Öldürülən Aytacın anası: Qızıma deyirmiş sənin gözlərini çıxaracağam ki, oxumayasan
“Bu indidən məni belə döyür, evlənəndən sonra necə olacaq?!”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisi Aytac Babayevanı öldürməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü İzzət Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Qafqazinfo-nun prosesdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən iclasda şahid ifadələri dinlənilib.
Aytacın bacısı, 1993-cü il təvəllüdlü Ayşən Babayeva ifadəsində bildirib ki, bacısı doqquzuncu sinifdə oxuyanda İzzətlə sevgili olub:
“Amma mən bunu Aytac 10-cu sinfə gedəndə bildim. Onda da Aytaca dəfələrlə dedim ki, belə işlərə baş qoşma, dərslərinə vaxt ayır, lakin onu yola gətirə bilmədim. Ötən ilin yanvar ayında, Aytacın ad günündə dayımqızı, xalamqızı Nərmin, Aytac və mən şəhərə gəzməyə çıxdıq. Biz şəhərdə olanda İzzət Aytaca zəng etdi ki, sənə sürprizim var. Biz hamımız birlikdə “Sahil”də bir restorana getdik, İzzət tort sifariş etdi, yedik-içdik qayıtdıq. Orada başqa heç nə olmadı, İzzət də özünü normal aparırdı.
Amma fevral ayından İzzət dəyişdi, səbəbsiz yerə Aytacı söyməyə başladı. Aytaca SMS-lə küçə söyüşləri yazırdı. Həmin il tez-tez Aytacı söyürdü, döyürdü. Mən Aytaca deyirdim ki, gəl bunları anamıza deyək. Amma o razı olmurdu, deyirdi özüm həll edəcəyəm.
Dekabrın 17-də atamın ad gününə Aytac hədiyyə almışdı. İzzət şəhərdə Aytacla görüşüb həmin hədiyyəni alıb yerə atıb, Aytacı da vurmuşdu. Aytaca deyib ki, sən o hədiyyəni atana almamısan.
Martın 2-də Aytac mənə zəng elədi ki, pisəm, “Xalqlar dostluğu”na gəl. Getdim gördüm İzzət Aytacı döyüb, sinəsindən təpiklə vurub, paltosunu cırıb, onu yerə yıxıb vurub.
Dayımoğlu Orxan Axundov əsgərlikdən məzuniyyətə gələndə bir dəfə Aytacı hazırlıq kursuna apardı. Onu da İzzət uzaqdan görüb. Orxan Aytacı ötürəndən sonra ona yaxınlaşıb, Aytacı sevdiyini deyib. Söhbət ediblər, orada dayımoğluna söz verib ki, daha Aytaca yaxınlaşmayacaq. Amma həmin gün axşam İzzət Aytacın sinif yoldaşları Orxanla Rəhimi götürüb Aytaca hücum edib, döyüb telefonunu da sındırmışdı.
Hadisə baş verən günü mən bibimgildə idim. Günorta saat 12:48-də Aytac mənə zəng etdi ki, evdən çıxıram, açarı qoyum, dedim yox özümdə var. Bir az sonra anam zəng edib dedi ki, Aytacı xəstəxanaya aparıblar...”
A.Babayeva bildirib ki, İzzətin bacısını nə üstündə öldürdüyünü bilmir.
Aytacın anası Gözəl Babayeva deyib ki, mərhum qızı 16 yaşını İzzətlə şəhərdə keçirib:
“On yeddi yaşı olanda Aytacın ad gününü evdə keçirdik. Onda da İzzət qapımızın ağzına kukla qoymuşdu. Mən onu götürüb evlərinə aparanda İzzətin anası bizə dedi ki, çox o yan, bu yan etməyin, qızının diskdə İzzətlə şəkilləri var. İzzət özü də tez-tez Aytaca hədə qorxu gəlib”.
Ayşən Babayeva bildirib ki, İzzət Aytacın üstünə “Kislota” atmaqla hədələyib:
“İzzət Aytaca deyirdi ki, sən oxuyub universitetə qəbul olacaqsan, orada yeni adamlar tanıyacaqsan, həyatın daha maraqlı olacaq, məni unudacaqsan. Buna görə deyirmiş ki, sənin gözlərini çıxaracağam ki, oxumayasan”.
Bundan sonra Aytacın xalası qızı, 1999-cu il təvəllüdlü Nərmin Baxşıyeva ifadə verib. O bildirib ki, İzzət, hətta bir dəfə Aytacı marşrut avtobusunda vurub yerə yıxıb:
“Onuncu sinfin yanvar ayına kimi hər şey yaxşı idi. Fevral ayından İzzət birdən-birə dəyişdi. Heç bir səbəb olmadan Aytacı döyürdü, söyürdü. Aytac dözmədi ayrıldı. Həmin vaxt da dayısıoğlu Orxan onu ötürəndə İzzət görmüşdü. Onda da döymüşdü. Aytac əvvəllər İzzətlə evlənəcəyini düşünürdü, amma sonradan dedi ki, bu indidən məni belə döyür, evlənəndən sonra necə olacaq?! İzzətin Aytaca yazdığı təhqir mesajlarını özüm görmüşəm”.
İzzət Hüseynov istintaqa ifadəsində bildirib ki, anası Aytacı Orxana ərə vermək istəyib, ona görə də Aytacı bıçaqla vurub.
Gözəl Babayeva isə deyib ki, bu yalandır:
“Aytacı Orxan istəmirdi, amma başqa istəyən vardı, evlənib Amerikaya aparmaq istəyirdi. Mən ona da razı olmadım, çünki qızım hələ universitet oxumaq arzusunda idi...”
Məhkəmənin növbəti iclası sentyabrın 4-ə təyin edilib.
Qeyd edək ki, bu ilin aprelin 29-da Bakının Nizami rayonunda 58 saylı orta məktəbin 11-ci sinif şagirdi Babayeva Aytac 1995-ci il təvəllüdlü Hüseynov İzzət Natiq oğlu tərəfindən qətlə yetirilib. Bu hadisə ölkədə geniş müzakirələrə səbəb olmuşdu.
Bu gün, 01:03
42 İllik Ömür Yolunda Sözə və İnsanlara Sədaqət – Rüstəm Zaidoğlu
Dünən, 22:59
Azərbaycandan Karabükə mənalı təltif: Mehmet Çetinkayaya Türk Dünyası Şərəf Ordeni təqdim edilib
12-09-2026, 12:00
İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
12-09-2026, 11:33
Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video
12-09-2026, 11:28
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
12-09-2026, 10:58
“Bu, Rusiya ilə müharibə deməkdir”
12-09-2026, 10:24
“Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
12-09-2026, 10:00
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
12-09-2026, 09:42
Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
12-09-2026, 09:15
Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
12-09-2026, 09:00
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
12-09-2026, 00:49
Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
11-09-2026, 16:00
İrəvan nəticə çıxarmalıdır - Bakıdan KRİTİK xəbərdarlıq
11-09-2026, 15:30
Paşinyan referenduma getməyəcək? – Bakıdan MÖVQE
11-09-2026, 14:22
Avropadan Şah İsmayıl qüdrətinin 475 illik təsviri - “Heç bir ordu qarşılarında dayana bilmirdi”
11-09-2026, 14:00
“Hitlerin davamçıları” hakimiyyətə gəlmək üzrədir - Almaniya gizli hərbi planını onlara verməyəcək
11-09-2026, 13:44
"UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
11-09-2026, 13:39
ABŞ-İran savaşı BU TARİXDƏ bitir
11-09-2026, 13:38
Azərbaycan və Ermənistan liderlərinin son görüşü ilə bağlı VACİB AÇIQLAMA
11-09-2026, 13:35
Prezidentə müraciət etdilər
11-09-2026, 13:16
Duqinin yeni xülyası - postsovet ölkələrinə HƏDƏ
11-09-2026, 12:00
Türkiyə onları bir araya gətirdi: Mühüm razılaşma
11-09-2026, 11:30
Ağdərədə mina partladı - Xəsarət alan var
11-09-2026, 11:06
Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
11-09-2026, 11:02
Dövlət bağçalarında yerlərin sayı artırılıb
11-09-2026, 10:59
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
11-09-2026, 10:27
İsrail "Hizbullah"ın alınmaz qalasını məhv etdi