ABŞ Konqresində Azərbaycana qarşı 241 kvadratkilometrlik İDDİA – 30 il susanlar hərəkətə keçdi
Dunya
Oxunub: 21
9 okt 2026 | 16:00
ABŞ Konqresində Azərbaycana qarşı 241 kvadratkilometrlik İDDİA – 30 il susanlar hərəkətə keçdi


ABŞ Konqresinin 101 üzvü Azərbaycana hərbi yardımın dayandırılması tələbi ilə dövlət katibi Marko Rubioya müraciət edib.

Oktyabrın 8-də erməni mediasında geniş yayılan müraciəti 26 senator və Nümayəndələr Palatasının 75 üzvü imzalayıb. Təşəbbüs ABŞ-də fəaliyyət göstərən erməni lobbisinin dəstəyi ilə irəli sürülüb.

Məktubun təşəbbüskarları senatorlar Qari Piters və Adam Şiff, konqresmenlər Qas Bilirakis və Frenk Pallonedir.

Konqresmenlər ABŞ administrasiyasının 1992-ci ildə qəbul edilmiş "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişi üzrə məhdudiyyətləri tətbiq etməmək qərarını tənqid ediblər.

Məktubda iddia olunur ki, Vaşinqtonun Azərbaycana hərbi yardım göstərilməsinə qoyulan məhdudiyyətləri aradan qaldırması Bakıda saxlanılan ermənilərin azadlığa buraxılmasına gətirib çıxarmayıb.

Müraciət müəllifləri həmçinin iddia edirlər ki, Azərbaycan Ordusu Ermənistanın 241 kvadratkilometrlik ərazisində mövqe saxlayır. Onlar Azərbaycan hərbçilərinin həmin ərazilərdən çıxarılmasını tələb edirlər.

Konqresmenlər Ermənistanın 2024-cü ilin mayında Azərbaycana dörd kəndi qaytardığını, lakin Bakının analoji addım atmadığını da irəli sürüblər.

Lakin bu çağırışları edən konqresmenlərə xatırlatmaq lazımdır ki, Azərbaycan torpaqları 30 ilə yaxın Ermənistanın işğalı altında qaldığı dövrdə onların əksəriyyətinin bu miqyasda etirazı eşidilmirdi.

Ermənistanın işğalı nəticəsində Azərbaycanın yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, şəhər və kəndləri viran qoyulub, tarixi, dini və mədəni abidələri məhv edilib, yüz minlərlə insan doğma yurdundan didərgin salınıb.

Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər ərazilərdə işğal dövründə törədilən dağıntıların miqyası beynəlxalq ictimaiyyətə də məlumdur.

Bəs həmin konqresmenlər Azərbaycan torpaqları işğal altında saxlanılarkən, yaşayış məntəqələri talan edilərkən, məscidlər dağıdılarkən və azərbaycanlılar öz yurdlarına qayıda bilməyərkən niyə eyni qətiyyətlə çıxış etmirdilər?

İndi isə Ermənistanın ərazi bütövlüyü və sərhədləri məsələsi ön plana çəkilir.

Üstəlik, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası prosesi hələ tam başa çatmayıb. Belə bir şəraitdə sərhəddəki bütün mübahisəli mövqelərin birtərəfli qaydada Ermənistan ərazisi kimi təqdim edilməsi obyektiv yanaşma sayıla bilməz.

Azərbaycanın mövqeyi ondan ibarətdir ki, sərhəd məsələləri qarşılıqlı razılaşmalar və beynəlxalq hüquq əsasında həll edilməlidir. Ermənistanın əvvəlki hərbi təxribatları və Azərbaycanın təhlükəsizlik narahatlıqları da bu prosesdə nəzərə alınmalıdır.

Xatırladaq ki, 907-ci düzəliş 1992-ci ildə, Azərbaycan ərazilərinin işğalı dövründə qəbul edilib. Bu məhdudiyyət uzun illər ABŞ-nin Azərbaycana birbaşa dövlət yardımına maneələr yaradıb.

Prezident Donald Tramp 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilən görüşdən sonra həmin məhdudiyyətlərin tətbiqini dayandırıb.
Dünən, 16:00
ABŞ Konqresində Azərbaycana qarşı 241 kvadratkilometrlik İDDİA – 30 il susanlar hərəkətə keçdi
Dünən, 15:30
Jirinovskinin Azərbaycanla bağlı proqnozu – “Qarabağ azad ediləcək, İran isə...”
Dünən, 14:22
İlham Əliyev və Donald Trampın Bakı Zirvəsini keçirməsi mümkündürmü?
Dünən, 13:56
Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
Dünən, 13:26
MDB-də 2028-ci il Sosial inkişaf və həyat keyfiyyəti ili elan edildi
Dünən, 13:19
Azərbaycanda maaş artdı
Dünən, 13:15
Azərbaycanın xaricdəki ticarət nümayəndəliklərində bayraq, gerb və lövhə yerləşdiriləcək
Dünən, 13:12
İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO
Dünən, 12:11
Büdcədə 4 milyard manata yaxın artıqlıq yarandı
Dünən, 11:38
Azərbaycan iqtisadiyyatı 1,5% böyüyüb
Dünən, 11:18
“Retro Holding”də milyon yarımlıq yeyinti - Həbs edilən var
Dünən, 11:00
4 gün iş olmayacaq - Tarix açıqlandı
Dünən, 10:59
İlham Əliyev: Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə yükdaşımaları ildə 15 milyon tona çatdırmağa hazırıq
Dünən, 10:56
Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
Dünən, 10:51
Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır
Dünən, 10:48
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ
Dünən, 10:11
Paşinyan səhərini Azərbaycan mahnısı ilə açdı, "ürək" göstərdi
Dünən, 10:00
Uzunmüddətli müharibə üçün bütün ehtiyatlarımız var – Tehran
Dünən, 09:54
İstanbulda çökən binada ölənlərin sayı 5 nəfərə çatdı
Dünən, 09:31
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək
Dünən, 09:25
Trampın Nobel Sülh Mükafatı ilə qiymətləndiriləcəyinə ümid edirik - PREZİDENT
Dünən, 09:12
Avropa qaz çatışmazlığı yaşana bilər
Dünən, 09:00
Hadrutun işğaldan azad olunmasından 6 il ötür
8-10-2026, 18:23
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 16:00
Avropa kabus ssenarisinə hazırlaşır – Çoxsaylı insan ölümü ilə nəticələnəcək hücum gözlənilir!
8-10-2026, 15:30
Ebola 4 ölkəyə çatdı, Rusiyada taun şübhəsi – Dünyada təhlükəli xəstəliklər YAYILIR
8-10-2026, 14:53
İlham Əliyev Berdiməhəmmədovla görüşdü - FOTO