Prokurorlara yeni səlahiyyət verilir

Azərbaycanda hərbi xidmət əleyhinə olan inzibati xətalar üzrə prokuror nəzarəti gücləndirilir.
Bu, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Qeyd olunub ki, müvafiq qərarların (qərardadların), protokolların surətlərinin hərbi prokurora göndərilməsini təsbit etməklə bərabər, prokurorun həmin sənədlər üzrə müvafiq hərəkətlər etmək və qərar qəbul etmək səlahiyyətlərini də nəzərdə tutur.
Hazırkı qanunvericilikdə müvafiq qurumun hərbi qulluqçuları tərəfindən törədilmiş hərbi xidmət əleyhinə olan inzibati xətalar üzrə, səlahiyyətli şəxs hərbi prokurora yazılı məlumat verməklə kifayətlənir.
Yuxarıda adı çəkilən inzibati xətalar üzrə prokurorun qərar qəbul etmək səlahiyyəti müəyyənləşdiyindən, həmin işlərə baxılmasında prokurorun iştirakını təmin edən İnzibati Xətalar Məcəlləsinin 54.6-cı maddəsinə müvafiq müddəanın əlavə edilməsi təklif edilir.
Müddəada qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçuları tərəfindən törədilmiş hərbi xidmət əleyhinə olan inzibati xətalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsi tərəfindən qəbul edilmiş qərarların (qərardadların), habelə protokolların surətləri dərhal müvafiq hərbi prokurora göndərilir. Hərbi prokuror həmin aidiyyəti sənədlərin yoxlanılması ilə qanuni əsaslar olduqda yazılı göstəriş verir.
Hərbi prokuror səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında işin başlanılmasının rədd edilməsi haqqında qərardadının və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarının qanuniliyini və əsaslılığını onun daxil olduğu vaxtdan 30 gün müddətində yoxlayır, həmin qərardadın və ya qərarın qanunsuz və ya əsassız olduğunu müəyyən etdikdə, onu ləğv edərək, müvafiq qərar (qərardad) qəbul edir və ya protokol tərtib edir, yaxud inzibati xəta haqqında məlumata yenidən baxılması üçün icraat materiallarını səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərir.
Bildirilib ki, nəzərdə tutulmuş yoxlama ilə əlaqədar müvafiq qərarı və ya qərardadı qəbul edən səlahiyyətli vəzifəli şəxsdən inzibati xəta haqqında materialları iş üzrə icraatın tələb edildikdə, materiallar bir gün ərzində hərbi prokurora təqdim edilməlidir.
Qanun layihəsi, həmçinin hərbi qulluqçuların xidməti vəzifələrinin xüsusiyyətini nəzərə alaraq, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə dərhal və ya 48 saat müddətində deyil, 15 gün müddətində baxılmasını təklif edir.
Qeyd edək ki, dəyişikliklər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin oktyabrın 20-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
Dünən, 16:45
Qarabağ Milli Parkı yaradılır - Sərəncam
Dünən, 16:00
Alman nəhəngindən 100 min işçiyə ağır zərbə – Maaşlar 2030-cu ilə qədər dondurulur
Dünən, 15:30
Üzərində bu sözlər olan qidaları heç vaxt almayın
Dünən, 14:22
Parisdəki etirazlar İrəvanda da olmalı - Çağırış
Dünən, 13:39
Zəngəzur dəhlizindən Rusiyaya pay?!
Dünən, 13:06
Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi
Dünən, 12:29
Bank kartları ilə bağlı komissiyalar azaldılsın - DEPUTATDAN TƏKLİF
Dünən, 12:26
Onlayn alış-veriş edənlərin nəzərinə: Qaydalar dəyişir
Dünən, 12:21
Prokurorlara yeni səlahiyyət verilir
Dünən, 12:18
Azərbaycanda bu hərbçilər cərimələnəcək - MƏBLƏĞLƏR
Dünən, 10:55
Bakıda bağçada təhlükəli vəziyyət - Araşdırma başladı
Dünən, 10:32
Gələn il elektrikin 33%-i bu mənbədən olacaq - Nazir açıqladı
Dünən, 10:20
Məişət cihazları artıq qiymətə yox, buna görə alınacaq - Yeni layihə
Dünən, 10:17
Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ
Dünən, 09:57
Məleykə Abbaszadədən sualların çətinliyi ilə bağlı İDDİALARA CAVAB
Dünən, 09:38
Uşaq meydançasında təhlükəli çökmə - VİDEO
Dünən, 09:33
“Zelenski nə dediyini bilmir, danışıqları başqası aparmalıdır”
Dünən, 09:30
Başladı: Deputatın keçmiş arvadı və “Qalatasaray” rəhbərliyindəki oğlu qandallanır
Dünən, 09:29
“Sabah”ın “Borussiya Dortmund” sınağı - ÇL
Dünən, 09:12
Məktəblərə repetitorluğa son qoyacaq yeni sistem gəlir
Dünən, 09:00
Zəngilanın azad edilməsindən 6 il ötür
19-10-2026, 16:00
Azərbaycanın dostuna qarşı ağır ittiham – Ölkə başçısı onu ömürlük həbsə göndərir
19-10-2026, 15:30
İsrail-Rusiya münasibətlərində GƏRGİNLİK BAŞLADI
19-10-2026, 14:22
Başkənd və Kərkinin taleyi masada - İrəvanda siyasi həyəcan
19-10-2026, 14:07
Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı
19-10-2026, 12:38
Məktəb direktorunun maşınının yandırılmasına görə o da həbs edildi - Video
19-10-2026, 12:31
Türkiyədəki seldə ölənlərin sayı artdı