Bakı Enerji Həftəsi
Xəzər Neft və Qaz Sərgisi otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynamışdır. O vaxtdan bəri bu tədbir daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini - neft, qaz, kəşfiyyat və hasilat, emal, nəqliyyatı və yaşıl enerjini əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir.
Otuz il bundan əvvəl Azərbaycan başqa bir ölkə idi. 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpası qonşu Ermənistanın təcavüzü və torpaqlarımızın demək olar ki, iyirmi faizinin işğalı ilə müşayiət olundu. Adambaşına düşən məcburi köçkünlərin sayına görə Azərbaycan bəlkə də dünyada birinci yerdə idi. Hər səkkiz nəfərdən biri məcburi köçkün idi. Bu, həqiqətən də çətin dövr idi və biz humanitar fəlakətlə üzləşdik.
1993-cü ilin vətəndaş müharibəsi ölkəni uçuruma aparırdı. Azərbaycan çox riskli ölkə hesab olunurdu. Söhbət təkcə Birinci Qarabağ müharibəsi və işğaldan yox, həm də daxili münaqişələrdən gedir. Müstəqilliyin ilk illəri böyük bir enerji böhranı ilə müşayiət olundu. Həmin dövrdə yaşananlara iqtisadi çətinlikləri, min faiz səviyyəsində olan inflyasiyanı, sənayemizin durğunluğunu və enerji resurslarının qıtlığını əlavə etmək olar. Elektrik enerjisi və təbii qaz qıtlığı var idi.
1993-cü il dönüş nöqtəsi oldu. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin oktyabrında Prezident seçilməsi ölkənin tarixində yeni səhifə açdı və söhbət təkcə ölkənin enerji seqmentindən getmir. İrimiqyaslı iqtisadi islahatlar, yeni demokratik Konstitusiyanın qəbul edilməsi, senzuranın ləğvi və iqtisadiyyatımızın ən cəlbedici sektoru olan enerji sektoruna investisiyaları cəlb etmək cəhdləri.
Birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra - 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu da ölkənin transformasiyasında dönüş nöqtəsi oldu. Məhz bunun nəticəsidir ki, BP şirkəti otuz ildir bizim strateji tərəfdaşımızdır və bundan sonra da ən azından otuz il ərzində strateji tərəfdaşımız olaraq qalacaq. 1994-cü ildə Birləşmiş Krallıqdan BP və ABŞ-dan “Amoco” beynəlxalq neft şirkətləri konsorsiumuna rəhbərlik edirdilər və onlar bizə etibar etdilər.
Üç il müddətində “Çıraq” platformasından ilk neft hasil olundu. Bu, neft sahəsinin tarixində çox əlamətdar və rekord bir hadisə idi. Müqavilənin imzalanmasından hasilata qədər cəmi üç il vaxt ötdü və sonra Qara dəniz limanlarına gedən iki boru xətti istismara verildi. 1999-cu ildə onların hər ikisi artıq işlək idi. Sonra çox çətin relyef şəraitində və region ölkələrinin və şirkətlərinin güclü əməkdaşlığı ilə uzunluğu 1700 kilometrdən artıq olan Bakıdan Ceyhana gedən əsas neft ixrac boru kəməri ərsəyə gəldi.
Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut etdi və iqtisadiyyatımızın müxtəlif sahələrinə və əlbəttə ki, enerji sektoruna əlavə investisiyalar yatırıldı. BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasimi əlamətdar hadisədir. Bu layihələrin başlanması Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir.
Dünən, 16:00
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
Dünən, 15:30
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
Dünən, 14:00
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
Dünən, 13:55
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
Dünən, 13:52
Prezident mühüm Fərman imzaladı
Dünən, 13:49
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
Dünən, 12:46
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
Dünən, 12:41
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
Dünən, 12:35
Binəqədidə obyekt yanır
Dünən, 12:31
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
Dünən, 12:24
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
Dünən, 12:15
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
Dünən, 12:11
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
Dünən, 11:56
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
Dünən, 11:50
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
Dünən, 11:46
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
Dünən, 11:35
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
Dünən, 11:25
Qarabağ və Şərqi Zəngəzura 1 milyard manatdan çox pul qoyulub
Dünən, 11:00
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
Dünən, 10:21
Kalininqrad uğrunda yeni savaş – Putindən qəzəbli açıqlama
Dünən, 10:01
Xəzərdə müharibə böyüyür – İran Ukraynaya görə dünyaya ultimatum verdi
Dünən, 09:13
Marketdə bu səhvləri edirsinizsə, hər ay cibinizdən yüzlərlə manat çıxır
Dünən, 09:00
Zəngəzur dəhlizinin boğazındakı “kal armud”
25-07-2026, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
25-07-2026, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
25-07-2026, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
25-07-2026, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video