Qayınananı girov götürən restoran sahibini ağır cəza gözləyir – 12 il

Avqustun 22-də Şabran rayonunda “Savalan” restoranında keçirilən kiçik toy məclisində xoşagəlməz hadisə yaşanıb
Azerinfo.az avrasiya.net-ə istinadən xəbər verir ki, restorana borclu qalan toy sahibinin qayınanası girov götürülüb. Verilən məlumata görə, toy sahibinin restorana 1000 manata yaxın borcu olub. Borcu ödəyə bilmədiyindən restoran rəhbərliyi onun qayınanasını bir günlük girov saxlayıb. Avqustun 23-ü pul ödəndikdən sonra girov sahiblərinə qaytarılıb.
Hüquqşünas Müzəffər Baxışov açıqlamasında bu cür hadisələrin Cinayət Məcəlləsinin adamları girov götürmə, yəni 215-ci maddəsi ilə cinayət sayıldığını bildirib: “Cinayət Məcəlləsinin 215.1-ci maddəsinə görə, grov götürülən şəxsin azad olunması şərti ilə dövləti, təşkilatı və ya vətəndaşı hər hansı hərəkəti etməyə və ya hər hansı hərəkətdən çəkinməyə vadar etmək məqsədilə şəxsi girov götürmə və ya saxlama beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddədə bildirilir ki, eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə, bilə-bilə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə, təqsirkar tərəfindən aşkar surətdə hamilə qadın barəsində törədildikdə, iki və ya daha çox şəxs barəsində törədildikdə, tamah niyyəti ilə törədildikdə on ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 215.1 və ya 215.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda isə on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Hüquqşünas deyir ki, məclis səbəbkarlarından kiminsə restoran sahibi tərəfindən girov götürülməsi əməli tamah niyyəti ilə tövsiv olunur və Cinayət Məcəlləsinin 215.2 maddəsi ilə on ildən on iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər: “Restoran sahibi belə vəziyyətə düşməmək üçün əvvəlcədən toy sahibi ilə müqavilə bağlamalı idi və yaranmış hər hansı xoşagəlməz vəziyyətdə məhkəməyə müraciət etməli idi. Ancaq borcun qaytarılmadığı təqdirdə vətəndaşın girov götürülməsi artıq tamah məqsədilə edilmiş cinayət sayılır ki, bu zaman restoran sahibi özü məsuliyyət daşıyır”.
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur
22-08-2026, 10:04
Bu gün dəniz havası var
22-08-2026, 09:59
Xəzərdə zəlzələ oldu
22-08-2026, 09:53
Bütün Hörmüz regionuna ABŞ nəzarət edir - Tramp
22-08-2026, 09:38
Əməkdar jurnalist vəfat etdi
22-08-2026, 09:00
Azərbaycanda arzuolunan dəyişiklik - 4 milyon nəfər gəlir
21-08-2026, 16:00
ABŞ-dən İrana qarşı “boğucu" FƏND - Bakının İKİ müttəfiqi də təsirlənəcək?
21-08-2026, 15:30
Bakıda kirayə evlər daha da bahalaşacaq – Səbəb TƏKCƏ tələbələr deyil
21-08-2026, 14:48
Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA
21-08-2026, 14:47
İran müharibənin “ikinci raund”una hazırlaşır
21-08-2026, 14:45
İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi
21-08-2026, 14:22
ABŞ iqtisadi müharibəyə başladı: İranın neft ixracı tam dayandı - Azərbaycana necə təsir edəcək?
21-08-2026, 13:42
Bu ərazilərdən məhsul yığmaq qadağandır — 6000 manat cəriməsi var
21-08-2026, 13:16
Rusiya Qarabağda edə bilmədiyini Gürcüstanda istəyir
21-08-2026, 12:11
Britaniya səfiri: “Azərbaycanla müdafiə əməkdaşlığımız...”
21-08-2026, 12:05
Britaniyalı səfir Şuşa arzusundan DANIŞDI
21-08-2026, 11:38
Gürcüstanda azərbaycanlı sahibkar saxlanıldı
21-08-2026, 11:33
İtkin şəhidlər dəfn olunur - Fotolar - Yenilənir
21-08-2026, 11:05
Şəhərin mərkəzində ara məsafəsi gözlənilmədən bina tikilir? - Fotolar
21-08-2026, 10:52
“Bu xəbər kökündən yanlışdır, digəri isə ləyaqət pozuntusuna cəhddir”
21-08-2026, 10:39
Bakıda qazi dostu ilə birgə qədim samovarı oğurladı - Bu cəzanı aldılar
21-08-2026, 10:34
Bu şəxslərin pensiyası yenidən artacaq
21-08-2026, 10:30
Xərçəngin müalicəsində dönüş nöqtəsi: peyvənd sınaqdan uğurla ÇIXDI