Bələdiyyələr daha torpaq sata bilməyəcək
Sosial
Oxunub: 110
11 fev 2026 | 15:30
Bələdiyyələr daha torpaq sata bilməyəcək


Ekspert deyir ki, bələdiyyələr yerli icmaların maraqlarını qoruyan idarəetmə institutu kimi yenidən formalaşmalıdır
Bələdiyyələrin qanunsuz torpaq ayırmaları ilə bağlı qərarları ləğv edilib. Bu, Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 10-da keçirilən iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın (Ədliyyə Nazirliyi) illik məruzəsində öz əksini tapıb.

Bildirilib ki, inzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 3142 ha torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə nazirlik tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib. Nəticədə 3121 ha torpaq sahəsinin icarəyə, 21 ha torpaq sahəsinin isə mülkiyyətə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib.

2025-ci il ərzində örüş sahələrinin qanunsuz olaraq ayrı-ayrı şəxslərə ayrılması, zəbt olunması və digər pozuntulara qarşı qanunamüvafiq tədbirlər davam etdirilib, nəticədə 2057 ha örüş sahəsi ilə bağlı qanunsuz bələdiyyə aktları inzibati nəzarət orqanının təklifləri və ya məhkəmələrə verilmiş iddialar əsasında ləğv olunub və ya dəyişdirilib.

Bəs bu bələdiyyələrin yenilənməsi üçün hansı addımlar atılmalıdır?

Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis, iqtisadçı Asif İbrahimov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “2000-ci illərin əvvəllərində Azərbaycan AŞ PA-ya üzv olmaq istəyəndə hökumətin qarşısına bir sıra tələblər qoyulmuşdu. Bunlardan biri də "de-çentraliziya" idi, bizim dilə çevirsək, hakimiyyətin əks-mərkəzləşməsi deməkdir. Yəni söhbət bir çox səlahiyyətlərin yerli özünüidarəetmə orqanlarına ötürülməsindən gedir. Həmin ərəfədə "Bələdiyyələrin statusu haqqında" AR Qanunu və "Bələdiyyələrin maliyyə əsasları haqqında" AR qanunu qüvvəyə mindi. Ancaq həmin islahatlarla formalaşdırılmış bələdiyyələrin fonunda “yarımçıq doğulmuş uşaq” mənzərəsi yarandı. Üfüqi və şaquli məsuliyyətlərin düzgün bölüşdürülməməsi, bəzi yerlərdə faktiki səlahiyyətlərin olmaması, bəzi sahələrdə isə əksinə, lazımından artıq səlahiyyətlərin verilməsi bu “yarımçıq doğulmuş uşağın” fəaliyyətində ciddi nöqsanların olmasını ortaya çıxartdı. Hətta bir vaxtlar bələdiyyə ərazisində çıxan təbii sərvətlərin də çıxarılması və satışı üzrə icazələr məhz bələdiyyələrə verilmişdi. Sonradan məcburən bir çox səlahiyyətlər bələdiyyələrdən alındı, digər dövlət qurumlarına və ya yeni yaradılmış agentliklərə, regional idarələrə verildi. Konkret bu məsələ üzrə də onu deyim ki, bələdiyyələrin qanunsuz torpaq ayırmaları ilə bağlı minlərlə hektarı əhatə edən qərarların ləğv edilməsi göstərir ki, söhbət təkcə hüquqi savadsızlıqdan yox, illər ərzində formalaşmış sistemli sui-istifadə mexanizmindən, eyni mexanizmlərin düzgün tətbiq edilməməsinin nəticəsidir. 3 142 hektar torpaq üzrə qəbul edilmiş qərarların demək olar hamısının qanunsuz sayılması bələdiyyə institutunun torpaq idarəçiliyi funksiyasını faktiki olaraq yerinə yetirə bilmədiyini açıq şəkildə ortaya qoyur".

Ekspert qeyd edir ki, xüsusilə örüş sahələrinin kütləvi şəkildə ayrı-ayrı şəxslərə verilməsi göstərir ki, bələdiyyələr ictimai marağı deyil, qısamüddətli maliyyə və fərdi maraqları üstün tutublar: “Örüş torpaqları kənd təsərrüfatının, heyvandarlığın və regionlarda sosial sabitliyin əsas dayağı olduğu halda, bu sahələrin özbaşına bölüşdürülməsi faktiki olaraq kənd təsərrüfatına qarşı idarəetmə səhlənkarlığıdır.

Məsələnin daha ciddi tərəfi ondan ibarətdir ki, qanunsuz qərarların ləğvi əksər hallarda yalnız formal xarakter daşıyır. Qərar ləğv olunur, lakin onu qəbul edən bələdiyyə sədri və üzvləri real məsuliyyət daşımır. Bu isə hüquqi cəzasızlıq mühiti yaradır və qanunsuzluqların davam etməsinə şərait yaradır. Faktiki olaraq bələdiyyə torpaqla bağlı risk edir, amma itirən tərəf cəmiyyət olur".

Asif İbrahimova görə, bu vəziyyət onu deməyə əsas verir ki, bələdiyyələrin torpaq satışı və mülkiyyətə verilməsi səlahiyyəti təxirəsalınmaz şəkildə ləğv edilməlidir: “Torpaq satışı yerli özünüidarənin inkişafı yox, onun korrupsiya risklərinin əsas mənbəyinə çevrilib. Bələdiyyələrin maliyyə çatışmazlığını torpaq hesabına kompensasiya etməsi nə hüquqi, nə də sosial baxımdan qəbulolunandır.

Eyni zamanda torpaqla bağlı bələdiyyə qərarlarının mərkəzləşdirilmiş elektron nəzarət sistemi olmadan qəbul edilməsi idarəetmədə ciddi boşluq yaradır. Kadastr, əmlak və hüquqi qeydiyyat qurumları ilə real vaxt rejimində uzlaşdırılmayan hər bir qərar potensial qanunsuzluq mənbəyidir və bu mexanizm dəyişmədikcə oxşar hallar davam edəcək.

Yaranmış mənzərə göstərir ki, bələdiyyələr torpaq satan struktur yox, yerli icmaların maraqlarını qoruyan idarəetmə institutu kimi yenidən formalaşdırılmalıdır. Əks halda, qanunsuz torpaq ayırmaları ilə bağlı bu gün açıqlanan rəqəmlər istisna yox, davamlı statistika olaraq qalacaq. Qısacası, gələcəkdə belə halların qarşısının alınması məqsədilə kompleks tədbirlər həyata keçirilməlidir. Qanunvericiliyə yenidən baxılmali, de-çentralizasiya prinsipləri əsas götürülərək üfüqi və şaquli məsuliyyətlər yenidən bölüşdürülməli, ümumiyyətlə kənd təsərrüfatı təyinatlı torpaqların satışı qadağan edilməli, yalnız icarəyə verilməlidir. Bu torpaqlar bələdiyyələrin balansında qalsa belə, torpağın aqibəti ilə bağlı verilmiş vahid elektron portal əsasında müvafiq qurumlar tərəfindən təsdiq edilməlidir".
Bu gün, 10:00
DÇ-2026: Misir İranla bərabərə qalaraq ilk dəfə pley-offa vəsiqə qazanıb
Bu gün, 09:55
Yaxın saatlarda leysan olacaq, dolu düşəcək
Bu gün, 09:45
Bu ölkədə azanı qadağan etməyə hazırlaşırlar
Bu gün, 09:41
Bu gün Bakıda UFC turniri keçiriləcək
Bu gün, 09:01
Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
Bu gün, 09:00
Hərbi Xidmətdən Yayınanlara Sərt Mesaj: “Neqodnı” Olanlar Komissiyaya Gəlsin!
Dünən, 13:02
Xankəndidəki hərbi yürüşdən - Fotolar
Dünən, 12:13
NATO Azərbaycan Ordusuna qiymət verdi
Dünən, 12:11
NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”
Dünən, 11:51
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib
Dünən, 11:14
NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım
Dünən, 11:05
Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
Dünən, 10:39
8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
Dünən, 10:27
Zakir Həsənov hərbçilərə nə arzuladı?
Dünən, 10:17
Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
Dünən, 10:11
Süni intellekt vəkilləri də əvəzləməyə başlayır — Açıqlama
Dünən, 09:46
DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
Dünən, 09:40
Yaponiyada yenidən güclü zəlzələ oldu
Dünən, 09:35
Avropada rekord istilər - Yüzlərlə ölən var
Dünən, 09:32
Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatdı
Dünən, 09:26
Arda DÇ-də rekorda imza atdı
Dünən, 09:23
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Dünən, 09:11
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Dünən, 09:00
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günüdür
25-06-2026, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
25-06-2026, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
25-06-2026, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI