Bakıda “Şaxta baba” mafiyası işləyir
İngilis dilini bilməyənlər də iş tapa biləcəklər.
Bakıda Şaxta baba kimi çalışmaq üçün xarici dil biliyi ilə bağlı heç bir tələb yoxdur. Saytlar özləri şişirdilər. Guya biz onların boy-buxununu ölçürük, guya onlardan xəstəlik, sağlamlıq kağızı istəyirik və ya hansı dilləri bildiklərini öyrənirik. Mətbuatda yazılan yalnış informasiyalara görə, Şaxta Baba olmaq istəyənlərin də sayı azalıb.
Bu sözləri Bakı Şəhər İcra Hakimiyyəti yanında Ticarət və xidmət departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov bildirib.
Onun sözlərinə görə şaxta baba olmaq üçün xüsusi tələblər yoxdur:
““Müraicət edənlər haqqında informasiya almaq üçün, biz onların sadəcə şəxsiyyət vəsiqələrinin kopyasını götürürük. Sonra, icazə veririk ki, onlar öz fəaliyyətlərini davam etdirsinlər”
Əlabbas Bağırov həmçinin vətəndaşları ehtiyatlı olmağa çağırdı:
“Evlərə gedən şaxta babalar və qar qızları bizdən lisenziya almalıdırlar. Keçən illərdə baş verən hadisələr göstərdi ki, icazəsiz gedənlər də olur. Şəhərimizin sakinləri belə məsələlərdə diqqətli olmalıdırlar. Onların arasında şaxta baba adı ilə oğurluq edənlər olur. Yəni, onlara verilən icazələrin də səlahiyyəti bizdədi. Ona görə də, vətəndaşlar evlərə gələn şaxta baba, qar qızından lisenziya tələb etməlidirlər. Xoşagəlməz hallar baş verdiyi halda, lisenziyasız fəaliyyət göstərən şaxta baba, qar qızlarına görə biz məsuliyyət daşımırıq”.
Onun sözlərinə görə, lisenziya qiyməti 60 manatdır. Heyət şəklində olduqda, yəni fotoqraf, qar qız, şaxta baba bu halda lizenziyanın qiyməti 180 manat təşkil edir.
Onun sözlərinə görə, evlərə dəvət olunmuş şaxta babalara ev yiyəsi tərəfindən əlavə haqq ödəyənlər də olur.
“2013-cü ildə şaxta baba olmaq üçün müraciət edənlərin sayı 50 nəfər idi. 2014-cü ildə isə bu rəqəm 27-30 nəfər arasında idi. Dekabrın 16-na qədər bizə müraciət edənlərin sayı 8 nəfərdir. Çox güman ki ayın sonuna qədər sayı artacaq. Havaların mülayim keçməsi ilə əlaqədar qış mövsümi hələ ki, şəhər sakinləri arasında hiss olunmur. Bu səbəblər həmin şaxta baba, qar qızları ayın 20 –dən sonra fəaliyyət göstərəcəklər” - deyə o vurğuladı.
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur
22-08-2026, 10:04
Bu gün dəniz havası var
22-08-2026, 09:59
Xəzərdə zəlzələ oldu
22-08-2026, 09:53
Bütün Hörmüz regionuna ABŞ nəzarət edir - Tramp
22-08-2026, 09:38
Əməkdar jurnalist vəfat etdi
22-08-2026, 09:00
Azərbaycanda arzuolunan dəyişiklik - 4 milyon nəfər gəlir
21-08-2026, 16:00
ABŞ-dən İrana qarşı “boğucu" FƏND - Bakının İKİ müttəfiqi də təsirlənəcək?
21-08-2026, 15:30
Bakıda kirayə evlər daha da bahalaşacaq – Səbəb TƏKCƏ tələbələr deyil
21-08-2026, 14:48
Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA
21-08-2026, 14:47
İran müharibənin “ikinci raund”una hazırlaşır
21-08-2026, 14:45
İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi
21-08-2026, 14:22
ABŞ iqtisadi müharibəyə başladı: İranın neft ixracı tam dayandı - Azərbaycana necə təsir edəcək?
21-08-2026, 13:42
Bu ərazilərdən məhsul yığmaq qadağandır — 6000 manat cəriməsi var
21-08-2026, 13:16
Rusiya Qarabağda edə bilmədiyini Gürcüstanda istəyir