Əli Nağıyev Çinə getdi - Foto

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Çin Xalq Respublikasına səfər edib.
“Bu barədə DTX Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Çin Xalq Respublikasının (ÇXR) İctimai Təhlükəsizlik Nazirliyinin dəvəti ilə Azərbaycan Respublikası (AR) Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ÇXR-in Ciansu əyalətinin Lianyunqan şəhərinə səfər edib.
Səfər çərçivəsində nümayəndə heyəti müxtəlif ölkə və beynəlxalq təşkilatları təmsil edən yüksəkvəzifəli şəxslərin qatıldığı V Qlobal İctimai Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda iştirak edib. Terrorçuluğa qarşı mübarizə, beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı məsələlərin müzakirə olunduğu tədbirdə “Qlobal Terrorçuluqla Mübarizə üzrə 2026-cı il Fəaliyyət Planı” adlı yekun sənəd qəbul edilib.
Forum çərçivəsində DTX rəisi general-polkovnik Əli Nağıyev Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, ictimai təhlükəsizlik naziri Van Syaoxunla görüşüb.
General-polkovnik Əli Nağıyev dəvətə görə minnətdarlığını bildirib, Tibetdə baş vermiş və Çinlə yanaşı, digər ölkələrin vətəndaşlarının da həlak olması ilə nəticələnmiş fəlakətlə əlaqədar dost Çin xalqına və həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verib. O, Azərbaycan xalqının bu ağır itkilərlə bağlı Çin xalqının kədərini bölüşdüyünü və zərərçəkənlərlə həmrəy olduğunu vurğulayıb.
Görüşdə dünyada təhlükəsizliklə bağlı mövcud vəziyyət və müasir təhdidlərin xarakteri ətrafında fikir mübadiləsi aparılıb, iki qurum arasında münasibətlərin hazırkı səviyyəsi yüksək qiymətləndirilib və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Beynəlxalq vəziyyətin mürəkkəbləşdiyi, ayrı-ayrı regionlarda hərbi münaqişələrin davam etdiyi və qlobal iqtisadiyyat üçün əlavə risklərin yarandığı bir dövrdə artan təhdidlərə qarşılıqlı etimad və hörmət, eləcə də operativ informasiya mübadiləsi əsasında birgə mübarizənin vacibliyi qeyd olunub. Azərbaycan ilə Çin arasında münasibətlərin strateji xarakter daşıdığı, suverenliyə hörmət və qarşılıqlı dəstək prinsiplərinə əsaslandığı diqqətə çatdırılıb.
Tərəflər dövlət başçıları arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsinə töhfə verilməsi, terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa və telekommunikasiya sistemlərindən istifadə edilməklə törədilən dələduzluq hallarına qarşı mübarizə sahəsində əməkdaşlığın dərinləşdirilməsi, habelə hüquq mühafizə və təhlükəsizlik orqanları arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı niyyətlərini ifadə ediblər.
Görüşün sonunda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ilə Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.

Bu gün, 10:59
CHP-dən istefa vermişdi, AKP-yə qoşuldu
Bu gün, 10:55
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Bu gün, 10:29
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edir
Bu gün, 10:25
İlham Əliyev "Avaza" Kompleksində
Bu gün, 09:52
Müəllimlər hər gün geyimə görə yoxlanılacaq? – Yeni qaydanın DETALLARI
Bu gün, 09:47
Neftimiz 5 dollara yaxın bahalaşdı
Bu gün, 09:43
Bakıda itkin düşmüş şəxslərlə bağlı IV beynəlxalq konfrans davam edir
Bu gün, 09:40
Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı
Bu gün, 09:37
İlham Əliyev Türkmənistana gedib
Bu gün, 09:11
İrəvanın Qarabağ erməniləri üçün planı dalana dirəndi – Minlərlə sertifikat...
Bu gün, 09:00
İki gündür Bakıda su yoxdur – qurum isə “verilib” deyir
Dünən, 17:02
İlham Əliyev Vladimir Putinə zəng etdi
Dünən, 16:57
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Dünən, 16:00
Pasiyent həkim səhvinə görə ölübsə, ailə nə edə bilər?
Dünən, 15:30
Rusiya “çemodan”larını hazırladı, Ermənistandan çıxır – Məsuliyyəti İrəvanın üzərinə qoydu
Dünən, 14:56
Vilayət Eyvazov vətəndaş qəbulu keçirdi
Dünən, 14:22
ABŞ husi hücumları barədə Ər-Riyada aylar əvvəl xəbərdarlıq edibmiş
Dünən, 13:39
Gürcüstanla sərhədimizdə 166 kilometrlik “düyün”
Dünən, 13:16
Etibarnamə ilə maşın sürənlərin nəzərinə: Artıq köhnəlmiş mexanizm...
Dünən, 13:00
Moskvada Putin əleyhinə mitinq - BAŞLADI
Dünən, 11:44
Bu kəndin əkin sahələrinə su çəkiləcək - 9 milyon ayrıldı
Dünən, 11:36
Əli Nağıyev: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb
Dünən, 11:31
Prezident: İtkin düşmüş şəxslərin aqibətinə aydınlıq gətirmək üçün imkanları səfərbər etməyə davam edəcəyik
Dünən, 11:28
Azərbaycan lideri: İnsan talelərinə aid məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır
Dünən, 11:24
DTX rəisi: Ermənistan itkinlərlə bağlı şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır
Dünən, 11:10
Əli Nağıyev: Müharibə başa çatsa da, itkin ailələr üçün gözlənti davam edir
Dünən, 11:07
İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi - YENİLƏNDİ