Eldar Əzizov yola salınır?

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakımənzilkommunlayihə” ləğv edildi, “Yaşıl teatr” Mədəniyyət Nazirliyinə verildi, “Zoopark” isə...
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Diplomatik korpusa və xarici nümayəndəliklərə xidmət göstərən müdiriyyət "İnterservis" Bakı Şəhər İcra Hakimiyyətinin fəaliyyət istiqamətləri nəzərə alınmaqla yenidən təşkil olunacaq. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı iyunun 10-da fərman imzalayıb.
Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakımənzilkommunlayihə"nin ləğv edilməsi ilə bağlı da qərar verilib.
“Bakımənzilkommunlayihə”paytaxtın Bakı şəhərində mənzil-kommunal sahəsinin idarə olunmasında mühüm rol oynayan əsas qurumlardan biridir. Bu təşkilat yaşayış binalarının saxlanılması, təmiri, abadlaşdırılması və kommunal xidmətlərin təşkili istiqamətində geniş fəaliyyət səlahiyyəti var. Qurumun əsas vəzifələrinə çoxmənzilli yaşayış binalarının texniki vəziyyətinə nəzarət, lift təsərrüfatının istismarı, həyətlərin abadlaşdırılması, yaşıllıqların qorunması və tullantıların idarə olunması daxildir. Köhnə yaşayış binalarının fasadlarının yenilənməsi, həyətlərin müasir standartlara uyğun abadlaşdırılması da daxildir. Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan “Yaşıl Teatr” konsert kompleksi, Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.
Bakı Şəhər Heyvanat Parkı(Zoopark) ilə "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" birləşdirilib və yenidən təşkil ediləcək.
Fərmana əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin əsas qurumlarından olan və «Bakı Şəhər Əsaslı Tikinti və Təmir» MMC-də də islahatlar aparılacaq, onun strukturu və əməkhaqqı sisteminin təkmilləşdiriləcək.
Fərmanda tapşırılıb ki, yeniliklər nəticəsində ixtisar olunacaq əməkdaşlara münasibətdə Əmək Məcəlləsinə, “Dövlət qulluğu haqqında” qanuna və “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun üstünlüyünün həyata keçirilməsi Qaydası”na uyğun olaraq tədbirlər görsün.
Bakı Şəhər icra hakimiyyətindəki islahatlar, yeni qurumların yaradılması, ixtisar və təkmilləşdirmələr Maliyyə Nazirliyinin ciddi maliyyə nəzarəti altında aparılacaq.
Fərmanda Maliyyə Nazirliyinə tapşırılıb ki, yaradılması nəzərdə tutulan yeni qurumların strukturunun, ştat vahidlərinin və əməkhaqqı sistemlərinin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görsün.
Yada salaq ki, hazırda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur. O, 2000-2003-cü illərdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı olduqdan sonra səkkiz il də ölkənin ikinci ən böyük şəhəri Gəncəyə rəhbərlik edib. 2011–2015-ci illərdə nə təsadüfsə, bu dəfə də üçüncü böyük şəhərə- Sumqayıta rəhbərlik də ona tapşırılıb. Sonra isə üç il də Səbayeldə rəhbər olub. Rəsmi sərəncamı 2018-in noyabrında verilsə də, həmin ilin yayından Bakıya rəhbərlik etməkdədir... O da həqiqətdir ki, bu illər ərzində E.Əzizovun adı ciddi korrupsiya və rüşvət olaylarında hallanmayıb.
Bəzi iddialara görə, 70 yaşını haqlayan Əzizovun hakimiyyətlə vidalaşmaq vədəsi yetişir. Mediada da belə iddia vardı ki, guya Nəsiminin yeni icra başçısı, YAP-ın Aparat rəhbəri Tahir Budaqov onun yerinə gələcək və s. Məlumatlara inansaq, Əzizovu əslində, hələ Sumqayıtdan sonra icra strukturlarından uzaqlaşdırmaq istəyiblər, amma görünür, özü getmək istəməyib, bir az da işləmək möhləti alıb...
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Dünən, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Dünən, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Dünən, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Dünən, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Dünən, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Dünən, 11:36
Əliyev Zelenskini təbrik etdi
Dünən, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Dünən, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Dünən, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Dünən, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Dünən, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Dünən, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Dünən, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Dünən, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Dünən, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Dünən, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Dünən, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Dünən, 09:15
“Bu xəstəlik onu da apardı”
Dünən, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Dünən, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı