Məleykə Abbaszadə açıqlama yaydı: “Məsələni nəzarətə götürmüşəm”

“BDU-da rektor kimi fəaliyyətimin ilk həftəsi başa çatmaq üzrədir. İlk işim universitetin inzibati və akademik heyəti ilə tanış olmaq oldu. Həftə ərzində prorektorlar və dekanlarla ilk ümumi görüşümüzü də keçirdik. Görüşdə BDU-nun gələcəyi və bu gələcəyin qurulmasında hər birimizin məsuliyyəti barədə danışdım”.
Bunu Bakı Dövlət Universitetinin yeni rektoru Məleykə Abbaszadə bildirib.
O qeyd edib ki, əvvəlki nəsillərdən bizə miras qalan tarix və nüfuz BDU-nun böyük üstünlüyüdür.
“Bu irsi qorumaq və inkişaf etdirmək isə bizim məsuliyyətimizdir. Universitetin nüfuzunu hər gün təhsilin keyfiyyəti, elmi tədqiqatlarımızın nəticələri, akademik dürüstlük və məzunlarımızın sonrakı fəaliyyəti ilə təsdiqləməliyik”, - rektor vurğulayıb.
M.Abbaszadə Nəsirəddin Tusidən də stat gətirib:
“Nəsirəddin Tusi yazırdı ki, “Dərs öyrənməkdə ardıcıl və inadkar olmaq lazımdır. Hər kəs çətin və anlaşılmaz bir elmi məsələni aydınlaşdırdıqda bundan böyük zövq alır”. İstəyirəm ki, tələbələrimiz bu hissi universitetdə yaşasınlar. Gənclərə öz suallarını vermək, cavabları müstəqil axtarmaq və tədqiqatlarda iştirak etmək üçün imkan yaratmalıyıq. Müəllimin tələbkarlığı da, tələbəyə göstərdiyi hörmət və qayğı da bu prosesdə eyni dərəcədə vacibdir”.
BDU-nun rektoru vurğulayıb ki, hər bir dekanı öz fakültəsinin akademik lideri kimi görür. Onun fikrincə, universitetdə təhsilin keyfiyyəti hər gün mühazirədə, seminarda, laboratoriya məşğələsində və elmi rəhbərin tələbə ilə söhbətində formalaşır:
“Dekan öz fakültəsində təhsil proqramlarının necə işlədiyini, hansı tədqiqatların dəstəyə ehtiyacı olduğunu, müəllimlər və gənc alimlər üçün hansı inkişaf imkanlarının yaradıla biləcəyini bilməlidir. Tələbələrin fikirlərini öyrənmək və fakültənin beynəlxalq akademik əlaqələrini inkişaf etdirmək də bu işin bir hissəsidir”.
M.Abbaszadə deyib ki, yaxın müddətdə hər bir fakültənin vəziyyəti, güclü tərəfləri, problemləri, kadr və elmi potensialı barədə obyektiv təsəvvür əldə etmək istəyirəm.
“Bunun üçün həmkarlarımdan dürüst, peşəkar təhlil gözləyirəm. Problemi vaxtında görmək, onun haqqında açıq danışmaq və həlli üçün təklif vermək rəhbərlik məsuliyyətinin göstəricisidir”.
Rektor tələbələrə çağırış edib:
“Tələbələrin universitet həyatında daha fəal iştirak etməsi və qarşılaşdıqları problemləri açıq şəkildə diqqətimizə çatdırması mənim üçün vacibdir. Bu həftə tələbələrimiz sosial mediada C bloku ilə bağlı müraciət ediblər. Məsələni nəzarətə götürmüşəm. Bu məsələ ilə bağlı ayırdığım işçi qrupu əraziyə baxış keçirəcək və nəticələrə uyğun olaraq müvafiq işlərə başlayacaq. Məsələni diqqətimizə çatdıran tələbələrə təşəkkür edirəm”, - o vurğulayıb.
Bu gün, 12:00
Moskva “bükə bilmədiyi əli öpür” - Cənubi Qafqazda Türkiyə reallığı etiraf edildi
Bu gün, 11:41
Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanladı
Bu gün, 11:36
Azərbaycan XİN Albaniya və Mavritaniyanı təbrik edib
Bu gün, 11:32
İlham Əliyev Albaniya Prezidentini təbrik etdi
Bu gün, 10:05
“Taliban” qadın adlarını da qadağan etdi - “Keçi”, “inək” deyə çağırırlar
Bu gün, 09:59
Hakan Fidan: Məkkə İttifaqının əsas məqsədi sülhə və sabitliyə töhfə verməkdir
Bu gün, 09:55
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?
Bu gün, 09:00
Tiflisdə etiraf - "Türkiyə və Azərbaycan qarşısında gücümüzü itirmişik"
Dünən, 16:00
Simonyanın Azərbaycan səfərinin gündəliyi bəlli oldu – Mühüm məsələlər
Dünən, 15:30
Yer kürəsində temperatur 6 gün ardıcıl kritik həddi keçdi - Alimlər həyəcan təbili çalır
Dünən, 14:22
Bu ölkələr Ukraynaya 45 milyard avronun ayrılmasına imkan vermədi
Dünən, 14:15
Vilyam Hacıyev azadlığa buraxıldı
Dünən, 13:41
Xamenei İranı ayağa qaldırır, savaşa hazırlıq – “Bəsic”ə tapşırıq!
Dünən, 13:16
Moskvadan qəzəbli Zəngəzur açıqlaması – “Uğursuzluğa məhkumdur”
Dünən, 12:34
Tarixdə İLK: İranın Zəngəzur müharibəsi qapıda
Dünən, 12:11
Ceyhun Bayramov Estoniya hökumətinə təşəkkür etdi
Dünən, 11:31
Bakıda Estoniya səfirliyi açıldı
Dünən, 11:22
Məleykə Abbaszadə açıqlama yaydı: “Məsələni nəzarətə götürmüşəm”
Dünən, 11:17
Ərdoğan mühüm sazişi təsdiqlədi
Dünən, 11:11
İlham Əliyev Estoniyanın xarici işlər naziri qəbul etdi
Dünən, 10:50
Generalın qızını məhkəməyə verən vəzifəli şəxs işdən çıxarıldı
Dünən, 10:46
Azərbaycan və Ermənistan nümayəndələrininn müzakirəsi davam edir
Dünən, 10:09
Gürcüstan DİN açıqlama yaydı: Batumidə 16 nəfər saxlanılıb
Dünən, 09:56
Sahibkarlara şad xəbər - Bu mal rüsumdan azad olunur
Dünən, 09:46
Fira Cəlilovanın evində tutulan şəxsin fotosu
Dünən, 09:41
Milli Qəhrəman Pəncəli Teymurovun qardaşına yeni vəzifə verildi - Foto
Dünən, 09:38
Bakıda aparıcının evinə silahlı basqın olub? - DİN-dən açıqlama