Rusiya erməniləri qovmağa hazırlaşır?
Dunya
Oxunub: 7
24 avq 2026 | 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?


Rusiya ilə Ermənistan arasında münasibətlərdə gərginlik yeni mərhələyə qədəm qoyur. İrəvanın son illər Qərbə doğru siyasi və geosiyasi istiqamətini dəyişmək cəhdləri Moskvanın narazılığını artırdığı halda, Ermənistan hələ də Rusiya ilə iqtisadi əlaqələrin, o cümlədən Avrasiya İqtisadi İttifaqı çərçivəsində əldə etdiyi üstünlüklərin saxlanılmasında maraqlıdır. Belə bir vəziyyətdə Moskvanın İrəvana təsir imkanlarından biri kimi əmək miqrasiyasından istifadə edə biləcəyi barədə müzakirələr güclənib.

ritmeurasia.ru xəbər verir ki, Rusiyada çalışan erməni miqrantlara qarşı qaydaların sərtləşdirilməsi gözləmillir.

Bu isə Ermənistan üçün ciddi problem yarada bilər. Çünki Rusiyada işləyən ermənilərin ölkəyə göndərdiyi pullar Ermənistan iqtisadiyyatı üçün mühüm gəlir mənbəyidir. Ermənistan Mərkəzi Bankının 2025-ci il üzrə məlumatlarına görə, Rusiyadan fiziki şəxslər tərəfindən Ermənistana təxminən 3,87 milyard dollar pul köçürülüb. Müqayisə üçün, Ermənistanın həmin il ümumi daxili məhsulu 29,2 milyard dollar təşkil edib. Başqa sözlə, Rusiyadan gələn pul köçürmələri Ermənistan iqtisadiyyatının təxminən 13 faizinə bərabər olub.Bu rəqəm Ermənistanın Rusiyadakı əmək bazarından nə qədər asılı olduğunu göstərir. ABŞ-dan Ermənistana 2025-ci ildə 733 milyon dollar, Böyük Britaniyadan 207 milyon, İsveçrədən 131 milyon, Birləşmiş Ərəb Əmirliklərindən 105 milyon, Almaniyadan isə 100 milyon dollar köçürülüb. Yəni Rusiyadakı erməni miqrantların göndərdiyi vəsait yalnız ayrı-ayrı Qərb ölkələrindən gələn pullarla deyil, onların bir neçəsinin birlikdə göndərdiyi vəsaitlə müqayisədə də böyük üstünlüyə malikdir. Moskva isə bu asılılığın fərqindədir. Rusiya prezidenti Vladimir Putin may ayında Avrasiya İqtisadi İttifaqının sammitində Ermənistanın qurumdan çıxmasının mümkün nəticələrindən danışarkən ölkənin ÜDM-nin ən azı 14 faizini itirə biləcəyini bildirmişdi. Bu rəqəm faktiki olaraq Rusiyadan gələn pul köçürmələrinin Ermənistan iqtisadiyyatındakı payına yaxınlaşır.
Hazırda Ermənistan vətəndaşları Avrasiya İqtisadi Birliyi çərçivəsində Rusiyada işləmək baxımından mühüm üstünlüklərə malikdirlər. Əmək müqaviləsi bağlayan erməni vətəndaşları Rusiya vətəndaşları ilə bir sıra hüquqlar baxımından bərabər tutulur və digər MDB ölkələrinin vətəndaşlarından tələb olunan patent sistemi onlara tətbiq edilmir. Əgər Ermənistan AİB-dən çıxarsa, erməni vətəndaşları üçün Rusiyada işləmək şərtləri digər MDB ölkələrindən gələn miqrantlarla eyniləşdirilə, patent almaq və digər miqrasiya tələblərinə əməl etmək məcburiyyəti yarana bilər. Bu isə İrəvan üçün sadəcə sosial deyil, həm də iqtisadi zərbə deməkdir. Rusiyada işləyən yüz minlərlə erməninin gəlirlərinin azalması və ya onların ölkəyə qayıtması Ermənistan daxilində işsizlik və sosial problemləri artıra bilər. Ən mühümü isə Rusiyadan Ermənistana pul axınının azalması ölkənin valyuta gəlirlərinə və daxili istehlaka təsir göstərə bilər.Rusiya artıq son illərdə miqrasiya siyasətini sərtləşdirib. Xüsusilə 2024-cü ilin martında “Crocus City Hall” terrorundan sonra Rusiyada miqrantlara nəzarət gücləndirilib. Buna baxmayaraq, ermənilərin Rusiyaya əmək miqrasiyası digər bəzi MDB ölkələri ilə müqayisədə nisbətən sabit qalıb.Rəsmi statistikaya görə, 2023-cü ildə Rusiyaya işləmək məqsədilə daxil olan Ermənistan vətəndaşlarının sayı 174,1 min nəfər olub. 2024-cü ildə bu göstərici 171,3 minə, 2025-ci ildə isə 154,5 minə düşüb. Beləliklə, iki il ərzində azalma 11 faizdən bir qədər çox olub. Lakin 2026-cı ilin ilk yarısında azalma daha ciddi xarakter alıb. Yanvar-iyun aylarında Rusiyaya işləmək məqsədilə daxil olan Ermənistan vətəndaşlarının sayı 88,6 min nəfər təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,1 faiz azdır. Məsələ yalnız əmək miqrasiyası ilə də bitmir. Ermənistanın EAEİ-dən çıxması Rusiyadan gələn enerji daşıyıcılarının qiymətinə, dəmir yolu və avtomobil daşımalarına, Ermənistan məhsullarının Rusiya bazarına çıxışına və turizm sektoruna da təsir göstərə bilər. Ermənistanın coğrafi vəziyyəti isə alternativ bazarlara sürətli keçidi çətinləşdirir. Burada Moskvanın əsas üstünlüyü də məhz bundan ibarətdir. Ermənistan Qərblə siyasi yaxınlaşmanı sürətləndirə bilər, lakin iqtisadi və sosial baxımdan Rusiya ilə əlaqələri qısa müddətdə əvəz etmək olduqca çətindir.

İrəvan Qərbə doğru siyasi kursunu dəyişmək istəyirsə, qarşısında əsas suallardan biri də budur: Rusiya bazarını, enerji və iqtisadi üstünlükləri, ən əsası isə yüz minlərlə erməninin Rusiyadakı əmək imkanlarını hansı mənbə ilə əvəz etmək mümkün olacaq? Məhz buna görə Moskvanın “miqrasiya kartı” Ermənistan üçün ən ağrılı təzyiq vasitələrindən birinə çevrilə bilər.
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur
22-08-2026, 10:04
Bu gün dəniz havası var
22-08-2026, 09:59
Xəzərdə zəlzələ oldu