Ağdamın daha bir kəndinə köç başlayır
Bolge
Oxunub: 71
25 noy 2026 | 10:22
Ağdamın daha bir kəndinə köç başlayır


Ağdam rayonunun işğaldan azad olunan daha bir kəndinə köç başlayır.
Rayonun Eyvazxanbəyli kəndinə qayıdışa hazırlıq görülür.

Noyabrın 25-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsində adıçəkilən yaşayış məntəqəsinə qayıdacaq ailələr arasında evlərin bölgüsünə dair püşkatma keçirilib. Keçmiş məcburi köçkünlər yaxın günlərdə doğma yurdlarına yola salınacaqlar.

Qeyd edək ki, Eyvazxanbəyli kəndi 2020-ci il noyabrın 20-də işğaldan azad olunub.

2024-cü il sentyabrın 19-da kəndin təməli qoyulub.

Birinci mərhələ üzrə kənddə ümumilikdə 427 fərdi yaşayış evi inşa olunub. Evlər ailələrin tərkibi və ehtiyacları nəzərə alınmaqla 1, 2, 3, 4 və 5 otaqlı olmaqla müxtəlif tip və ölçülərdə layihələndirilib.

Layihə üzrə kənddaxili yolların ümumi uzunluğu 13,9 kilometr təşkil edir. Yaşayış məntəqəsində sosial obyektlərin tikintisi də layihənin əsas tərkib hissəsidir. Kənddə 720 şagird yerlik tam orta məktəbin inşası planlaşdırılır ki, bunun 360 yerlik hissəsi birinci mərhələdə, digər 360 yerlik hissəsi isə ikinci mərhələdə həyata keçiriləcək. Bundan əlavə, 120 yerlik uşaq bağçası, ailə sağlamlıq mərkəzi və inzibati bina tikilir.
Bu gün, 12:00
Moskva “bükə bilmədiyi əli öpür” - Cənubi Qafqazda Türkiyə reallığı etiraf edildi
Bu gün, 11:41
Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanladı
Bu gün, 11:36
Azərbaycan XİN Albaniya və Mavritaniyanı təbrik edib
Bu gün, 11:32
İlham Əliyev Albaniya Prezidentini təbrik etdi
Bu gün, 10:05
“Taliban” qadın adlarını da qadağan etdi - “Keçi”, “inək” deyə çağırırlar
Bu gün, 09:59
Hakan Fidan: Məkkə İttifaqının əsas məqsədi sülhə və sabitliyə töhfə verməkdir
Bu gün, 09:55
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?
Bu gün, 09:00
Tiflisdə etiraf - "Türkiyə və Azərbaycan qarşısında gücümüzü itirmişik"
Dünən, 16:00
Simonyanın Azərbaycan səfərinin gündəliyi bəlli oldu – Mühüm məsələlər
Dünən, 15:30
Yer kürəsində temperatur 6 gün ardıcıl kritik həddi keçdi - Alimlər həyəcan təbili çalır
Dünən, 14:22
Bu ölkələr Ukraynaya 45 milyard avronun ayrılmasına imkan vermədi
Dünən, 14:15
Vilyam Hacıyev azadlığa buraxıldı
Dünən, 13:41
Xamenei İranı ayağa qaldırır, savaşa hazırlıq – “Bəsic”ə tapşırıq!
Dünən, 13:16
Moskvadan qəzəbli Zəngəzur açıqlaması – “Uğursuzluğa məhkumdur”
Dünən, 12:34
Tarixdə İLK: İranın Zəngəzur müharibəsi qapıda
Dünən, 12:11
Ceyhun Bayramov Estoniya hökumətinə təşəkkür etdi
Dünən, 11:31
Bakıda Estoniya səfirliyi açıldı
Dünən, 11:22
Məleykə Abbaszadə açıqlama yaydı: “Məsələni nəzarətə götürmüşəm”
Dünən, 11:17
Ərdoğan mühüm sazişi təsdiqlədi
Dünən, 11:11
İlham Əliyev Estoniyanın xarici işlər naziri qəbul etdi
Dünən, 10:50
Generalın qızını məhkəməyə verən vəzifəli şəxs işdən çıxarıldı
Dünən, 10:46
Azərbaycan və Ermənistan nümayəndələrininn müzakirəsi davam edir
Dünən, 10:09
Gürcüstan DİN açıqlama yaydı: Batumidə 16 nəfər saxlanılıb
Dünən, 09:56
Sahibkarlara şad xəbər - Bu mal rüsumdan azad olunur
Dünən, 09:46
Fira Cəlilovanın evində tutulan şəxsin fotosu
Dünən, 09:41
Milli Qəhrəman Pəncəli Teymurovun qardaşına yeni vəzifə verildi - Foto
Dünən, 09:38
Bakıda aparıcının evinə silahlı basqın olub? - DİN-dən açıqlama