“Pullara nazirin göstərişi ilə özüm nəzarət edirdim” - Vidadi Zeynalov
Sosial
Oxunub: 971
21 dek 2016 | 10:18
“Pullara nazirin göstərişi ilə özüm nəzarət edirdim” - Vidadi Zeynalov








Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda iş üzrə şahidlər dindirilib.

Adil Qasımov ifadə verərək təqsirləndirilən şəxslərdən heç kimi tanımadığını deyib: "Yeni Həyat" MMC-nin direktoru olmuşam. İstintaqa verdiyim ifadəni təsdiq edirəm. Tikinti üçün 80 min manat ayrılmışdı, 40%-ni Aztelekomun işçisi Həsənalı vasitəsilə onların rəhbərliyinə qaytarırdım. Konkret olaraq pulun kimə verildiyini bilmirəm. Biz heç nə qazanmırdıq, hamballıq edirdik".

Təqsirləndirilən Oqtay Rüstəmov deyib ki, A.Qasımov bütün işləri Vidadi Zeynalovla həll edib.

A.Qasımovun istintaqa ifadəsi elan olunub, orada Oqtay Rüstəmovu tanıdığını, geri qaytardığı məbləği ona çatdırıldığını deyib. A.Qasımov məhkəməyə verdiyi ifadəni təsdiq etdiyini bildirib.

Poçtdaşıma mərkəzinin rəisi Fikrət Vəliyev hazırda həbsdə olan vəzifəli şəxsləri işgüzar münasibətdə tanıdığını deyib.

BTRİB-in baş direktor müavini Əhməd Mehdiyev deyib ki, Avropa Oyunları ilə bağlı kabelləşmənin 200 km məsafəsini qovşaqlar, qalan hissəsini isə özəl şirkətlər çəkib: "Müqavilə özəl şirkətlərlə bağlanmışdı, amma onlar çatdıra bilmirdi deyə qovşaqlara tapşırmışdıq. Şirkətlər Bayram müəllimin idi. Bizə siyahı verilirdi, onlarla işləməli olduğumuz tapşırılırdı".

Beytulla Hüseynov bildirib ki, Avropa Oyunları ilə bağlı işlərin görülməsi üçün 10 milyon manat vəsait müəyyən olunub: "Əvvəl 5 milyon köçürdülər, materialları aldıq. Sonra Maliyyə Nazirliyinə müraciət etdik, əlavə pul ayırmadılar, qalanını öz cibimizdən ödədik".

"Optik Rabitə Tikinti" MMC-nin mühəndisi Ələddin Quliyev rayonlarda kabel çəkilişləri ilə məşğul olduqlarını deyib.

Təqsirləndirilən Namazalı Məmmədovun bacısı oğlu Rəşad Məmmədov istintaqa ifadəsini təsdiq etdiyini, "Optik Tikinti Montaj" MMC-nin rəhbəri olduğunu deyib.

"Qafqaz-S İnşaat" MMC-nin rəhbəri Qorxmaz Həziyev deyib ki, rayonlarda tikinti işləri ilə məşğul olublar: "Şirkətin gördüyü işlərin ümumi həcmi təxminən 20 milyon manat olub. Onun nə qədəri gəlir olub bilmirəm".

V.Zeynalovun vəkili Ceyhun Yusifovun suallarını cavablandıran Q.Həziyev Elçin İbrahimovla dost olduğunu deyib: "Hamı bilir ki, Elçin rabitə naziri Əli Abbasovun qaynıdır. Elçinə usta, texnika lazım olanda mənə deyirdi, göndərirdim. Onun şirkətə heç bir aidiyyatı yox idi".

C.Yusifov ayrılan pulların əksəriyyətinin həmin şirkətə ödənildiyini deyib.

Vidadi Zeynalov "Qafqaz-S İnşaat" MMC-yə pulların göndərilməsinə nazirin göstərişi ilə özünün nəzarət etdiyini deyib: "Şişirdilmiş rəqəmlər özlərinə aiddir. Bizə nə qədər deyilirdisə,o qədər göndərirdik".

"Optik Rabitə Tikinti" MMC-nin təsərrüfat şöbəsinin rəisi İlyas Tağıyev pulların şirkətin hesabına köçürülməsi və çıxarılaraq nəyə xərclənməsi barədə danışıb.

Prosesdə fasilə elan olunub.
Bu gün, 12:13
Azərbaycanda ilk: Ödənişi üztanıma ilə edə bilərsiniz - VİDEO
Bu gün, 11:59
AZAL Bakı-Dubay reyslərini bərpa edib
Bu gün, 11:52
Kəlbəcərdə 855 ailənin köçürüləcəyi kənddən GÖRÜNTÜLƏR
Bu gün, 11:40
Azərbaycanda illik inflyasiyaya təsir edən amillər açıqlandı
Bu gün, 11:32
Vüsal Nəsirli direktoru işdən çıxardı, yeni vəzifə verdi
Bu gün, 11:01
Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR: Şərtlər sadələşdirilə bilər
Bu gün, 10:53
Azərbaycanda bəzi şəxslərə hər ay 1000 manatadək PUL MÜKAFATI veriləcək
Bu gün, 10:48
Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunun qrafikində DƏYİŞİKLİK OLACAQ
Bu gün, 10:43
Sabiq deputatın şirkəti Tuğ kəndinin xarici su təchizatının təşkilinə görə 3.6 milyon QAZANACAQ
Bu gün, 10:36
Film kimi HADİSƏ - Vəzifəli şəxs inək cəsədinin içində ölkədən qaçdı
Bu gün, 10:06
Bu gündən bu zolaqlarına daxil olan maşınlar CƏRİMƏLƏNƏCƏK
Bu gün, 09:59
TDT liderlərinin Türküstanda kritik toplantısı
Bu gün, 09:43
Çin dönüşü İran planı - İki hərbi seçim var
Bu gün, 09:34
Hərbi Hava Qüvvələrinin polkovniki vəfat etdi
Bu gün, 09:28
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Bu gün, 09:19
ABŞ-də saxlanılan Nikolas Maduronun həbsxana həyatı və vida mesajı
Bu gün, 09:14
İsrail İrana qarşı əməliyyatın yenidən başlaya biləcəyini açıqlayıb
Bu gün, 09:12
Anar Rzayev: "Xırdalan dairəsinə yaxın ərazidə böyük yolötürücüsünün tikintisi planlaşdırılır"
Bu gün, 09:00
Azərbaycanda əcnəbilərə yaşama icazələri vəsiqələri elektron qaydada veriləcək
Dünən, 16:00
Bu peşələrin dövrü başlayır – şirkətlər işçi tapa bilmir
Dünən, 14:02
Ermənistana GETMƏYİN! – Rusiyadan RƏSMİ çağırış, GƏRGİNLİK pikdə
Dünən, 13:55
Gürcüstanda ağır qəza - Azərbaycanlılar həlak oldu
Dünən, 13:50
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başladı - Fotolar
Dünən, 13:47
Ceki Çan yeni filminin bir hissəsini Azərbaycanda çəkəcək
Dünən, 12:38
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə mayın pensiyaları ödənilib
Dünən, 12:33
“Qorxusunu taleyinə çevirmədi” - Lalə Azərtaşdan təsirli paylaşım
Dünən, 11:41
Ağ Ev: NATO-nun mövcudluğunu şübhə altındadır