Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi– FOTO

Sentyabrın 15-də Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarındakı ümumtəhsil məktəblərində yeni tədris ilinin başlanması ilə əlaqədar tədbirlər keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, bu il Xankəndi şəhəri, Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbin 1-ci sinfinə 110 şagird qəbul olunub və hazırda məktəbdə 1052 şagird təhsil alır.
Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində fəaliyyət göstərən 1 nömrəli tam orta məktəbdə də keçirilən Bilik Günü tədbiri, doğma yurda qayıdan keçmiş məcburi köçkün ailələrin övladları üçün xüsusi əhəmiyyət daşıyıb. Məktəb rəhbərliyi çıxışında Kərkicahanda məktəb zənginin yenidən səslənməsinin illər sonra qəsəbədə həyatın yenidən canlanmasının göstəricilərindən biri olduğunu deyib. Bildirilib ki, ötən il istifadəyə verilən orta məktəbdə 323 şagird təhsil alır, bu il birinci sinfə 14 şagird qəbul edilib.
Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən tədbir də ilk dərs gününün sevinc və həyəcanı ilə yadda qalıb.Məktəb rəhbərliyi şagirdlərə müraciət edərək, onların azad Xocalının gələcəyini formalaşdıracaq nəsil olduğunu bildirib. Ümumilikdə təhsil ocağında 248 şagird təhsil alır, onlardan 11-i bu il birinci sinfə qədəm qoyub.Xocalı rayonunun Balllca kənd tam orta məktəbində keçirilən Bilik günündə də məlumat verilib ki, burda ümumilikdə 192 şagird təhsil alır və bu il 11 uşaq birinci sinfə qəbul olunub.Yeni dərs ilinin başlandığı gün Ağdərə rayonunun Suqovuşan kənd tam orta məktəbində də böyük coşqu ilə keçirilib.
Qeyd olunub ki, bu məktəbdə 87 şagird təhsil alır, bu il birinci sinfə 14 şagird qəbul olunub.Ağdərə rayonunun Vəngli kəndində də yeni dərs ilinə həsr olunmuş tədbirdə bildirilib ki, Vəngli kənd tam orta məktəbində hazırda 93 şagird təhsil alır və bu il 4 şagird birinci sinfə qəbul olunub.Həsənriz kəndində fəaliyyət göstərən tam orta məktəbdə isə ümumilikdə 159 şagird təhsil alır, bu il 15 şagird birinci sinfə gedəcək.




Bu gün, 11:46
Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı
Bu gün, 11:18
Hərbi çağırışdan boyun qaçıran iki nəfərə CİNAYƏT İŞİ AÇILDI
Bu gün, 11:12
“Bakcell”dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
Bu gün, 11:09
Bu gün onlar üçün də dərs ilinin ilk günüdür - Fotolar
Bu gün, 10:38
Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi– FOTO
Bu gün, 10:06
"Bakının azad edilməsi dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu" - XİN
Bu gün, 10:01
Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - Tiktoker “Çevik”ə qarşı zorakılıq edib
Bu gün, 09:47
Bilik gününə belə başladılar - FOTOLAR
Bu gün, 09:38
Sentyabrın 15-i Bakıda nəqliyyat İMTAHANI: Avtobus gözləyən insanların səbri daşdı - FOTOLAR
Bu gün, 09:33
"Kurtlar Vadisi" Kozinoğlunun ölümünü əvvəlcədən necə bilib? – Ssenaristlərdən ŞOK İFADƏ
Bu gün, 09:27
Emin Əmrullayev şagirdləri təbrik etdi
Bu gün, 09:21
Bu yollarda “Yaşıl dalğa” rejimi tətbiq edilir
Bu gün, 09:13
Türkiyənin ən yaxın 5 dostu müəyyənləşdi – Sorğudan maraqlı nəticələr
Bu gün, 09:08
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Bu gün, 09:00
Azərbaycanda Bilik Günüdür
Dünən, 18:42
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb
Dünən, 18:37
İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi
Dünən, 16:00
ABŞ-nin keçmiş kəşfiyyat şefindən 44 günlük savaşa tarixi qiymət – “Ustalıqla təhlil edilib”
Dünən, 15:30
“Müsəlmanlıqdan çıxın, pravoslavlığı qəbul edin” – Rusiyada 10 günə 100 min özbək ölkəni tərk etdi
Dünən, 13:42
Əli Nağıyev Çinə getdi - Foto
Dünən, 13:36
ABŞ-dan ANONS: Bakı ilə İrəvan sazişi BU TARİXDƏ imzalayacaq
Dünən, 12:39
Bulvarda suyun səthi təmizlənir
Dünən, 12:35
Dini liderlər Azərbaycan Prezidentinə müraciət etdilər
Dünən, 12:30
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olundu
Dünən, 12:00
Dünyada neft şoku - Ərəblərin əsas kəməri sıradan çıxdı
Dünən, 11:21
Bakıda sabah xaos gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ
Dünən, 10:49
SON DƏQİQƏ! “Bakı Metropoliteni” məlumat yaydı