“Skype”, “Facebook”, “WhatsApp” Azərbaycanı tərk edə bilər
Nazirin açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb
Azərbaycanda internet üzərində nəzarət gücləndirilir. Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib ki, rabitə xidmətləri göstərən “Skype”, “Facebook” , “WhatsApp” lisenziyalaşdırılmalıdır.
“Azərbaycanda fəaliyyət göstərən rabitə xidmətlərinin bir neçəsi lisenziyalaşdırılmış xidmətlərdir. Hesab edirik ki, bu rabitə xidmətlərini göstərən “Skype”, “Facebook”, “WhatsApp” da lisenziyalaşdırılmalıdır. Lisenziyalaşdırma istifadəçilər üçün heç bir problem yaratmayacaq. Ancaq tənzimləyici orqanlarla həmin şirkətlər arasında müqavilələr imzalanacaq”.
Nazirin bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb.
Narahatlığa səbəb isə lisenziyalaşdırma nəticəsinədə internetə girişdə bəzi məhdudiyətlərin yaranaması ehtimalıdır. Həmçinin vergi məsələsinin gündəmə gəlməsi rabitə xidmətləri göstərən “Skype”, “Facebook”, “WhatsApp” Azərbaycanda öz fəaliyyətini yenidə gözdən keçirməsi ilə nəticələnə bilər.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün ANS PRESS-ə bildirdiyinə görə, nazirin əslində nə demək istədiyi məlum deyil və dünyada sosial medianın lisenziyalaşdırılması anlayışı yoxdur.
“Sosial medianın lisenziyalaşdırılması anlayışı Azərbaycan qanunvericiliyində yoxdur. Qanunvericilikdə lisenziyalaşdırılan rabitə xidmətlərinin adları var ki, nazirin sadaladıqları xidmətlərin adı orada yoxdur. Əgər beynəlxalq rabitə əlaqəsinin lisenziyalaşdırılmasından söhbət gedirsə, bu artıq lisenziyalaşdırılıb. Düşünürəm ki, İnternet üzərindən olan hansısa fəaliyyətin lisenziyalaşdırılması qeyri-dəqiq yanaşmadır”.
Onun sözlərinə görə, Rusiya, Türkiyə, Belarusda İnternetə qarşı qadağaları var ki, bu zaman tam başqa addımlardan istifadə edilir. Xüsusilə, Rusiyada fərdi informasiyaların qorunması, uşaqların qorunması pərdəsi altında İnternetə qarşı müxtəlif məhdudlaşdırıcı addımlar atılır:
“Mobil operatorlarında bəzi “Skype”, “Facebook”, “WhatsApp”la eynidir. Ona görədə cür resursların məhdudlaşdırılması mobil operatorlara sərf edəcək. Çünki gündəlik həyatımızda artıq internet üzərində zənglər geniş yayılmaqdadır. Bu isə mobil operatorların külli miqdarda gəlir itirməsi deməkdir”.
Osman Gündüz bildirib ki, bu fikir hansısa dairələrin iqtisadi maraqları baxımından da irəli sürülə bilər.
“Sosial medianın imkanları, zəng funksiyalarının genişlənməsi ciddi narahatçılıq yaradıb. Sosial media telefon və mobil danışıq xidmətləri üçün ciddi rəqibə çevrilib. Amma bütün hallarda düşünürəm ki, informasiya mübadiləsi üçün qanunsuz süni əngəllər yaratmaq yolverilməzdir. Nazirlik və ya kommersiya qurumları xidmətlərini, tariflərini əlçatan, ucuz və keyfiyyətli etsinlər”.
Rabitə və Yüksək Texnologiyalar nazirinin müşaviri Müşviq Əmirov ANS PRESS-ə açıqlamasında bildirib ki, nazirlik sosial şəbəkələrin işini məhdudlaşdırmaq istəməmir, sadəcə onların fəaliyyətinin nizama salmasını qaydaya salmağa hazırlaşırıq.
“Sadəcə, bu şirkətlərlə biz danışıqlar aparmaq və Azərbaycanda onların fəaliyyətini müzakirə etmək niyyətindəyik. Bu sənəd nazirlik tərəfindən hazırlanib və tezliklə Milli Məclisə göndəriləcək”.
Nazirlik rəsmisi bildirib ki, bu şirkətlər Azərbaycan bazarında çoxlu pul qazanır, buna görə də vergi qoyma məsələlərini onlarla müzakirə etmək lazımdır.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir ki, lisenziyalaşdırmanın və vergi qoymanın tətbiqi “Skype”, “Facebook”, “WhatsApp” fəaliyyətinə mənfi təsir göstərə bilər.
“Onların lisenziyalaşdırılması və vergi qoyma məsələsinin gündəmə gətirilməsi həmin şirkətlərin Azərbaycanda fəaliyyətlərinə yenidən baxmaları ilə nəticələnə bilər. Ümumilikdə Azərbaycan bazarı qlobal rabitə xidməti göstərən “Skype”, “Facebook”, “WhatsApp” üçün balacadır”,- deyə Osman Gündüz bildirib.
Müştərilər həmişə ucuz qiymət axtarışındadırlar. Son vaxtlar isə insanlar daha sərfəli xidmət təklif edən “Skype”, “Facebook”, “WhatsApp” vasitəsi ilə bir-biri ilə əlaqə saxlamağa başlayıblar. Ümid edirik ki, lisenziyalaşdırılması onsuz da baha olan mobil tariflərə təsir etməyəcək və müştərilərin məmnunluğuna xidmət edəcək.
Dünən, 16:00
Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə
Dünən, 15:30
Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...
Dünən, 14:19
Prezident və xanımı vidaya əklil göndərdi
Dünən, 14:16
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
Dünən, 13:02
Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI
Dünən, 12:21
Prezident həmkarını təbrik etdi
Dünən, 12:17
Bağçalara növbəyə yazılma prosesi başlayır
Dünən, 12:14
Uşaq bağçasının həyətindəki ağac binanın üstünə aşdı - Video
Dünən, 11:44
Strateji valyuta ehtiyatlarımız 91 milyard dollara çatır
Dünən, 11:41
“COP29 Azərbaycanı qlobal iqlim diplomatiyasının mərkəzinə çevirdi”
Dünən, 11:26
Qonşumuza qarşı BÖYÜK hazırlıq - 200-dən çox qırıcı...
Dünən, 11:16
İsrail Azərbaycanı yəhudilər üçün risk zonasına saldı
Dünən, 11:06
Rusiyaya DƏHŞƏTLİ hücum: xeyli ÖLÜ və yaralı var – Kremldə böyük QƏZƏB
Dünən, 10:29
Bakıda fəaliyyət göstərən iki həkimə cinayət işi açıldı - Ağır ittihamlar
Dünən, 10:14
UEFA Çempionlar Liqası: İlk turun növbəti oyunları keçiriləcək
Dünən, 10:03
Mehriban Əliyevadan xalq artistinin vəfatı ilə bağlı PAYLAŞIM
Dünən, 09:58
Azərbaycanın məşhur Xalq artisti vəfat etdi
Dünən, 09:54
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Dünən, 09:33
Messi bu klubu alır - RAZILIQ ƏLDƏ OLUNDU
Dünən, 09:30
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - YENİLƏNDİ
Dünən, 09:24
Paytaxtın 7 yolunda sıxlıq var
Dünən, 09:13
Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə
Dünən, 09:00
İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş
8-09-2026, 16:00
“Türkiyə qardaşlarına qovuşacaq” – Ərdoğandan tarixi mesaj
8-09-2026, 15:46
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM
8-09-2026, 15:30
Ruslar “köhnə dost”undan üz döndərir – araq istehsalı çöküşdə
8-09-2026, 14:22
Şuşada Azərbaycan Ordusunu “mühasirəyə alın” deyən general – 84 yaşında pasportunu təhvil verib Rusiyaya qayıtdı