Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
Gundem / Siyaset
Oxunub: 8
10 sen 2026 | 11:53
Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman


Prezident İlham Əliyev dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında Fərman imzalayıb

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadə mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. dövlət büdcəsindən maliyyələşən təşkilatların (Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istisna olmaqla) büdcədənkənar vəsaitlərinin işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsindən, bu Fərmanın 1.3-cü bəndi nəzərə alınmaqla, yalnız həmin təşkilatların “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifə tutmayan işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün istifadə olunur;

1.2. bu Fərmanın 1.1-ci bəndi nəzərə alınmaqla, dövlət büdcəsindən maliyyələşən təşkilatların (Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istisna olmaqla) büdcədənkənar vəsaitlərinin qalan hissəsi dövlət büdcəsinə köçürülür;

1.3. bu Fərmanın 1.1-ci bəndi nəzərə alınmaqla, büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri aşağıdakılardır:

1.3.1. vəzifə maaşına əlavələr – təqvim ayı ərzində hər bir işçiyə münasibətdə onun aylıq vəzifə maaşının 1,0 mislinədək;

1.3.2. mükafat və digər ödənişlər – təqvim ili ərzində illik əməkhaqqı fondunun 20 faizinədək.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

3.1. aşağıdakılar barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin:

3.1.1. Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının ləğv edilməsi və həmin fondların mədaxil mənbələrindən istifadə olunması;

3.1.2. bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi;

3.1.3. bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin formalaşdırılması, toplanılması, istifadəsi və uçotunun aparılması qaydası;

3.1.4. Prezidentin İşlər İdarəsinin və Xüsusi Tibb Xidmətinin tabeliyində olan qurumların göstərdiyi ödənişli xidmətlərdən əldə edilən vəsaitlərin formalaşdırılması və istifadəsi;

3.2. Daxili İşlər Nazirliyində, Dövlət Gömrük Komitəsində və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində, habelə bu Fərmanın 1.1-ci bəndinin təsir dairəsinə düşən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin vəzifə maaşlarında artımlar olduqda bu Fərmanın 1-ci hissəsi üzrə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin;

3.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. “Azərbaycan Respublikasının Seçki Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Polis haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Hesablama Palatası haqqında”, “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi və “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun ləğv edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 368-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi, bəzi fərmanlarının və sərəncamlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 624 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026, № 3, maddə 228) 2.1-ci bəndi ləğv edilsin.

5. Bu Fərmanın 1.1-ci və 1.3-cü bəndləri 2026-cı il sentyabrın 1-dən tətbiq edilir və 1.2-ci bəndi 2027-ci il yanvarın 1-dən qüvvəyə minir”.
Bu gün, 13:08
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə zərbə endirildi - Ölənlər var
Bu gün, 13:00
İnfantinonun getməsi üçün 100 min imza toplandı - FIFA-da böyük skandal
Bu gün, 12:42
Dünya çempionumuz Turqay Qəribli Prezident İlham Əliyevə xüsusi minnətdarlığını bildirdi
Bu gün, 12:30
Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm”
Bu gün, 12:24
Prezident Qaradağda açılışda - Fotolar
Bu gün, 12:09
Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı
Bu gün, 11:53
Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
Bu gün, 10:52
Xəzərdə zəlzələ oldu
Bu gün, 10:26
Xaricdən mal gətirənlərin nəzərinə - Yeni qayda tətbiq olunacaq
Bu gün, 10:22
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
Bu gün, 10:18
Yetkinlik yaşına çatmış hər kəsə - 5000 dollar vəd etdi
Bu gün, 10:13
"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək
Bu gün, 09:45
Zelenskinin təyyarəsini vurmaq istədilər - SON ANDA XİLAS OLDU
Bu gün, 09:38
Pirəkəşküldə qorxulu anlar: Zəhərli ilanlar evlərə doluşub - VİDEO
Bu gün, 09:34
Xocalıda mina partladı - xəsarət alan var
Bu gün, 09:30
Zəngəzurda 858 milyon avroluq Bərgüşad tuneli - Yol İrana uzanır, Fransa pul buraxır
Bu gün, 09:29
25 ailə doğma yurduna qayıdır - Fotolar
Bu gün, 09:24
Bu yollarda tıxac var - Siyahı
Bu gün, 09:11
Mansur Yavaş CHP-nin 103 illiyinə getmədi, Ərdoğanın yanına yollandı - Ankarada heyrətamiz dəqiqələr
Bu gün, 09:00
“Barselona” və PSJ-dən darmadağın, “Qalatasaray”dan məğlubiyyət - ÇL-də gecənin matçları
Dünən, 16:00
Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə
Dünən, 15:30
Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...
Dünən, 14:19
Prezident və xanımı vidaya əklil göndərdi
Dünən, 14:16
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
Dünən, 13:02
Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI
Dünən, 12:21
Prezident həmkarını təbrik etdi
Dünən, 12:17
Bağçalara növbəyə yazılma prosesi başlayır