə bilər?
İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı Musavat.com-a danışıb. Onun sözlərinə görə, ABŞ-nin yeni təzyiq siyasətinin əsas məqsədlərindən biri danışıqlarda üstünlük qazanmaq və İranı daha ağır şərtlərə məcbur etməkdir: "Bu, daha çox danışıqlarda üstünlük qazanmaq və İrana təzyiqi artırmaq üçün edilir. Çünki məlum olduğu kimi, sanksiya ikitərəflidir. Bəli, İrana qarşı blokada davam edir. Bu, ona çox ciddi zərbə vurur. İran neftini sata bilmir. Bir neçə gündür ümumiyyətlə tankerləri çıxara bilmir. Fars körfəzində Amerika gəmiləri onları bloklayıb. Bu, ciddi təsir edir.

Amma ticarət ikitərəflidir. Məsələn, İranın əsas tərəfdaşı Çindir, Rusiyadır və qonşu ölkələrdir – Pakistandır, Türkiyədir. Yəni, İranla ticarəti tamamilə dayandırmağın əvəzinə nəsə təklif olunmalıdır. Çin Amerikanın sözünə baxacaqmı? Amerika Çinə qarşı sanksiya tətbiq etsə, Çin də öz mallarının, Amerikada satılan malların tariflərini artırsa, bu, Amerikada ciddi inflyasiya və yaxud da qiymət artımına səbəb olmazmı?

Rusiyaya da indiyənə qədər 26-28 min sanksiya tətbiq olunub. Onun beşinin də artıq olması, yəni daha bir neçə sanksiyanın tətbiq edilməsi nəyi dəyişəcək? Rusiya artıq sanksiyalar altında yaşayır. Ən azı 2014-cü ildən bəri, ən sərt sanksiyalar isə 2022-ci ildən etibarən Rusiyaya qarşı tətbiq olunub. Yəni bu, ikitərəfli bir məsələdir. Medalın iki üzü var.

Bəli, İrana ciddi təzyiq yaradılır. Ən azından dəniz blokadası sanksiyalardan da daha çox İrana təzyiq yaradır. Amma digər tərəfdən, İranın tərəfdaş ölkələrinə qarşı Amerika sərt davrana biləcəkmi? Məsələn, Çinə qarşı və yaxud Rusiyaya qarşı daha böyük sanksiyalar qəbul edəcəkmi? Pakistan ən yaxın müttəfiqlərindən biridir və danışıqlarda arbitr rolunu oynayır. Pakistanla İranın ticarət dövriyyəsi yüksəkdir. Quru sərhədləri var, altı ticarət keçid məntəqəsi mövcuddur. Pakistan ticarəti davam etdirəcək. Ticarətə görə Pakistana sanksiya tətbiq edəcəkmi?

Və yaxud da Türkiyə NATO üzvüdür və Trampla çox yaxşı münasibətləri olan ölkədir. Türkiyənin də İranla sərhəd keçid məntəqələri mövcuddur və ticarəti var. İndi Türkiyə şirkətlərinə sanksiya tətbiq edəcəkmi?

Bu nöqteyi-nəzərdən burada suallar cavablardan daha çoxdur. Amma istənilən halda, İranın dəniz blokadası İrana təsir göstərən ən böyük sanksiyadır".

"İranın bank hesablarına, valyuta əməliyyatlarına və beynəlxalq ödəniş kanallarına əlavə məhdudiyyətlər ölkə iqtisadiyyatına hansı təsirləri göstərəcək" sualına isə Natiq Cəfərli bu cür cavab verib: "Bu, daha ciddi məsələdir və burada doğrudan da əsas rolu Birləşmiş Ərəb Əmirlikləri oynayır. Yəni, İranın həm fiziki, həm də hüquqi şəxslərinin ticarət anlaşmaları daha çox son illərdə, son 10-15 ildə Dubay, Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə həyata keçirilirdi. İstənilən valyutadan və hətta kriptovalyutalardan istifadə olunurdu. İndi Birləşmiş Ərəb Əmirlikləri iki gün bundan öncə Amerika ilə birgə belə bir qadağa qoydu. Bütün hesablar dondurulub, əməliyyatlar dayandırılıb. Bu, İrana çox ciddi təsir edəcək. İran iqtisadiyyatı onsuz da darmadağındır, yəni çox pis vəziyyətdədir.

Və müharibənin uzanmasında maraqlı olan İranın daxilində hərbi qruplaşmalar var. Onlar bilirlər ki, indi iqtisadi vəziyyətin pis olmasını müharibə ilə, gərginliklə, qarşıdurma ilə, müqavimətlə – bu tipli pafosla əvəzləmək və yaxud da gizlətmək mümkündür. Sabah atəşkəs olsa, münasibətlər normallaşsa, iqtisadi vəziyyətin çox ağır olduğunu nəzərə alaraq insanlara nə cavab verəcəklər? İran xalqı da kifayət qədər ayaqda olan, sorğulayan, etirazçıdır. Sabah bu iqtisadi vəziyyətə görə onlar etiraz etsələr, hakimiyyəti ələ götürmüş silahlı qruplaşmalar xalqa nəsə cavab verə biləcəklərmi? Bax, bu sual çox ciddi məsələdir və İran iqtisadiyyatında doğrudan da çox böyük, dərin problemlər mövcuddur".
Bu gün, 16:00
ABŞ-dən İrana qarşı “boğucu" FƏND - Bakının İKİ müttəfiqi də təsirlənəcək?
Bu gün, 15:30
Bakıda kirayə evlər daha da bahalaşacaq – Səbəb TƏKCƏ tələbələr deyil
Bu gün, 14:48
Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA
Bu gün, 14:47
İran müharibənin “ikinci raund”una hazırlaşır
Bu gün, 14:45
İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi
Bu gün, 14:22
ABŞ iqtisadi müharibəyə başladı: İranın neft ixracı tam dayandı - Azərbaycana necə təsir edəcək?
Bu gün, 13:42
Bu ərazilərdən məhsul yığmaq qadağandır — 6000 manat cəriməsi var
Bu gün, 13:16
Rusiya Qarabağda edə bilmədiyini Gürcüstanda istəyir
Bu gün, 12:11
Britaniya səfiri: “Azərbaycanla müdafiə əməkdaşlığımız...”
Bu gün, 12:05
Britaniyalı səfir Şuşa arzusundan DANIŞDI
Bu gün, 11:38
Gürcüstanda azərbaycanlı sahibkar saxlanıldı
Bu gün, 11:33
İtkin şəhidlər dəfn olunur - Fotolar - Yenilənir
Bu gün, 11:05
Şəhərin mərkəzində ara məsafəsi gözlənilmədən bina tikilir? - Fotolar
Bu gün, 10:52
“Bu xəbər kökündən yanlışdır, digəri isə ləyaqət pozuntusuna cəhddir”
Bu gün, 10:39
Bakıda qazi dostu ilə birgə qədim samovarı oğurladı - Bu cəzanı aldılar
Bu gün, 10:34
Bu şəxslərin pensiyası yenidən artacaq
Bu gün, 10:30
Xərçəngin müalicəsində dönüş nöqtəsi: peyvənd sınaqdan uğurla ÇIXDI
Bu gün, 10:01
Bakıda ov tüfəngindən atəş açıldı - Yaralanan var
Bu gün, 09:42
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
Bu gün, 09:38
Xəbəri olmadan adına üç şirkət açılıb, yarım milyon manatdan çox borcu yaranıb - VİDEO
Bu gün, 09:34
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları yola salınıb
Bu gün, 09:30
Zelenskinin Bakı və İrəvan planı Moskvanı hərəkətə gətirdi – Zaxarova danışdı
Bu gün, 09:23
Mikroavtobus “KamAZ”a çırpıldı - Xəsarət alanlar var
Bu gün, 09:17
Valideyn büdcəsinə yeni yük - Məktəb xərcləri artdı
Bu gün, 09:00
Paytaxtın “sentyabr tıxacı”nda çıxış yolu
Dünən, 16:00
Bazarlarımızda erməni şaftalısı – CƏMİ 47 qəpiyə…
Dünən, 15:30
Umbakıdakı dustaqlar Strasburqda nəyə ümid edirlər?