Qohum evliliyi davam edir – Qanun niyə işləmir...
Sosial
Oxunub: 82
14 apr 2026 | 09:56
Qohum evliliyi davam edir – Qanun niyə işləmir...


Azərbaycanda qohum evliliklərinə qoyulan qadağaya baxmayaraq, Ağcabədi rayonunun Avşar kəndində iki bacının övladlarının – xalaoğlu və xalaqızının evlənməsi barədə məlumat yayılıb. Bildirilir ki, toy mərasimi martın 27-də keçirilib. Yalnız bu deyil, ayrı-ayrı rayonlarda qohum evliliklərinin gizli şəkildə aparılması iddiaları var.

Qeyd edək ki, Azərbaycanda yaxın qohumlar, o cümlədən baba və nənələri ortaq olanlar arasında nikah qanunla qadağan olunub. Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minib. Qanunun qüvvəyə mindiyi müddətdən yuxarıda qeyd olunan qohumlar arasında nikahın bağlanması ilə bağlı qeydiyyat şöbələri tərəfindən rəsmi müraciət qəbul olunmur.

Bəs bu qadağaya nə dərəcədə əməl edilir və belə halların qarşısını almaq üçün daha hansı tədbirlər görülməlidir?

Vəkil Ramil Süleymanov Musavat.com-a bildirib ki, hər hansı qanun qəbul edilərkən geniş ictimai müzakirələrdən keçməlidir.

“Bu müzakirələrə hüquqşünaslar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də ictimaiyyətin müxtəlif təbəqələri cəlb olunmalı, təqdim olunan mətnlə tanış olaraq öz rəy və təkliflərini bildirməlidirlər. Sözügedən dəyişikliklərin qəbul olunduğu prosesdə birbaşa iştirak etməmişəm. Lakin hüquqşünas olaraq müxtəlif çıxışlarımda və mətbuatda dərc olunan yazılarımda dəfələrlə vurğulamışam ki, qohumlar arasında rəsmi nikahın qadağan edilməsi müəyyən arzuolunmaz nəticələrə gətirib çıxara bilər”, - Süleymanov belə düşünür.

Onun fikrincə, qadağalar qeyri-rəsmi, yəni gizli birliklərin yaranmasına səbəb olacaq:

“Nəticədə hüquqi baxımdan qorunmayan münasibətlər formalaşacaq, qanundan kənar uşaqların doğulmasına gətirib çıxaracaq. Bu isə öz növbəsində xüsusilə qadınların hüquqlarının daha çox pozulmasına səbəb olacaq. Onsuz da mövcud şəraitdə rəsmi nikah pozulduqda belə qadınlar alimentin alınması, əmlak bölgüsü və digər hüquqların təmin olunması prosesində ciddi çətinliklərlə üzləşirlər. Qohum evliliklərinin qadağan olunması isə gizli evliliklərin həyata keçirilməsinə rəvac verdi. Dövlət buna müdaxilə edə bilmir. İnsanlar rəsmi nikah olmadan birgəyaşayışa üstünlük verir və bu, artıq hüquqi nəzarətdən kənarda qalan münasibətlərə gətirib çıxarır. Eyni vəziyyət digər şəxslər üçün də mövcuddur – yetkin insanlar rəsmi nikah olmadan birlikdə yaşaya bilirlər və bu, qanunla qadağan edilmir”.

Vəkil hesab edir ki, məsələyə daha balanslı yanaşma tələb olunur:

“Ya qanunvericilikdə bu cür evliliklərin təşviqi və təşkili ilə bağlı məsuliyyət tədbirləri konkret şəkildə müəyyən edilməli, ya da qanunvericiliyə düzəliş olunmalıdır. Məsələn, qohum evliliklərinə tam qadağa qoymaq əvəzinə, belə nikahların yalnız müəyyən şərtlərlə – tərəflərin öz hesablarına genetik müayinələrdən keçməsi və gələcəkdə doğulacaq uşaqların sağlamlığı ilə bağlı risklərin olmaması üçün analiz müayinələrin cavabı olduqdan sonra icazə verilməsi təşkil edilsin”.
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Dünən, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Dünən, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Dünən, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Dünən, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Dünən, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Dünən, 11:36
Əliyev Zelenskini təbrik etdi
Dünən, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Dünən, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Dünən, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Dünən, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Dünən, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Dünən, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Dünən, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Dünən, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Dünən, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Dünən, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Dünən, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Dünən, 09:15
“Bu xəstəlik onu da apardı”
Dünən, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Dünən, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı