Azərbaycanda bu hərbçilər cərimələnəcək - MƏBLƏĞLƏR

Azərbaycanda zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun məsuliyyəti artırılır.
Bu, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi bir gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə 200 manatdan 300 manatadək məbləğdə cərimə ediləcəklər.
Bununla bərabər, işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək müddətə inzibati həbs tətbiq olunacaq.
Qüvvədə olan qanunvericiliyə görə, bu xəta üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə 20 günədək müddətə inzibati həbs tətbiq olunurdu.
Yuxarıdakı maddədə nəzərdə tutulmuş əməllərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək. Bu müddəada işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Qüvvədə olan qanuna əsasən isə 15 gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunurdu.
Layihədə vurğulanıb ki, həmin şəxslərin bir gündən artıq hərbi hissədə və ya xidmət yerində olmaması onların inzibati məsuliyyətinə səbəb olacaq. Məsuliyyətin artırılması ilə yanaşı sanksiyanın yumşaldılması və alternativ cəza (cərimə) növünün müəyyənləşdirilməsi mütərəqqi addım hesab oluna bilər.
Qeyd edək ki, dəyişikliklər layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin oktyabrın 20-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
Dünən, 16:45
Qarabağ Milli Parkı yaradılır - Sərəncam
Dünən, 16:00
Alman nəhəngindən 100 min işçiyə ağır zərbə – Maaşlar 2030-cu ilə qədər dondurulur
Dünən, 15:30
Üzərində bu sözlər olan qidaları heç vaxt almayın
Dünən, 14:22
Parisdəki etirazlar İrəvanda da olmalı - Çağırış
Dünən, 13:39
Zəngəzur dəhlizindən Rusiyaya pay?!
Dünən, 13:06
Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi
Dünən, 12:29
Bank kartları ilə bağlı komissiyalar azaldılsın - DEPUTATDAN TƏKLİF
Dünən, 12:26
Onlayn alış-veriş edənlərin nəzərinə: Qaydalar dəyişir
Dünən, 12:21
Prokurorlara yeni səlahiyyət verilir
Dünən, 12:18
Azərbaycanda bu hərbçilər cərimələnəcək - MƏBLƏĞLƏR
Dünən, 10:55
Bakıda bağçada təhlükəli vəziyyət - Araşdırma başladı
Dünən, 10:32
Gələn il elektrikin 33%-i bu mənbədən olacaq - Nazir açıqladı
Dünən, 10:20
Məişət cihazları artıq qiymətə yox, buna görə alınacaq - Yeni layihə
Dünən, 10:17
Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ
Dünən, 09:57
Məleykə Abbaszadədən sualların çətinliyi ilə bağlı İDDİALARA CAVAB
Dünən, 09:38
Uşaq meydançasında təhlükəli çökmə - VİDEO
Dünən, 09:33
“Zelenski nə dediyini bilmir, danışıqları başqası aparmalıdır”
Dünən, 09:30
Başladı: Deputatın keçmiş arvadı və “Qalatasaray” rəhbərliyindəki oğlu qandallanır
Dünən, 09:29
“Sabah”ın “Borussiya Dortmund” sınağı - ÇL
Dünən, 09:12
Məktəblərə repetitorluğa son qoyacaq yeni sistem gəlir
Dünən, 09:00
Zəngilanın azad edilməsindən 6 il ötür
19-10-2026, 16:00
Azərbaycanın dostuna qarşı ağır ittiham – Ölkə başçısı onu ömürlük həbsə göndərir
19-10-2026, 15:30
İsrail-Rusiya münasibətlərində GƏRGİNLİK BAŞLADI
19-10-2026, 14:22
Başkənd və Kərkinin taleyi masada - İrəvanda siyasi həyəcan
19-10-2026, 14:07
Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı
19-10-2026, 12:38
Məktəb direktorunun maşınının yandırılmasına görə o da həbs edildi - Video
19-10-2026, 12:31
Türkiyədəki seldə ölənlərin sayı artdı