“Bu gün-sabah doğuş vaxtıdır, amma həkim yoxdur”

Samuxda xəstəxanaya doğuş üçün gedən qadının həkim tapmadığı iddia edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədələrdə yayılıb.
Qadının həyat yoldaşı, Çoban Abdallı kənd sakini Emin Mustafayev telefonla lentə aldığı videoda bildirib ki, iyulun 27-si ailə rayon xəstəxanasına doğuş üçün müraciət edib. Lakin xəstəxanada həkimin olmadığı, onların məzuniyyətdə olduğu deyilib.
Onun sözlərinə görə, hətta xəstənin aparılması üçün təcili yardım maşını da verilməyib:
“Xəstəni sistemin altından çıxarıb arxa qapıdan yola salıblar. Özü də şəhid bacısıdır. Doğuşa qəbul etmirlər. Bu gün-sabah doğuş vaxtıdır, amma həkim yoxdur. Deməli, bu uşaq dünyaya gəlsə, ölməlidir”.
Adıçəkilən şəxs yayımladığı digər videoda bildirib ki, sonradan həyat yoldaşını şəxsi təsərrüfat işləri üçün istifadə etdiyi motosiklet ilə Gəncə şəhər Abbas Səhhət adına Birləşmiş Xəstəxanaya aparıb.
E. Mustafayevin sözlərinə görə, doğuş orada baş tutub.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza belə cavab verildi:
“Sosial şəbəkələrdə Samux Rayon Mərkəzi Xəstəxanası ilə bağlı yayılan görüntülərlə bağlı qeyd edirik ki, videoda hamilə qadının müayinəyə cəlb edilməməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir və tərəflər arasında müvəqqəti anlaşmazlıq yaranıb.
Sözügedən vətəndaş əvvəlcə Gəncə Perinatal Mərkəzində ultrasəs (USM) müayinəsindən keçib və ona baş gəlişi diaqnozu təyin edilib. Daha sonra həmin vətəndaş Samux Rayon Mərkəzi Xəstəxanasına müraciət edərək həkim-cərrah-ginekoloq tərəfindən müayinə prosesinə cəlb edilib. Müayinə zamanı dölün köndələn vəziyyətdə olduğu müəyyən edilib. Qadının altıncı hamiləliyi olduğu üçün əməliyyat prosesinə hazırlıq görülüb. Vətəndaş əməliyyatdan imtina edərək öz razılığı və istəyilə Gəncə Perinatal Mərkəzinə müraciət edib. Yaranmış anlaşılmazlıq tam olaraq aradan qaldırılıb”.
1-08-2026, 12:47
Sabah 39° isti olacaq
1-08-2026, 10:59
Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi - FOTO
1-08-2026, 10:49
Fransa İspaniya ilə sərhəddə təhlükəsizlik qüvvələri yerləşdirdi
1-08-2026, 10:23
Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
1-08-2026, 10:12
DYP sürücülərə və piyadalara müraciət etdi
1-08-2026, 09:54
53 mindən çox miqrant geri qayıdıb
1-08-2026, 09:48
“Qarabağ”ın oyunlarını bu hakimlər idarə edəcək
1-08-2026, 09:38
Nəriman Həsənzadə vəfat etdi
1-08-2026, 09:32
Azərbaycanda zəlzələ oldu
1-08-2026, 09:28
“Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik” - FOTO
1-08-2026, 09:22
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
1-08-2026, 09:00
Azərbaycanlılar Azərbaycana qarşı casusluğa cəlb edilir? – İranla sərhəddə nə baş verir...
31-07-2026, 16:00
Qəzza ilə bağlı tarixi razılaşma: Tezliklə icrasına başlanacaq
31-07-2026, 15:30
İrəvandan Moskvaya HƏDƏ – Zəngəzur dəhlizi gecikə bilər?
31-07-2026, 14:22
“İssık gölü sammiti” Kremlin diqqətində – Moskva nədən narahatdır?
31-07-2026, 13:37
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB
31-07-2026, 13:13
Xərçəng xəstəliyinin də çarəsi tapıldı: Alimlərdən şad xəbər
31-07-2026, 12:44
İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verildi
31-07-2026, 12:40
Ankara Moskva-Kiyev görüşünü təşkil etməyə hazırdır
31-07-2026, 11:50
Netanyahunu şortiklə qarşıladı, üzünə də baxmadı - ŞOK FOTO
31-07-2026, 11:13
“Biz bu məsuliyyətə hazırıq”
31-07-2026, 11:08
Ukrayna PUA-ları Azərbaycanla sərhəddə vuruldu
31-07-2026, 10:59
İraqlı nazirdən Türkiyədəki imza böhranı ilə bağlı AÇIQLAMA
31-07-2026, 10:55
İlham Əliyev: Azərbaycan və Qırğızıstan bütün təşəbbüslərdə bir-birini bundan sonra da dəstəkləyəcək
31-07-2026, 10:52
Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib
31-07-2026, 10:49
Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşdı
31-07-2026, 10:45
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edildi