Bakıda Estoniya səfirliyi açıldı
Siyaset
Oxunub: 49
27 noy 2026 | 11:31
Bakıda Estoniya səfirliyi açıldı


Noyabrın 27-də Bakıda Estoniya Respublikasının Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçirilib. APA-ya istinadən xəbər verir ki, mərasim Azərbaycan və Estoniyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak ediblər. Estoniyanın XİN başçısı ölkəsinin Dövlət bayrağını səfirliyin yerləşdiyi binanın qarşısında ucaldıb.
Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna bildirib ki, ölkəsinin Bakıda səfirliyinin açılması ölkələrimiz arasında dostluq münasibətlərinə və uzunmüddətli əməkdaşlığa sadiqliyimizin göstəricisidir.

Nazir Estoniya üçün Azərbaycanda səfirliyin açılmasının prioritet məsələlərdən biri olduğunu vurğulayıb.

“Yeni səfirliklərin açılması heç də asan məsələ deyil. Bunun üçün maliyyə vəsaitinin ayrılması ilə bağlı danışıqlar aparmaq lazım gəlir. Lakin bizim üçün yeni səfirliklərin açılması çox vacib idi və Azərbaycan prioritetlərimizdən biri olub. Azərbaycan həm regional, həm də tarixi baxımdan bizim üçün çox mühüm tərəfdaşdır. Xalqlarımız bir-birini tanıyır, ölkələrimiz arasında işgüzar əlaqələr inkişaf edir”, – Tsaxkna qeyd edib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Estoniya səfirliyinin rəsmi açılışını iki ölkə arasındakı münasibətlər baxımından mühüm hadisə kimi qiymətləndirib.

“İlk növbədə, bu mühüm hadisə münasibətilə estoniyalı həmkarımı, səfirliyin bütün əməkdaşlarını və hər birimizi təbrik etmək istəyirəm. Bu qərara görə Estoniya hökumətinə, xüsusilə də əziz dostum, xarici işlər nazirinə təşəkkürümü bildirirəm”, – Ceyhun Bayramov qeyd edib.
Bu gün, 12:00
Moskva “bükə bilmədiyi əli öpür” - Cənubi Qafqazda Türkiyə reallığı etiraf edildi
Bu gün, 11:41
Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanladı
Bu gün, 11:36
Azərbaycan XİN Albaniya və Mavritaniyanı təbrik edib
Bu gün, 11:32
İlham Əliyev Albaniya Prezidentini təbrik etdi
Bu gün, 10:05
“Taliban” qadın adlarını da qadağan etdi - “Keçi”, “inək” deyə çağırırlar
Bu gün, 09:59
Hakan Fidan: Məkkə İttifaqının əsas məqsədi sülhə və sabitliyə töhfə verməkdir
Bu gün, 09:55
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?
Bu gün, 09:00
Tiflisdə etiraf - "Türkiyə və Azərbaycan qarşısında gücümüzü itirmişik"
Dünən, 16:00
Simonyanın Azərbaycan səfərinin gündəliyi bəlli oldu – Mühüm məsələlər
Dünən, 15:30
Yer kürəsində temperatur 6 gün ardıcıl kritik həddi keçdi - Alimlər həyəcan təbili çalır
Dünən, 14:22
Bu ölkələr Ukraynaya 45 milyard avronun ayrılmasına imkan vermədi
Dünən, 14:15
Vilyam Hacıyev azadlığa buraxıldı
Dünən, 13:41
Xamenei İranı ayağa qaldırır, savaşa hazırlıq – “Bəsic”ə tapşırıq!
Dünən, 13:16
Moskvadan qəzəbli Zəngəzur açıqlaması – “Uğursuzluğa məhkumdur”
Dünən, 12:34
Tarixdə İLK: İranın Zəngəzur müharibəsi qapıda
Dünən, 12:11
Ceyhun Bayramov Estoniya hökumətinə təşəkkür etdi
Dünən, 11:31
Bakıda Estoniya səfirliyi açıldı
Dünən, 11:22
Məleykə Abbaszadə açıqlama yaydı: “Məsələni nəzarətə götürmüşəm”
Dünən, 11:17
Ərdoğan mühüm sazişi təsdiqlədi
Dünən, 11:11
İlham Əliyev Estoniyanın xarici işlər naziri qəbul etdi
Dünən, 10:50
Generalın qızını məhkəməyə verən vəzifəli şəxs işdən çıxarıldı
Dünən, 10:46
Azərbaycan və Ermənistan nümayəndələrininn müzakirəsi davam edir
Dünən, 10:09
Gürcüstan DİN açıqlama yaydı: Batumidə 16 nəfər saxlanılıb
Dünən, 09:56
Sahibkarlara şad xəbər - Bu mal rüsumdan azad olunur
Dünən, 09:46
Fira Cəlilovanın evində tutulan şəxsin fotosu
Dünən, 09:41
Milli Qəhrəman Pəncəli Teymurovun qardaşına yeni vəzifə verildi - Foto
Dünən, 09:38
Bakıda aparıcının evinə silahlı basqın olub? - DİN-dən açıqlama