Özəl xəstəxanalarda onkoloji yardımın alınması ilə bağlı dəyişiklik son oxunuşda qəbul edilib

Milli Məclis vətəndaşların özəl tibb müəssisələrində də onkoloji yardım ala biləcəyi haqqında dəyişikliyi son oxunuşda qəbul edib.
Bununla bağlı "Əhalinin sağlamlığının qorunması haqqında" və "Onkoloji yardım haqqında" qanunlara təklif edilən dəyişikliklər parlamentin yaz sessiyasının bugünkü plenar iclasında müzakirə edilib.
Layihəyə əsasən, ixtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı, "Lisenziyalar və icazələr haqqında" qanunun tələblərinə əsasən yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri xidmət göstərə biləcək.
Məlumat verilib ki, hazırda "Onkoloji yardım haqqında" qanunun tələblərinə əsasən onkoloji xidmət yalnız onkoloji xidmət göstərilməsi üçün ixtisaslaşmış dövlət müəssisələrində mümkündür. Bu xüsusda, Azərbaycan vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.
Həmçinin, dövlət tərəfindən onkoloji xəstələrin dispanserizasiyası, müayinə, müalicə və reabilitasiyasını həyata keçirən ixtisaslaşdırılmış dövlət tibb müəssisələrinin, onkoloji xidmət strukturlarının yaradılması və onların maddi-texniki bazasının gücləndirilməsinə təminat verilir.
Qeyd olunub ki, onkoloji xəstələrə müalicə-diaqnostika yardımı fərdi müraciət və ya müalicə-profilaktika müəssisəsinin göndərişi əsasında ixtisaslaşdırılmış onkoloji müəssisələrdə göstərilir. Onkoloji xəstələrin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi üzrə tədbirlər dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir.
"Əhalinin sağlamlığının qorunması haqqında" qanunun 24-cü maddəsi pasiyentin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək hüququnu təsbit edir. Yəni pasiyent öz iradəsi ilə dövlət və ya özəl tibb müəssisəsində müalicə almaq hüququna malikdir. Lakin, "Onkoloji yardım haqqında" qanuna əsasən vətəndaşlar yalnız ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində xidmət ala bilərlər.
Qeyd edilənlərə əsasən hər hansı özəl tibb müəssisəsi bu fəaliyyətlə məşğul olarsa, lisenziyadan kənar fəaliyyət hesab olunur və məsuliyyətə cəlb edilir.
Diqqətə çatdırılıb ki, hazırda ölkədə onkoloji yardım alan xəstələrin çoxluğu, təminatın sırf dövlət büdcəsi hesabına həyata keçirilməsi vətəndaşların ölkə xaricinə üz tutmasına səbəb olur. Halbuki, ölkə ərazisində onkoloji yardım xidməti ilə məşğul ola biləcək müasir avadanlıqlarla təchiz edilmiş və ixtisaslı həkimlərin fəaliyyət göstərdiyi özəl tibb müəssisələri mövcuddur. Bu səbəbdən, sözügedən problemin aradan qaldırılması məqsədilə "Lisenziyalar və icazələr haqqında" qanunun tələblərinə əsasən özəl tibb müəssisələri tərəfindən onkoloji yardımın həyata keçirilməsi təklif edilir.
Layihənin qəbul olunması nəticəsində ixtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı, "Lisenziyalar və icazələr haqqında" qanunun tələblərinə əsasən yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri tərəfindən xidmət həyata keçiriləcək. Bu da vətəndaşların öz iradəsinə əsasən istənilən tibb müəsisəsində tibbi xidmət almasına səbəb olmaqla Azərbaycan vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz mülahizələrinə əsasən müstəqil surətdə öz müalicə həkimlərini seçmək və müvafiq tibb müəssisəsində müalicə almaq hüququnu təmin edəcək.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Bu gün, 16:00
İlham Əliyev Antalyada - Bakı-Ankara xətti güc nümayişinə çevrilir
Bu gün, 15:30
Dəməşqdən tarixi sülh həmləsi: Əş-Şaraa İsrail ilə saziş imzalamağa hazır olduğunu açıqladı
Bu gün, 14:22
Xankəndi Dəmir Yolunun açılış vaxtı açıqlandı
Bu gün, 13:06
ADY açıqladı: 2030-cu ilə qədər...
Bu gün, 13:00
Rusiya İran taktikasına keçir? – NATO-ya ilginc HƏDƏ
Bu gün, 12:18
10 ildən köhnə maşınlara QADAĞA: Bazarda son vəziyyət
Bu gün, 12:10
Bakı–Kürdəmir qatarında gediş haqqı bəlli oldu
Bu gün, 12:03
İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb
Bu gün, 11:45
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin görüşü başlayıb - YENİLƏNİB
Bu gün, 11:40
Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb
Bu gün, 11:35
İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə görüşüb
Bu gün, 11:30
Tramp İrana güzəştə getməli olacaq - “Politico” danışıqların təfərrüatlarını açıqladı
Bu gün, 11:10
Paşinyan: Metastaz veriblər, cərrəhi əmaliyyat lazımdı, ya da Nuhun gəmisinə mindirib…
Bu gün, 10:52
Azərbaycan XİN Suriyanı Milli Günü münasibətilə təbrik edib
Bu gün, 10:48
Bağça müdirindən ağlasığmaz hərəkət: O görüntülər araşdırılır
Bu gün, 10:14
Amerikalı nazir açıqladı: ABŞ İrana qarşı yeni əməliyyata başladı
Bu gün, 10:03
Avropa çempionatı: Hidayət Heydərov bu gün mübarizəyə başlayır
Bu gün, 09:40
Sahibə Qafarova bu gün Alen Simonyanla görüşəcək
Bu gün, 09:37
Bakıdan Kürdəmirə rəmzi qatar yola salındı
Bu gün, 09:28
Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb
Bu gün, 09:24
Rusiyada kriptobirja sındırıldı, istifadəçilərin milyonlarla pulu oğurlandı
Bu gün, 09:20
Azərbaycanda ev almaq niyə getdikcə çətinləşir? — AÇIQLAMA
Bu gün, 09:16
Yutubda artıq bu da mümkündür
Bu gün, 09:00
Sosial ödəniş alanlarla bağlı YENİ XƏBƏR
Dünən, 16:00
4 dəniz LAYİHƏSİ – Dünyanın XİLASI Türkiyənin əlində
Dünən, 15:50
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib - FOTO
Dünən, 15:30
Separatçılardan Xankəndidəki kilsə haqda AĞ YALAN