Xəzərin suyunu içəcəyiksə,su tarifləri ucuzlaşacaq, yoxsa bahalaşacaq?

Xəzər dənizinin suyunun duzsuzlaşdırılması Azərbaycanda su təminatının yaxşılaşdırılması üçün yeni imkanlar yarada bilər. Belə ki, Xəzər dənizinin suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı zavodunda gündəlik 300 min kubmetr su istehsalı nəzərdə tutulur. Layihənin həyata keçirilməsi istehlakçılar üçün su tariflərinə təsir etməyəcək. Bunu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Layihələrin idarə olunması şöbəsinin Dövlət-özəl tərəfdaşlığı sektorunun müdiri Türkan Vüsət deyib. Lakin belə layihələrin iqtisadi səmərəliliyi və əhaliyə təsiri də mühüm suallar doğurur. Dəniz suyunun içməli suya çevrilməsi su qıtlığının azaldılmasına kömək etsə də, bunun üçün ciddi maliyyə vəsaiti, enerji və infrastruktur tələb olunur. Bəs Xəzərin suyunun duzsuzlaşdırılması vətəndaşların su təminatını yaxşılaşdırmaqla yanaşı, su tariflərinin aşağı düşməsinə də səbəb ola bilərmi, yoxsa əksinə, əlavə xərclər yaradacaq.
Ekoloq Fikrət Cəfərov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:"Xəzər dənizinin suyunun duzsuzlaşdırılması Azərbaycanda su təminatının yaxşılaşdırılması üçün yeni imkanlar yarada bilər, lakin belə layihələrin iqtisadi səmərəliliyi və əhaliyə təsiri mühüm suallar doğurur. Dəniz suyunun içməli suya çevrilməsi su qıtlığının azaldılmasına kömək etsə də, bunun üçün ciddi maliyyə vəsaiti, enerji və infrastruktur tələb olunur. Bəs Xəzərin suyunun duzsuzlaşdırılması vətəndaşların su təminatını yaxşılaşdırmaqla yanaşı, su tariflərinin aşağı düşməsinə də səbəb ola bilərmi, yoxsa əksinə, əlavə xərclər yaradacaq?
Ekoloq Fikrət Cəfərov mövzu ilə bağlı bildirib ki, bu gün dünyada içməli su qıtlığı çox böyükdür:"İsrail, Səudiyyə Ərəbistanı kimi bəzi ölkələrdə içməli su birbaşa dənizdən duzlaşdırılmış avadanlıq və texnologiyalar vasitəsilə həyata keçirilir. Həmin ölkələrdə içməli suyun 80-90%-i birbaşa dəniz suyundan hazırlanır. Bu proses olduqca mürəkkəbdir və əlavə böyük xərclər tələb edir. İş iki mərhələdən ibarətdir: əvvəlcə dənizdən götürülən su duzdan təmizlənir, ikinci mərhələdə isə həmin suya lazım olan mikroelementlər və ionlar əlavə edilir. Nəticədə bu suyun qiyməti təbii sudan 2-3 dəfə baha olur".
Ekspert qeyd edib ki, Xəzər dənizində də bəzi ölkələr bu prosesi həyata keçirir:"Azərbaycanda isə kiçik bir zavod işləyir və əldə olunan su əsasən suvarmaya yönəldilir. Sumqayıt ətrafında daha böyük bir zavodun hazırlanması planlaşdırılsa da, Azərbaycan üçün Xəzər dənizindən içməli su kimi istifadə etmək o qədər də vacib deyil. Çünki ölkədə təmiz içməli su kifayət qədərdir. Səmərəli istifadə edildikdən sonra içməli su problemi yoxdur, lakin həmin sudan suvarma və kənd təsərrüfatı üçün istifadə etmək daha əlverişlidir. Abşeron yarımadası, Kür ovalığı və digər yerlərdə suvarma üçün su azdır və ölkə şirin su qıtlığı şəraitində yaşayır".
F.Cəfərov vurğulayıb ki, Azərbaycanda təbii şirin sular kifayət qədər çox olsa da, onlardan lazımınca istifadə edilmir:" Buna düzgün qiymət verilmir və yağış ilə qar suları istifadəsiz şəkildə dənizə tökülür. Bütün rayonlarda kiçik su anbarlarının yaradılması həm kənd təsərrüfatı üçün suvarma suyunu təmin edə bilər, həm də həmin anbarlar vasitəsilə yeraltı və qrund suları qidalanaraq suvarma üçün əlavə imkanlar yaradar".
Dünən, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
Dünən, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
Dünən, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
Dünən, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
Dünən, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI
Dünən, 13:00
Netanyahu oktyabrın 10-da İrana HÜCUM ƏMRİ VERİBMİŞ - Son anda NƏ BAŞ VERİB?
Dünən, 12:43
Bu şəxslərə pulsuz torpaq veriləcək
Dünən, 12:16
Keçmiş deputatlar indi nə iş görürlər?
Dünən, 12:00
Rusiya Ukrayna şəhərlərini YENİDƏN BOMBALADI: Kiyev, Zaporojye və Xarkovda ölən və yaralananlar var
Dünən, 11:55
Xalq artistinin kürəkəni həbs olundu - Yarım milyonlu dələduzluq
Dünən, 10:54
Mikayıl Cabbarovun İtaliyaya səfəri başlayır
Dünən, 10:50
Qaxda iki dost məktəbli qıza təcavüz etdi - TƏFƏRRÜAT
Dünən, 10:47
Nazirlik pensiyalarla bağlı yeni QƏRAR QƏBUL ETDİ
Dünən, 10:36
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
Dünən, 10:09
Ebola bu ölkəyə də sıçradı
Dünən, 10:05
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var
Dünən, 10:02
Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü - Fotolar
Dünən, 09:57
Bakının mərkəzində restoranda yanğın - VİDEO
Dünən, 09:53
UEFA Çempionlar Liqası: Bavariya" "Arsenal"a, "Qalatasaray" "Lill"ə qarşı
Dünən, 09:49
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Dünən, 09:45
Zelenski razılaşmaya getməli olacaq - Tramp
Dünən, 09:00
Xəzərin suyunu içəcəyiksə,su tarifləri ucuzlaşacaq, yoxsa bahalaşacaq?
20-10-2026, 16:45
Qarabağ Milli Parkı yaradılır - Sərəncam
20-10-2026, 16:00
Alman nəhəngindən 100 min işçiyə ağır zərbə – Maaşlar 2030-cu ilə qədər dondurulur
20-10-2026, 15:30
Üzərində bu sözlər olan qidaları heç vaxt almayın
20-10-2026, 14:22
Parisdəki etirazlar İrəvanda da olmalı - Çağırış
20-10-2026, 13:39
Zəngəzur dəhlizindən Rusiyaya pay?!