Bu ərazilərdə evlər kəskin ucuzlaşacaq
Sosial
Oxunub: 21
31 mar 2026 | 09:23
Bu ərazilərdə evlər kəskin ucuzlaşacaq


Subasma riski olan ərazilərdə daşınmaz əmlak bazarında qiymət dinamikası müzakirə mövzusudur. Bu tip ərazilərdə yerləşən evlərin dəyərinin necə formalaşdığı və bazara təsiri ilə bağlı müxtəlif yanaşmalar mövcuddur.

Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Demokrat.az-a açıqlamasında bildirib ki, son baş verən hadisələr kanalizasiya və infrastruktur məsələləri artıq daşınmaz əmlak bazarında mühüm faktor kimi ön plana çıxmağa başlayıb:

"Bu təsir daha çox cari il ərzində hiss olunacaq, lakin zaman keçdikcə tədricən aktuallığını itirə bilər. Hazırda Bakı şəhər icra strukturları tərəfindən şəhərin müxtəlif ərazilərində, xüsusilə də kanalizasiya sistemi olmayan yerlərdə xırda kollektorların inşası istiqamətində layihələrə start verilib və bu işlər artıq həyata keçirilməkdədir. Əvvəllər belə infrastrukturun olmaması səbəbindən problemlər daha kəskin hiss olunurdu, lakin son dövrlərdə bu sahədə müəyyən irəliləyiş müşahidə olunur. Digər tərəfdən, bu vəziyyət istehlakçı davranışlarına da təsirsiz ötüşmür. Son hadisələrdən sonra ən azı yaxın 6 ay, 1 il ərzində fərdi ev almaq istəyən şəxslər seçim edərkən kanalizasiya xəttinin mövcudluğuna xüsusi diqqət yetirəcəklər. Bu da öz növbəsində bazarda müəyyən fərqlənməyə səbəb olacaq. Belə ki, kanalizasiya sistemi olan və risklərin daha az olduğu ərazilərdə həm tələbatın, həm də qiymətlərin artacağı gözlənilir. Amma infrastruktur problemlərinin olduğu ərazilər alıcılar üçün daha az cəlbedici olacaq və nəticədə həmin yerlərdə qiymət artımı zəif qala bilər və ya ümumiyyətlə müşahidə olunmaya bilər. Ümumiyyətlə qiymətlərlə bağlı ciddi proqnoz vermək mümkün deyil. Hər şey bazarda formalaşacaq tələbatdan və vətəndaşların mövqeyindən asılıdır. Hazırda bu məsələ ilə bağlı rəsmi statistika yoxdur, hansı ərazilərə nə qədər zərər dəydiyi barədə dəqiq məlumat mövcud deyil. Buna görə də nə mən, nə də digər ekspertlər dərin analiz apararaq konkret proqnoz verə bilirik. Lakin şübhəsiz ki, bunun bazara təsiri olacaq. Kanalizasiya sistemi olan, problem yaşanmayan və nisbətən hündür ərazilərə tələbat daha çox olacaq. Riskli və problem yaşana biləcək ərazilərdə isə maraq daha aşağı olacaq".

Qeyd edək ki, son iki gün ərzində Bakıya və Abşeron yarımadasına rekord yağışlar yağıb. Yağıntının miqdarı normadan 6 dəfə çox olub. Rəsmi açıqlamada bildirilir ki, sonuncu dəfə Bakı belə yağışı 1988-ci ildə görmüşdü.
Dünən, 16:00
Ağ Ev: İranın lidelərinin öldürməsinin səbəbi budur
Dünən, 15:30
Xarici saytlardan aldığınız vitaminlərin hamısı... - Valideynlərə XƏBƏRDARLIQ
Dünən, 15:27
Məhərrəm ayı bu tarixdə başlayacaq
Dünən, 13:26
Sabah 25 dərəcə isti olacaq
Dünən, 13:21
Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü veriləcək
Dünən, 12:20
BMT rəsmisindən şok açıqlama: İrana nüvə zərbəsi endiriləcək
Dünən, 12:06
Bu ölkə Rusiya ilə müharibəyə hazırlaşır: Avropa şoku gözləsin
Dünən, 12:01
Mossada casusluqda ittiham olunan iranlı general şok açıqlama ilə gündəm oldu
Dünən, 11:20
Küçələr nə zaman kanalizasiya sularından qurtulacaq? - RƏSMİ
Dünən, 11:18
Azərbaycan Ordusunun yeni hərbi obyektləri istifadəyə verilib
Dünən, 10:29
Daha bir rayonda kütləvi ixtisar: 46 nəfər işsiz qaldı
Dünən, 10:26
Tramp Tehranla danışıq apardıqları gizli şəxsin adını açıqladı
Dünən, 09:49
Regionda ən ucuz yumurta Azərbaycandadır - QİYMƏTLƏR
Dünən, 09:44
ABŞ öz arsenalını boşaldacaq, amma... - Pentaqonun keçmiş müşaviri
Dünən, 09:40
XİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
Dünən, 09:31
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasındadır - “Global Terrorism Index 2026” açıqlandı
Dünən, 09:23
Bu ərazilərdə evlər kəskin ucuzlaşacaq
Dünən, 09:16
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
Dünən, 09:10
Prezidentin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edildi
Dünən, 09:00
31 Mart soyqırımından 108 il ötür
30-03-2026, 14:26
İlham Əliyev Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
30-03-2026, 12:28
İllər əvvəl ulu öndəri duyğulandıran sürpriz: tarixi kadrlar – VİDEO
30-03-2026, 12:22
İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər
30-03-2026, 12:10
Trampdan gözlənilməz açıqlama: İranda böyük bir gün
30-03-2026, 12:04
"Əlvida, Nəsimi… Əlvida, Babək…"
30-03-2026, 11:04
Millimiz növbəti matça çıxır
30-03-2026, 10:24
Tehran qaranlığa qərq oldu – yüz minlərlə insan küçələrə axışdı