Şəhid oğlunun iddiaları ilə bağlı - Rəsmi açıqlama

Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında dəfn olunmuş Vətən müharibəsi şəhidi Elşən Orucovun məzarının baxımsız vəziyyətdə olması ilə bağlı iddialar yayılıb.
Bu barədə sosial şəbəkədə onun övladı Ehtiram Orucovun videomüraciəti paylaşılıb.
Şəhid övladı deyib ki, atasının məzarının üzlüyü, mərmər hissəsi qopub tökülüb: “Bayraq yerindən çıxıb, tərsinə asılıb. Qəbiristanlıq təmizlənməyib. Məzarın ətrafındakı ot-alağı özümüz təmizləmişik. Həmçinin, bu 6 il ərzində Qazax RİH-dən qapımızı açan olmayıb...”
Bu iddialarla bağlı Qazax Rayon İcra Hakimiyyətinə müraciət etdik. RİH-dən sorğumuza cavab olaraq bildirildi ki, rayonda bütün şəhid ailələri, o cümlədən Vətən müharibəsi şəhidi Orucov Elşən Ehtiram oğlunun ailəsi daim diqqət mərkəzində saxlanılır, onların müxtəlif məzmunlu müraciətləri dinlənilir, həlli istiqamətində müvafiq işlər görülür: “Şəhid Elşən Orucovun dəfnində RİH başçısı və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak edib, 2021-2025-ci illər və 2026-cı ilin 6 ayı ərzində RİH başçısının bilavasitə iştirakı ilə bayram günləri ərəfəsi və şəhidin ildönümlərində eləcə də, doğum və anım günlərində şəhidin məzarı 20 dəfə, ailəsi isə 5 dəfə ziyarət olunub. 2021-2025-ci illər ərzində şəhidin anası və həyat yoldaşı etdikləri müraciətlərinə əsasən RİH başçısı tərəfindən 5 dəfə qəbul ediliblər. Şəhid Elşən Orucovun ailəsinə Qazax RİH, Heydər Əliyev Fondu, YAŞAT Fondu tərəfindən şəhidin övladlarının təhsil haqqı da nəzərə alınmaqla ümumilikdə 57601 manat maddi yardım göstərilib. Şəhidin həyat yoldaşı Yusubova Tulzala Asif qızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərində 2 otaqlı mənzillə təmin edilib. Həmçinin o, Abşeron rayonu Xırdalan qəsəbəsində N saylı hərbi hissədə mühasibatçı işləyir. Bundan əlavə, şəhidin anası Dürdanə Orucova Qazax RİH tərəfindən “DOST İş Mərkəzi” MMC-də aylıq əmək haqqı 345 manat olan işlə təmin olunub”.
Eyni zamanda cavabda bildirilib ki, rayonda şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə xiyaban salınıb: “Qeyd edirik ki, şəhid Elşən Orucovun övladı Ehtiram Orucovun sosial şəbəkələrdə etdiyi videomüraciət öyrədilmiş və qərəzlidir. RİH-nin başçısı şəxsən şəhidin doğum və anım günlərində iştirak edib, şəhidin doğum günündə onun övladları ilə birlikdə olub. Şəhidin övladı Ehtiram Orucovun öyrədilərək qərəzli şəkildə sosial şəbəkələrdə etdiyi videomüraciət RİH tərəfindən araşdırılıb və müəyyən edilib ki, səbəb şəhidin həyat yoldaşı Tulzala Yusubova tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin balansında olan, Qazax şəhəri S.Vurğun adına 2 saylı tam orta ümumtəhsil məktəbinin ərazisində qanunsuz olaraq 11 sot torpaq sahəsini zəbt edərək apardığı tikinti işlərinin RİH və Qazax Rayon Polis Şöbəsi tərəfindən dayandırılmasıdır.
Bundan əlavə şəhidin anası Dürdanə Orucova tərəfindən Qazax şəhəri S.Vurğun küçəsinə şəhidin plakatının vurulması və bulaq tikintisi üçün müraciət edilib, lakin RİH tərəfindən icazə verilməyib. Məlumat üçün bildiririk ki, sözügedən məsələ ilə bağlı son aylarda şəhidin ailəsi dəfələrlə dəvət olunub, lakin onlar qəbulda iştirak etməkdən imtina edib, RİH qarşısında tələb qoyaraq S.Vurğun adına 2 saylı tam orta ümumtəhsil məktəbinin ərazisində qanunsuz olaraq zəbt etdikləri 11 sot torpaq sahəsinə sənəd veriləcəyi təqdirdə görüşdə iştirak edə biləcəklərini qeyd ediblər.
Bununla yanaşı bildiririk ki, şəhid övladı Ehtiram Orucovun etdiyi videomüraciətdə heç bir mərmər qopuntusundan söhbət gedə bilməz, qaldırılan məsələ şər və böhtandır”.
Xatırladaq ki, Elşən Orucov müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi orduda xidmət edib. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Noyabrın 4-də Şuşa döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edildi.
E. Orucovun özü də şəhid övladı idi. Atası Ehtiram Orucov Birinci Qarabağ müharibəsində şəhid olub./qafqazinfo.az/
1-08-2026, 12:47
Sabah 39° isti olacaq
1-08-2026, 10:59
Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi - FOTO
1-08-2026, 10:49
Fransa İspaniya ilə sərhəddə təhlükəsizlik qüvvələri yerləşdirdi
1-08-2026, 10:23
Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
1-08-2026, 10:12
DYP sürücülərə və piyadalara müraciət etdi
1-08-2026, 09:54
53 mindən çox miqrant geri qayıdıb
1-08-2026, 09:48
“Qarabağ”ın oyunlarını bu hakimlər idarə edəcək
1-08-2026, 09:38
Nəriman Həsənzadə vəfat etdi
1-08-2026, 09:32
Azərbaycanda zəlzələ oldu
1-08-2026, 09:28
“Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik” - FOTO
1-08-2026, 09:22
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
1-08-2026, 09:00
Azərbaycanlılar Azərbaycana qarşı casusluğa cəlb edilir? – İranla sərhəddə nə baş verir...
31-07-2026, 16:00
Qəzza ilə bağlı tarixi razılaşma: Tezliklə icrasına başlanacaq
31-07-2026, 15:30
İrəvandan Moskvaya HƏDƏ – Zəngəzur dəhlizi gecikə bilər?
31-07-2026, 14:22
“İssık gölü sammiti” Kremlin diqqətində – Moskva nədən narahatdır?
31-07-2026, 13:37
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB
31-07-2026, 13:13
Xərçəng xəstəliyinin də çarəsi tapıldı: Alimlərdən şad xəbər
31-07-2026, 12:44
İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verildi
31-07-2026, 12:40
Ankara Moskva-Kiyev görüşünü təşkil etməyə hazırdır
31-07-2026, 11:50
Netanyahunu şortiklə qarşıladı, üzünə də baxmadı - ŞOK FOTO
31-07-2026, 11:13
“Biz bu məsuliyyətə hazırıq”
31-07-2026, 11:08
Ukrayna PUA-ları Azərbaycanla sərhəddə vuruldu
31-07-2026, 10:59
İraqlı nazirdən Türkiyədəki imza böhranı ilə bağlı AÇIQLAMA
31-07-2026, 10:55
İlham Əliyev: Azərbaycan və Qırğızıstan bütün təşəbbüslərdə bir-birini bundan sonra da dəstəkləyəcək
31-07-2026, 10:52
Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib
31-07-2026, 10:49
Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşdı
31-07-2026, 10:45
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edildi