Prezidentdən 4 qəsəbəylə bağlı sərəncam - 5,78 milyon ayrıldı
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunub ki, ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyası nəticəsində regionlarda, paytaxtda və qəsəbələrdə mühüm infrastruktur layihələri reallaşdırılmış, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşmış, abadlıq işləri geniş vüsət alıb: "Bu tədbirlərin davamı olaraq, Bakı şəhəri Xəzər rayonunun Mərdəkan, Şağan, Şüvəlan qəsəbələrinin perspektiv su təchizatı layihəsinə uyğun olaraq 54000 nəfər əhalinin fasiləsiz su təminatına imkan verəcək diametri 800 mm, uzunluğu 3,0 km olan magistral su kəmərinin, Mərdəkan qəsəbəsində diametrləri 110-280 mm, uzunluğu 15,0 km olan paylayıcı su şəbəkəsinin, diametrləri 200-400 mm, uzunluğu 1,9 km olan kanalizasiya şəbəkəsinin, Şağan qəsəbəsində diametrləri 110-280 mm, uzunluğu 9 km olan paylayıcı su şəbəkəsinin, Şüvəlan qəsəbəsində diametrləri 110-160 mm, uzunluğu 10,6 km olan paylayıcı su şəbəkəsinin, Binə qəsəbəsində diametrləri 110-225 mm, uzunluğu 2,1 km olan paylayıcı su şəbəkəsinin tikilməsi zərurəti yaranıb".
Sərəncama əsasən, Bakı şəhəri Xəzər rayonunun Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işləri davam etdirmək məqsədilə "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 5,78 (beş milyon yeddi yüz səksən min) milyon manat ayrılıb.
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməlidir.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Bu gün, 16:00
"Mercedes-Benz" istehsalı dayandırır: Almaniyadakı zavodları bağlanır!
Bu gün, 15:30
ƏHALİNİN NƏZƏRİNƏ: Bu şəxslərə pulsuz ərzaq veriləcək
Bu gün, 14:22
Göy məsciddəki təxribatda mühüm DETAL – Türk Pezeşkianın müavini...
Bu gün, 13:43
“Gümrü rus əsgərlərinin şəhəridir!” - 102-ci baza ətrafında qalmaqal
Bu gün, 13:17
Etibar Pirverdiyevin milyonları: 17 İLLİK “AZƏRENERJİ” DÖVRÜNÜN QARANLIQ SİRLƏRİ AÇILIR!
Bu gün, 12:22
Milyonluq mülkləri ilə gündəm olan sabiq deputat işdən çıxarıldı
Bu gün, 12:18
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verdi
Bu gün, 12:15
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar
Bu gün, 10:43
Səudiyyə Ərəbistanının strateji neft obyektləri VURULDU
Bu gün, 10:38
Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi
Bu gün, 10:35
Azərbaycan, Gürcüstan və Türkiyə birgə təlimlər keçirir
Bu gün, 10:28
Pensiyalar ödənildi
Bu gün, 10:23
Bakının küçələrini bir-birinə qatdı - Narkotik çəkibmiş
Bu gün, 10:19
1049 güzəştli mənzil satışa çıxır - TARİX + QİYMƏTLƏR
Bu gün, 09:55
Memarlıq və İnşaat Universiteti Şərurlu İsfəndiyarla bağlı məlumat yaydı
Bu gün, 09:52
"TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO
Bu gün, 09:45
Trampla Netanyahu telefonda dalaşıb?
Bu gün, 09:41
Bu gün millimizin oyunu var
Bu gün, 09:37
Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
Bu gün, 09:00
Qorxmaz Hüseynovun “Azərsu” dövründə milyonlar hara yoxa çıxıb? – İSTİNTAQIN İZİ KEÇMİŞ RƏHBƏRLİYƏ UZANIR!
Dünən, 23:28
Azərbaycan Böyük Britaniya ilə strateji tərəfdaş oldu
Dünən, 21:41
Əliyev-Paşinyan görüşü başa çatdı - Yenilənib-Video
Dünən, 16:00
Putinin ölümündən sonra QİYAMƏT QOPACAQ? – ABŞ-dan qorxunc ssenari
Dünən, 15:30
20 dərəcə isti olacaq - SABAHIN HAVASI
Dünən, 14:22
Azərbaycan ən çox bu ölkə ilə ticarət edib
Dünən, 13:29
DİN və ETSN birgə əməliyyat keçirdi - VİDEO
Dünən, 13:22
İcra hakimiyyətləri ilə bağlı bu məsələ gələn ildən dəyişir - RƏSMİ