Prezidentdən daha bir gözəl tapşırıq - TƏCİLİ - Bax əhali sizdən bunu gözləyir!!!
Siyaset
Oxunub: 7 761
24 iy 2017 | 11:00
Prezidentdən daha bir gözəl  tapşırıq - TƏCİLİ - Bax əhali sizdən bunu gözləyir!!!










Prezident cəzalandırır: “Porşe”li milyonçu, 400 minlik toy edən liftçi və şofer döyən general oğlu...


Azərbaycan prezidenti İlham Əliyev israfçılıq və harınlıq edən məmurları, onların övladlarını cəzalandırır

Son aylarda ardıcıl baş verən hadisələr buna nümunədir.

Məsələn, milyonçu iş adamı Füzuli Fərəcovun azyaşlı oğlu Ağaəli Fərəcovun iki uşaq anasını “Porşe” ilə vurub öldürməsi, Bakı Liftlər İdarəsinin direktoru Qüdrət Şükürovun qızına 400 minlik toy keçirməsi, Səfərbərlik Xidmətində rəis müavini, general Novruzəli Orucovun oğlunun avtobus şoferini döyməsi ardıcıl yaşanan olaylardır. Doğrudur, rəsmi şəkildə nə baş liftçiyə cəza verildiyi açıqlandı, nə də biznesmenin övladı həbs edildi, təkcə general işdən azad olundu, oğlu həbsə atıldı...

Buna baxmayaraq, rəsmi şəxslərin açıqlamalarından sezildi ki, həm Q.Şükürov etdiyi israfçılığa, prezidentin təvazökar olmağa çağırdığı halda dəbdəbəli toy keçirməsinə görə cəzalandırılıb, həm də biznesmen oğlunun törətdiyi ağır qəzaya görə vəzifə sahibi olmasa da, böyük cəza ilə qarşılaşıb.

Bu dərslər həm də bir nümunədir ki, başqaları ibrət götürsünlər. Əvvəllər, məmurlar və övladları inanmırdılar ki, onlar cəzalandırıla bilər.

Bu arxayınlıq 2013-cü ildən alt-üst oldu. İsmayıllıdan başlayaraq bu günə kimi qudurğanlıq edən hər bir nazir yaxud məmur övladı cəzasını çəkir.

Qudurğan və dikbaş zəngin uşaqları tarixən sarayların başına oyun açıblar. Onların ucbatından hakimiyyətlər yıxılıb, başlar gedib, qəzəbli kütlə tərəfindən saraylar dağıdılıb.

Ataların etmədiyini övladların timsalında qabaqlarına çıxmaları onların 30-40 illik əməyini yerə vurub.

Ulus.Az xəbər verir ki, prezident İlham Əliyev məhz 2013-cü ildən qudurğan məmur balalarına qarşı amansız olmağa başlayıb.

2013-cü ilədək hər hansı nazir yaxud məmur övladı hakimiyyətin başına belə bəla açmamışdı. İsmayıllı hadisələri isə partlayış nöqtəsi oldu və iqtidarı daxili siyasətinə yenidən baxmağa vadar etdi.

Həqiqətən də, seçki ilində İsmayıllıda üsyan qalxması, nazir oğlunun harınlığına etiraz olaraq başçı olan əmisinin villasının yandırılmasına cəhd olunması, iki gecə barikkadalar qurulmasına qədər proseslərin miqyası genişlənmişdi.

Hakimiyyətin də İsmayıllı üsyanından çıxardığı dərslər bundan ibarət idi: regionlara dalğavari yayıla bilər, sosial narazılıq var, yerlərdə məmurlar insanları çox süründürüblər və qisas hissi ilə alışıb-yanan təbəqə var.

Beləcə, ilk dəfə bir nazir oğluna görə cəzalandırılaraq vəzifəsindən çıxarıldı və bu, başlanğıc idi.

Məmur balasının qəza törətdiyi hadisələrdən biri iyun ayının 7-si baş verib. Belə ki, Bakının Xəzər rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

26 yaşlı Hacıyev Əli Etibar oğlu idarə etdiyi "Hyundai" markalı avtomobil ilə Zığ yolunda hərəkətdə olarkən sürət həddini aşıb və maşın idarəetmədən çıxaraq yolun kənarındakı yamacdan aşağı doğru aşıb.

Nəticədə sürücü Əli Hacıyev və avtomobildə olan 31 yaşlı sərnişin Nəsrullayev Şamil Mürsəl oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Avtomobil deformasiyaya uğrayıb. Əli Hacıyev respublikanın rayon yol polisi şöbələrindən birinin rəisi olan Etibar Hacıyevin oğludur.

Azərbaycanlı məmur qohumunun qəza törətdiyi hadisələrdən biri iyulun 12-də qeydə alınıb. Qəza hadisəsi Bakıda aeroport yolunda qeydə alınıb.

Belə ki, "Range Rover" markalı avtomobil yol arakəsmələrini təmizləyən "KamAZ" su maşınına çırpılıb. Hadisə nəticəsində avtomobil deformasiyaya uğrayıb və sürücü nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları cəlb edilib. FHN əməkdaşları deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü nəqliyyat vasitəsindən çıxarıblar.

Qeyd edək ki, sürücü Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) şöbə rəisi, 31 yaşlı polis kapitanı Cabir Firdovsi oğlu Hüseynovdur. O, qəza zamanı ağır xəsarət alıb.
Bu gün, 13:48
Bakının 4 rayonunda tikinti işləri başlayır - SƏRƏNCAM
Bu gün, 13:21
Sabunçu tuneli bərpa ediləcək
Bu gün, 13:17
“Son fürsət”, “məhdud sayda” kimi reklamlara aldanmayın! - DİN
Bu gün, 12:40
Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək
Bu gün, 12:36
Keşlədə sökülən evə görə birdəfəlik maddi yardım veriləcək
Bu gün, 12:29
Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı
Bu gün, 12:18
Yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
Bu gün, 12:14
“Şahdağ” hoteli mənə deyil, qardaşıma məxsusdur” - Deputat
Bu gün, 12:09
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 106 il ötür
Bu gün, 11:00
Dövlət məktəblərində DƏYİŞİKLİK - TƏSDİQLƏNDİ
Bu gün, 10:57
Abşeronda kafedə KÜTLƏVİ DAVA: 2 qardaş bıçaqlandı, 4 nəfər saxlanıldı
Bu gün, 10:54
Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq
Bu gün, 10:50
Evində bu səhvi edənlər 600 manat cərimə ÖDƏYƏCƏK
Bu gün, 10:47
Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb
Bu gün, 09:44
Leyla və Arzu Əliyevalar Xan məscidində - FOTOLAR
Bu gün, 09:30
Azərbaycan və Almaniya arasında ticarətin həcmi açıqlandı
Bu gün, 09:26
Maqyar Orbana yaxın oliqarxlara qarşı hərəkətə keçdi
Bu gün, 09:23
Bakıda yolu keçən qadını vuran şəxs futbolçu imiş
Bu gün, 09:18
Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür
Bu gün, 09:11
Ermənistan Azərbaycanla sərhəddə silahsız xidmətə keçir - Paşinyan AÇIQLADI
Bu gün, 09:00
Erməni bloger gözlənilməz çağırış: ‘Xaçaturyan azad olmamalı idi!’ – Gərginlik artır”
Dünən, 16:00
Trampdan gözlənilməz etiraf: "Bilmirəm…" – suiqəsd iddiasına şübhə saldı
Dünən, 15:30
Mayda 14 gün iş OLMAYACAQ
Dünən, 14:22
Sülhə qarşı təxribat və Bakıya hücum: Brüsselin məqsədi nədir?
Dünən, 13:11
3 günlük geri sayım başladı? - Tramp İrana xəbərdarlıq etdi
Dünən, 12:30
İlham Əliyevin Çexiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilir
Dünən, 12:22
Bu sənəd olmadan artıq işə qəbul ola BİLMƏYƏCƏKSİNİZ