Ermənilərin növbəti qorxusu – Azərbaycan Tavuş istiqamətində 500 metr
Sosial
Oxunub: 48
10 okt 2026 | 09:00
Ermənilərin növbəti qorxusu – Azərbaycan Tavuş istiqamətində 500 metr


Ermənistanın Tavuş vilayətinin Ayqepar kəndi yaxınlığında yerləşən Azərbaycan mövqeyində aparılan mühəndis işlərindən sonra ərazinin yeni peyk görüntüləri yayımlanıb.

Musavat.com xəbər verir ki, erməni mənbəsi Azərbaycanın Ayqepar yaxınlığında, sovet dövründəki sərhəddən təxminən 500 metr məsafədə, Ermənistan ərazisi olduğunu iddia etdiyi sahədə mövqeyini möhkəmləndirdiyini bildirib.

Mənbə qeyd edib ki, bu barədə daha əvvəl də məlumat yayıb, lakin həmin vaxt təqdim olunan görüntülər daha bulanıq olub.

İndi isə ərazinin daha keyfiyyətli peyk görüntüsü əldə edilib.

Mənbənin məlumatına görə, görüntüdə 2023-cü ildən sonra, əsasən 2024-cü ildə baş vermiş dəyişikliklər aydın görünür.

Mövqenin Ermənistan ərazisində yerləşməsi barədə iddia erməni mənbəsinə məxsusdur və müstəqil şəkildə təsdiqlənməyib.

Bir daha xatırladırıq ki, Ermənistanın revanşist dairələri və onlara yaxın media resursları bu tipli xəbərləri yaymaqla Azərbaycan ordusunun sərhəddəki mövqelərinə münasibətdə necə təşviş içində olduqlarını nümayiş etdirirlər. Onların bu cür məlumatları təqdim etməsi, köhnə xəritələri yenidən gündəmə gətirməsi və hər dəfə Azərbaycan əsgərinin mövqeyini mübahisələndirməyə çalışması həm təxribat xarakteri daşıyır, həm də revanşist düşüncənin hələ də aradan qalxmadığını göstərir.

Bu gün əllərinə sovet dövründən qalma xəritələri alıb, onları sağa-sola yelləyərək hay-küy qoparanlar bir həqiqəti unutmamalıdırlar. İstər peykdən, istər havadan, istər qurudan, istərsə də başqa vasitələrlə xəritələr göstərsinlər, bu, onların 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxladıqları faktını dəyişmir.

Bu gün Azərbaycanla xəritə söhbəti edənlər, sərhədlərin toxunulmazlığından, dövlətlərin suverenliyindən, ərazi bütövlüyündən və beynəlxalq hüquqdan danışanlar vaxtilə həmin prinsipləri özləri pozmamalı idilər. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxın işğal altında saxlayanlar indi sərhəd və xəritə məsələlərində özlərini beynəlxalq hüququn müdafiəçisi kimi təqdim etməyə çalışırlar.

Bəs həmin beynəlxalq hüquq Azərbaycan torpaqları işğal altında saxlanılarkən harada idi? Nə üçün bu gün hərbi mövqelərin yerini ölçən, sovet xəritələrində metr hesablayan dairələr o zaman Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət etmirdilər?

Bu gün Azərbaycan əsgərinin mövqeyi ətrafında hay-küy qoparanlar bilməlidirlər ki, Azərbaycan Ordusu 2020-ci ildə torpaqlarının böyük hissəsini işğaldan azad edib, 2023-cü ilin sentyabrında isə ölkəmizin bütün ərazisində suverenliyini tam bərpa edib.

İndi Azərbaycanın hərbi mövqelərini müzakirəyə çıxaran revanşist dairələr əvvəlcə öz keçmişlərinə baxmalıdırlar. Onlar 30 ilə yaxın davam edən işğal siyasətinin hansı nəticələrə gətirib çıxardığını unutmamalıdırlar.

Azərbaycan əsgəri bu gün öz dövlətinin təhlükəsizliyini qoruyur. Azərbaycan sərhədlərinin hüquqi müəyyənləşdirilməsi isə beynəlxalq hüquq və delimitasiya prinsipləri əsasında həyata keçirilir. Heç bir köhnə xəritə ətrafında qaldırılan hay-küy Azərbaycanın ərazi bütövlüyünü və bərpa edilmiş suverenliyini şübhə altına ala bilməz.

Azərbaycan Ordusu öz sözünü döyüş meydanında deyib. İşğala son qoyulub, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edilib. İndi isə qalanını Ermənistanın revanşist dairələri düşünsün. Onlar anlamalıdırlar ki, Azərbaycanı yenidən köhnə xəritələr və keçmişin işğalçı düşüncəsi ilə üz-üzə qoymaq cəhdləri regiona heç nə qazandırmayacaq.
Dünən, 12:08
Bəzi ərazilərdə güclü leysan olub, şimşək çaxıb
Dünən, 11:46
Yol polisi sürücülərə müraciət etdi
Dünən, 11:41
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Dünən, 11:37
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - Siyahı
Dünən, 10:32
4 cüdoçumuz Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq
Dünən, 10:29
Azərbaycanda insanlar bu qədər yaşayır - NAZİRLİK AÇIQLADI
Dünən, 10:24
Beynəlxalq səyyahlar Zəngilana səfər ediblər - FOTO
Dünən, 10:19
Saf, orqanik ad altında satılan ballar: Peşəkar arıçıdan şok ETİRAFLAR
Dünən, 10:14
Tramp: "Putin Ermənistan-Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi"
Dünən, 09:00
Ermənilərin növbəti qorxusu – Azərbaycan Tavuş istiqamətində 500 metr
9-10-2026, 16:00
ABŞ Konqresində Azərbaycana qarşı 241 kvadratkilometrlik İDDİA – 30 il susanlar hərəkətə keçdi
9-10-2026, 15:30
Jirinovskinin Azərbaycanla bağlı proqnozu – “Qarabağ azad ediləcək, İran isə...”
9-10-2026, 14:22
İlham Əliyev və Donald Trampın Bakı Zirvəsini keçirməsi mümkündürmü?
9-10-2026, 13:56
Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
9-10-2026, 13:26
MDB-də 2028-ci il Sosial inkişaf və həyat keyfiyyəti ili elan edildi
9-10-2026, 13:19
Azərbaycanda maaş artdı
9-10-2026, 13:15
Azərbaycanın xaricdəki ticarət nümayəndəliklərində bayraq, gerb və lövhə yerləşdiriləcək
9-10-2026, 13:12
İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO
9-10-2026, 12:11
Büdcədə 4 milyard manata yaxın artıqlıq yarandı
9-10-2026, 11:38
Azərbaycan iqtisadiyyatı 1,5% böyüyüb
9-10-2026, 11:18
“Retro Holding”də milyon yarımlıq yeyinti - Həbs edilən var
9-10-2026, 11:00
4 gün iş olmayacaq - Tarix açıqlandı
9-10-2026, 10:59
İlham Əliyev: Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə yükdaşımaları ildə 15 milyon tona çatdırmağa hazırıq
9-10-2026, 10:56
Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
9-10-2026, 10:51
Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır
9-10-2026, 10:48
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ
9-10-2026, 10:11
Paşinyan səhərini Azərbaycan mahnısı ilə açdı, "ürək" göstərdi