Zibillik biznesi- Sumqayıtda vaxtı keçmiş ərzaqları yenidən marketlərə qaytaranlar kimlərdir-VİDEO
İlk dəfə bura ayaq basanda adamı qəribə hiss bürüyür. Sankı dünyanın sonu barədə çəkilmiş amerikan filmlərindən bir parçanı izləyirsən.
Tüstü, qalaq-qalaq zibillik, göydə uşuçan minlərlə quş... və zibillikdə eşələnən insanlar.
Bura Sumqayıt zibilliyidir. Öz ahəngi, tərzi hətta biznesi ilə fərqlənən böyük zibillik.
Azerinfo.az əməkdaşları zibillikdə eşələnənlərlə söhbətləşir.
“Bu zibillik çoxlarının dolanışıq yeridir. İş yoxdur. Biz də torbalardan tutmuş köhnə pal-paltara qədər nə var yığırıq. Elə adamlar var ki, quru çörəyi toplayıb satırlar. Nə çoxdur mal-qarası, toyuq-cücəsi olanlar”, - biri dillənir.
Bir başqası “7 övladım var, böyüyünün 14 yaşı var, kiçiyi 2 yaşındadır. Bəzən kiminsə qapısında fəhləlik edirəm, iş olmayanda isə burdan sellofan torbalar yığıram. Təsəvvür edin, zibilliyin içindən torbaları ayırıb, yığmaq necə çətindir. Bir də görürsən, üst-başım qurdla dolu olur. Mənimki iyrənməkdən keçib”, - söyləyir.
Yaşlı bir kişi isə deyir ki, axşam gələsiz, maşınlar növbəyə düzülür. Şəhərdəki dəri və bağırsaq sexinin, sallaqxanaların, kafe və restoranların tullantıları bura atılır.
Zibillikdə əməlli başlı biznes imperiya var.
Kimi salofan, kimi plastik butulka, kimi metal yığır.
Və bunların hər birinə nəzarət edən, zibillikdəki insanlardan haqq yığanlar var.
Bu “Sumqayıt Şəhər Təmizlik Departamenti” Məhdud Məsuliyyətli Cəmiyyətinın əməkdaşlarıdır.
Ən pisi odur ki, bura dükanlardan vaxtı ötmüş ərzaq malları gətirilir. Atılır. Zibillikdə onları silib-təmizləyib yenidən dükanlara satdırmaq üçün verirlər. Yəni konservalar, müxtəlif cür bitki yağları, hətta kolbasa və sair.
Bu adamlar necə bir cinayət etdiklərinin fərqində deyillər.
Departamentin Qəhrəman adlı əməkdaşı etiraf edir ki, bütün işlərə “Sumqayıt Şəhər Təmizlik Departamenti”nin Taleh adlı işçisi nəzarət edir.
Qəhrəman isə metal,butulka, salafan toplayanla “işləyir”. Yəni şəhərdən gəlib zibilçilərdən mal alanda həmin əşyalar qapanda çəkilir. Satılan mallardan əldə olunan hər yüz manatın on manatı Qəhrəmana çatıre. O da “yuxarı” ötürür. Sadə bir sxem.
Qeyd edək ki, Ekologiya Nazirliyi dəfələrlə “Sumqayıt Şəhər Təmizlik Departamenti”ni cərimələyib.
Amma bu dəfə yoxlanışı Ekologiya Nazirliyi ilə birgə prokurorluq orqanları, Qida Təhlükəsizliyi Agentliyi də aparmalıdır.
Ekologiya Nazirliyinin işi zibillikdən havaya qalxan, şəhəri zəhərləyən qatı tüstünün, antisanitariyanı səbəbini yaradanlardı.
Vaxtı keçmiş məhsulları əhaliyə sırıyanlar isə cinayət məsuliyyətinə cəlb olunmalıdır.
Ardı var.
Bu gün, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
Bu gün, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
Bu gün, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
Bu gün, 16:00
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Bu gün, 15:30
Albertə haqsız hücumlar
Bu gün, 14:44
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
Bu gün, 14:21
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
Bu gün, 12:40
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Bu gün, 12:33
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
Bu gün, 12:29
ABB-dən kartlardan silinən pullarla bağlı yeni AÇIQLAMA
Bu gün, 12:25
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Bu gün, 12:20
Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
Bu gün, 12:14
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Bu gün, 11:22
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Bu gün, 11:18
Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
Bu gün, 10:45
Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
Bu gün, 10:08
Kredit götürmək istəyənlərin nəzərinə: Qaydalar dəyişir
Bu gün, 10:04
İşləyənlərin nəzərinə! – Bu gün qısa iş günüdür
Bu gün, 09:59
Bu ölkələrdə dəhşətli zəlzələ - Fövqəladə vəziyyət elan edildi -YENİLƏNDİ
Bu gün, 09:55
“Artıq Ukrayna üçün təhlükə yaratmırlar”
Bu gün, 09:50
Mask COVID-19-un yaradılmasında onları günahlandırdı
Bu gün, 09:46
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə köç karvanları getdi
Bu gün, 09:28
Aşuraya görə qanvermə aksiyası başladı - ÜNVANLAR
Bu gün, 09:16
Bu gün Aşuradır
Bu gün, 09:12
İrəvanın seçimi, Qafqazın taleyi: Moskva ilə Brüsselin riskli oyunu
Bu gün, 09:00
I ixtisas qrupu üzrə 700 bal toplayan Burlaxatun
Dünən, 16:00
Ermənistan İranla o sazişi niyə imzalamır? - Bakı və Ankaraya qarşı hiylə