Keçmiş deputatlar indi nə iş görürlər?
Sosial
Oxunub: 31
21 okt 2026 | 12:16
Keçmiş deputatlar indi nə iş görürlər?


Milli Məclisin (MM) keçmiş deputatlarının hazırkı fəaliyyəti və mandatlarını başa vurduqdan sonra həyatlarının necə dəyişməsi ictimai maraq doğuran mövzulardandır. Bir vaxtlar parlamentdə təmsil olunan, qanunvericilik prosesində iştirak edən və ictimai-siyasi gündəmdə yer alan sabiq parlament üzvlərinin indi hansı sahələrdə çalışdıqları, fəaliyyətlərini necə davam etdirdikləri maraqla qarşılanır. Bununla yanaşı, deputat mandatı başa çatdıqdan sonra gündəlik həyatlarında və ictimai əlaqələrində müəyyən dəyişikliklərin baş verdiyini deyənlər də var. Bəs eks deputatları bu gün nə işlə məşğuldurlar?

Musavat.com bildirir ki, Oxu.Az onların bir neçəsi ilə əlaqə saxlayaraq bu suallara cavab tapmağa çalışıb.

MM-in I çağırış deputatı Yusif Bağırzadə bildirib ki, fəaliyyəti başa çatandan sonra - 2003-2007-ci illərdə MSK üzvü olub:

"Bundan sonra isə müxtəlif vəzifələrdə çalışmışam. Hazırda siyasi şərhçi kimi fəaliyyətimi davam etdirirəm. Sabiq həmkar dostlarımla da təmaslarım var və hətta yüksək səviyyədədir".

Parlamentin III, IV, V və VI çağırış deputatı Rüfət Quliyev isə Azərbaycan Dövlət İqtisad Universitetində çalışır:

"İqtisad Universitetinin professoruyam, elmi işlə məşğulam. Daha çox isə şirkətlərə məsləhətlər verirəm. Şəxsi biznesimdən isə elə o vaxtdan uzaqlaşmışam. Beynimi, zehnimi işlədirəm. Məncə insan belə daha çox qazanc əldə edə bilər. Yəni indi daha sərbəst işlərlə məşğulam və mandat itirmək təhlükəm yoxdur. Düzdür, itirib-axtaranların sayı azalıb, amma düşünürəm ki, bu da normal haldır".

Milli Məclisin IV, V və VI çağırış deputatı Aqiyə Naxçıvanlı isə hazırda Azərbaycan Respublikası Ağsaqqallar Şurasının idarə Heyətinin üzvüdür:

"Bununla yanaşı, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Müdafiə Şurasının üzvü və müdafiə ərəfəsində olan seminar rəhbəriyəm. Mən deputat olanda bir çox şeylərdən məhrum idim, sərbəstliyim yox idi. Amma indi daha çox vaxtım var. Həm də səhhətimə görə fəaliyyətimi geniş tətbiq edə bilmirdim. Ona görə də öz istəyimlə kənarlaşdım. Dostlarım isə bu gün də məni itirib-axtarırlar".

Sabiq deputat Tahir Kərimli hazırda İsmayıllı rayonunda yaşayır:

"Günümün çoxunu rayonda keçirirəm. Ailəmə daha çox vaxt ayırıram, həyət-bacada işləyirəm, mütaliə edirəm və günümü belə keçirirəm. Deputat fəaliyyətim başa çatandan sonra isə vaxtilə edilən zənglərin, itirib-axtaranların sayı kifayət qədər azalıb. Partiya sədri kimi də istefa vermişəm".

Milli Məclisin V çağırış deputatı Dilarə Cəbrayılova fəaliyyətini məktəb direktoru kimi davam etdirir:

"Mən deputat olanda da müəllim idim, indi də. Bakı şəhəri 295 nömrəli məkəbin direktoruyam. Həmin məktəb Nardaranda yerləşir. Burada təhsilin keyfiyyəti, qızların məktəbə cəlb olunması və sair işlərə görə məsuliyyət daşımışam və bir o qədər də öhdəsindən gəlmişəm. Bu gün də həmin fəaliyyətimi davam etdirirəm".

Milli Məclisin V çağırış deputatı Sona Əliyeva isə mandatını itirəndən sonra rəsmi olaraq işsiz qaldığını deyib:

"Hazırda "Təhsilli gələcək" Təhsilin İnkişafı İctimai Birliyinin sədriyəm. Yəni fəaliyyətimi təhsil sahəsində QHT nümayəndəsi kimi davam etdirir, bu istiqamətdə müəyyən layihələr həyata keçirirəm. Təbii ki, rəsmi işin olması özünü sığortalamaqdır, lakin belə də həyatımda qeyri-adi bir dəyişiklik yoxdur. Sadəcə, mandatımı itirəndən sonra xahiş edənlər daha yoxdur. Keçmiş həmkarlarımla da əlaqələrim davam edir".
Dünən, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
Dünən, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
Dünən, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
Dünən, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
Dünən, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI
Dünən, 13:00
Netanyahu oktyabrın 10-da İrana HÜCUM ƏMRİ VERİBMİŞ - Son anda NƏ BAŞ VERİB?
Dünən, 12:43
Bu şəxslərə pulsuz torpaq veriləcək
Dünən, 12:16
Keçmiş deputatlar indi nə iş görürlər?
Dünən, 12:00
Rusiya Ukrayna şəhərlərini YENİDƏN BOMBALADI: Kiyev, Zaporojye və Xarkovda ölən və yaralananlar var
Dünən, 11:55
Xalq artistinin kürəkəni həbs olundu - Yarım milyonlu dələduzluq
Dünən, 10:54
Mikayıl Cabbarovun İtaliyaya səfəri başlayır
Dünən, 10:50
Qaxda iki dost məktəbli qıza təcavüz etdi - TƏFƏRRÜAT
Dünən, 10:47
Nazirlik pensiyalarla bağlı yeni QƏRAR QƏBUL ETDİ
Dünən, 10:36
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
Dünən, 10:09
Ebola bu ölkəyə də sıçradı
Dünən, 10:05
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var
Dünən, 10:02
Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü - Fotolar
Dünən, 09:57
Bakının mərkəzində restoranda yanğın - VİDEO
Dünən, 09:53
UEFA Çempionlar Liqası: Bavariya" "Arsenal"a, "Qalatasaray" "Lill"ə qarşı
Dünən, 09:49
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Dünən, 09:45
Zelenski razılaşmaya getməli olacaq - Tramp
Dünən, 09:00
Xəzərin suyunu içəcəyiksə,su tarifləri ucuzlaşacaq, yoxsa bahalaşacaq?
20-10-2026, 16:45
Qarabağ Milli Parkı yaradılır - Sərəncam
20-10-2026, 16:00
Alman nəhəngindən 100 min işçiyə ağır zərbə – Maaşlar 2030-cu ilə qədər dondurulur
20-10-2026, 15:30
Üzərində bu sözlər olan qidaları heç vaxt almayın
20-10-2026, 14:22
Parisdəki etirazlar İrəvanda da olmalı - Çağırış
20-10-2026, 13:39
Zəngəzur dəhlizindən Rusiyaya pay?!