Kaş, ölüm hökmü qüvvədə olaydı - Deputat 4 yaşlı qızın zorlanmasından yazdı
"4 yaşlı körpəyə qarşı bu qədər dəhşətli rəzilliyi, alçaqlığı törədən ömürlük həbsdə qalmalıdır"
Bu sözləri millət vəkili Qənirə Paşayeva Naxçıvanda 4 yaşlı qız uşağının zorlanmasına münasibət olaraq yazıb. Millət vəkili bildirib ki, bu və buna bənzər hadisələri törədənlərin cəzası ölüm hökmü olmalıdır: "Xəbərin dəhşətindən çox sarsılmışam. Sanki əlim-ayağım buz bağlamışdı. Bunu törədən insan ola bilməz. Bir vəhşidir, vəssalam. 4 yaşlı körpəyə qarşı bu qədər dəhşətli rəzilliyi, alçaqlığı törədən ömürlük həbsdə qalmalıdır. Ölüm hökmünün ləğvinin tərəfdarlarından olmuşam və tərəfdarlarından biriyəm. Amma bu üçüncü dəhşətli hadisədir ki, kaş ölüm hökmü olsaydı demişəm. Yəni, o qədər dəhşət içərisindəyəm. Bu cür bir neçə rəzil, vəhşi məxluqların üzündən bir çox insan kiçik yaşlı övladı üçün səksəkə içərisində yaşayır.
Valideynləri, bütün insanları uşaqlardan daha çox muğayat olmağa, diqqətli olmağa çağırırıq. Bu cür manyak ruhun sahiblərinə qarşı uşaqları daha yaxşı qoruya bilmək üçün bütün cəmiyyət olaraq səylərimizi, işləri, çalışmaları artırmalıyıq. Bu adam bu hadisədən öncə də qeyri-normal həyat yaşayıb, içki aludəçisi olub. Bir neçə gün əvvəl anasını döyüb kimi məlumatlar yayılıb. Ona görə də ətrafda bu cür həyat yaşayan insanlara qarşı, onları normal, sağlam həyata döndərmək üçün işlər, tədbirlər artmalıdır.
Heç bir nəticə olmadıqda, bu cür əməlləri davam etdirdikləri halda isə onları cəmiyyətdən uzaq tutmağın yolları düşünülməlidir. Hər birimiz özümüzü o körpənin ailəsinin yerinə qoyaq. O günahsız balanın yaşadığı və gələcəkdə həyatına təsir edə biləcək travmaları isə düşünmək belə insana acı verir. Məktəblərdə, bölgələrdə gənclərə böyük insani dəyərlər, əxlaq normaları haqda daha çox danışmaq, psixoloji dəstək layihələrini artırmaq lazımdır. Televiziyalarda mənəvi yüksəlişə təsir edən proqramlar daha da artmalıdır. İndi şou verlişlərinə deyil, bu cür verlişlərə ehtiyac var". Deputat gəncləri spirtli içkilərə alüdə olmaqdan çəkindirməyə çağırıb:
"Gənclər arasında spirtli içkilərin içilməsinə qarşı ciddi mübarizə aparaq dediyimdə bəzi sosial şəbəkə istifadəçiləri "Qənirə xanım, siz lap dindar kimi danışırsınız" deyə yazırdı. Bunun nə əlaqəsi var axı? Mübarizə aparmayaq, uşaqlarımız alkol aludəçisinə çevrilsin, içərisində yırtıcı yatan bəziləri də alkolun aşırı dozası ilə vəhşiyə çevrilib övladlarımıza, ətrafa zərər vursun? Bəzi mövzularda fikirləri başqa yerlərə çəkmək lazım deyil. Yenə də deyirəm,əziz valideynlər, uşaqlarınızı spirtli içkilərdən, siqaretdən, narkotikdən və qumardan uzaq tutun. Əziz insanlar, ətrafınızda içki düşkünü, içib ailəsinə zərər verən, normal olmayan həyat tərzi sürən biri varsa laqeyid olmayın, müvafiq qurumlara xəbər edin. Yerli qurumlar, bu məsələlərə xüsusi diqqət edin. Çünki belələri hər an hər birimizin ailəsinə, övladına dəhşətli zərər verə bilər. Məncə, cəmiyyət olaraq bu xəbərdən dəhşətə düşüb, üzüldükdən sonra qısa zamanda unutmamalıyıq. Hər birimiz ətrafımızda baş verənlərə diqqətli olmalı, laqeyd yanaşmamalı, "mənə nə" deməməliyik. Bütün qurumlarımız, QHT, KİV-lərimiz, hamımız, bütün cəmiyyətimiz birlikdə daha çox çalışmalıyıq. Əziz körpə balamıza Allah yardımçı olsun. Ailəsinə bu acını aşa biləcək güc versin. O gözəl bala bizim də balamızdır. Bu dəhşəti törədən "insan" isə layiq olduğu cəzanı çəkməlidir".
Bu gün, 16:00
"Mercedes-Benz" istehsalı dayandırır: Almaniyadakı zavodları bağlanır!
Bu gün, 15:30
ƏHALİNİN NƏZƏRİNƏ: Bu şəxslərə pulsuz ərzaq veriləcək
Bu gün, 14:22
Göy məsciddəki təxribatda mühüm DETAL – Türk Pezeşkianın müavini...
Bu gün, 13:43
“Gümrü rus əsgərlərinin şəhəridir!” - 102-ci baza ətrafında qalmaqal
Bu gün, 13:17
Etibar Pirverdiyevin milyonları: 17 İLLİK “AZƏRENERJİ” DÖVRÜNÜN QARANLIQ SİRLƏRİ AÇILIR!
Bu gün, 12:22
Milyonluq mülkləri ilə gündəm olan sabiq deputat işdən çıxarıldı
Bu gün, 12:18
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verdi
Bu gün, 12:15
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar
Bu gün, 10:43
Səudiyyə Ərəbistanının strateji neft obyektləri VURULDU
Bu gün, 10:38
Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi
Bu gün, 10:35
Azərbaycan, Gürcüstan və Türkiyə birgə təlimlər keçirir
Bu gün, 10:28
Pensiyalar ödənildi
Bu gün, 10:23
Bakının küçələrini bir-birinə qatdı - Narkotik çəkibmiş
Bu gün, 10:19
1049 güzəştli mənzil satışa çıxır - TARİX + QİYMƏTLƏR
Bu gün, 09:55
Memarlıq və İnşaat Universiteti Şərurlu İsfəndiyarla bağlı məlumat yaydı
Bu gün, 09:52
"TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO
Bu gün, 09:45
Trampla Netanyahu telefonda dalaşıb?
Bu gün, 09:41
Bu gün millimizin oyunu var
Bu gün, 09:37
Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
Bu gün, 09:00
Qorxmaz Hüseynovun “Azərsu” dövründə milyonlar hara yoxa çıxıb? – İSTİNTAQIN İZİ KEÇMİŞ RƏHBƏRLİYƏ UZANIR!
Dünən, 23:28
Azərbaycan Böyük Britaniya ilə strateji tərəfdaş oldu
Dünən, 21:41
Əliyev-Paşinyan görüşü başa çatdı - Yenilənib-Video
Dünən, 16:00
Putinin ölümündən sonra QİYAMƏT QOPACAQ? – ABŞ-dan qorxunc ssenari
Dünən, 15:30
20 dərəcə isti olacaq - SABAHIN HAVASI
Dünən, 14:22
Azərbaycan ən çox bu ölkə ilə ticarət edib
Dünən, 13:29
DİN və ETSN birgə əməliyyat keçirdi - VİDEO
Dünən, 13:22
İcra hakimiyyətləri ilə bağlı bu məsələ gələn ildən dəyişir - RƏSMİ