Ayaz Mütəllibovdan tarixi etiraf: “Bu gün Azərbaycanın müdrik rəhbəri var” — MÜSAHİBƏ
Azərbaycan Respublikasının sabiq Prezidenti Ayaz Mütəllibov “Ölkə.Az” xəbər portalına müsahibə verib.
Həmin müsahibəni oxuculara təqdim edirik:
– Ayaz bəy, bayramı harada qeyd edirsiniz?
– Bayramı öz Vətənimdə qeyd edirəm. Çoxları bayramda xaricə gedir. Ancaq bizim xariclə işimiz yoxdur. Xaricdə uzun müddət olmuşuq. Kifayət qədər xaricdə yaşamışıq. Mən Azərbaycana qayıdandan sonra cəmi 2 dəfə xaricdə olmuşam. O da həkimlərin məsləhəti ilə müalicə olunmaq üçün həyat yoldaşımla bərabər Moskavada olmuşuq. Çünki 7 il öncə həyat yoldaşım Moskvada xəstəxanada müalicə olunub. Ona görə də bəzən ildə 2 dəfə yenə həmin xəstəxanaya gedib müayinə olunur. Başqa heç bir ölkəyə getməmişik.
– Gələn il Azərbaycanda növbəti prezident seçkiləri keçirilməsi nəzərdə tutulub. Bir çox siyasətçilər iddia edir ki, 2018-ci il seçkiləri Rusiyanın güclü təzyiqi fonunda keçəcək. Hətta, yəhudi əsilli deputat Yevda Abramov Rusiyanın Azərbaycanda prezidentliyə gizli namizəd hazırlamasını da iddia edib. Bu cür iddialarla razısınızmı?
– Gələn il prezident seçkiləri ərəfəsində Rusiyanın Azərbaycana qarşı təzyiqlərini gücləndirəcəyi barədə konkret nə isə deyə bilmərəm. Çünki xeyli vaxtdır ki, siyasətdən uzaqlaşmışam. Mətbuatdan izlədiyim, eşitdiyim məlumatlar isə imkan vermir ki, bu suala dərindən cavab verim.
Azərbaycanda Prezident seçkilərinə Rusiyanın müdaxilə edəcəyi məsələsinə gələndə isə deyə bilərəm ki, bu cür fikirlər vaxtaşırı səslənir. Ancaq mən belə fikirlərin doğru olmasına inanmıram. Bu gün Azərbaycanda siyasi sabitlik hökm sürür, ölkənin müdrik rəhbəri var. Xalqımız da müdrikdir, nəyin doğru, nəyin səhv olduğunu dərk edir. Ona görə də Azərbaycanda xarici dövlətlərin müdaxiləsi uğur qazana bilməz. Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır.
– Bu yaxınlarda Milli Məclisin komitə sədri Arif Rəhimzadə Azərbaycanın dövlət kimi yaradılmasında rus dilinin böyük rolu olduğunu söyləyib. Bu cür fikirlərə münasibətiniz necədir?
– Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı Arif Rəhimzadənin səsləndirdiyi fikirlər onun şəxsi düşüncələridir. Burada söhbət yalnız SSRİ-dən, keçmiş Sovet İttifaqı tarixindən gedə bilər. Azərbaycanın dövlət kimi yaradılmasında Rusiyanın rolu ola bilməz. Çünki Rusiyanın özü belə müstəqil dövlət kimi 1990-cı ildə formalaşıb. Rusiya da Azərbaycan kimi SSRİ-nin üzvü olan dövlətlərdən biri olub. Azərbaycan dövlətinin yaradılması xalqın hesabına mümkün olub.
Ancaq onu açıq etiraf etmək lazımdır ki, Azərbaycan üçün rus dilinin əhəmiyyəti böyükdür. Hələ ötən əsrin əvvəlindən bəri Azərbaycanla bağlı gedən inqilabi prosesləri yada salsaq, deyə bilərik ki, bütövlükdə Azərbaycan tarixən öz müstəqilliyini qazanmağa can atıb. O dövrdə rus dili olmasaydı, bizim xaricə çıxmaq imkanımız məhdud olardı. Bu indinin özündə də belədir. Çünki bir çox elmlərə rus dili vasitəsilə yiyələnmək mümkün olub. Rusiya bizim nəhəng qonşumuzdur. Bu gün bir çox böyük dövlətlər, ABŞ və Avropa ölkələri Rusiya ilə hesablaşmağa məcburdur. Rusiya həm də böyük ticarət məkanıdır. Ona görə də rus dilini bilmək vacibdir. İngilis, fransız və digər xarici dilləri də bilmək lazımdır. Ancaq rus dilini öyrənməmək üçün hər hansı bəhanə ortaya çıxarmaq doğru deyil.
İndi bəzi adamlar rus dilini öyrənmək deyənə, ana dilinə qarşı çıxmaq kimi başa düşürlər. Bu əsla belə deyil. Məgər keçmiş Sovet İttifaqı dövründə ana dilində danışmağa qadağa var idi? Azərbaycanda hələ Sovet İttifaqı dövründə də Azərbaycan dili işlənirdi. Sadəcə olaraq SSRİ dövründə bir çox valideynlər öz övladlarını rus dilli məktəblərə göndərirdi. Bunun nəticəsində də rus dilli təbəqə formalaşdı. Ancaq həmin dövrdə Azərbaycan dilində də məktəblər var idi. Özü də rus dilli məktəblərdən də yaxşı təhsil verirdi. Sadəcə olaraq valideynlər özləri övladlarını hansı məktəbə göndərməkdə sərbəst idilər. Bu gün də Azərbaycanın öz gözəl dili var. Biz dünyaya daha çox Azərbaycan dili ilə çıxmalıyıq. Ancaq kimsə hansısa xarici ölkənin tarixini dərindən bilmək istəyirsə, həmin dili öyrənə bilər.
Bu gün, 12:00
“Hər gün yüzlərlə iş yeri bağlanır”
Bu gün, 11:22
Yağışlı hava şəraiti ilə bağlı sürücülərə - Müraciət
Bu gün, 11:18
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi açıqlama
Bu gün, 10:00
DÇ-2026: Misir İranla bərabərə qalaraq ilk dəfə pley-offa vəsiqə qazanıb
Bu gün, 09:55
Yaxın saatlarda leysan olacaq, dolu düşəcək
Bu gün, 09:45
Bu ölkədə azanı qadağan etməyə hazırlaşırlar
Bu gün, 09:41
Bu gün Bakıda UFC turniri keçiriləcək
Bu gün, 09:01
Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
Bu gün, 09:00
Hərbi Xidmətdən Yayınanlara Sərt Mesaj: “Neqodnı” Olanlar Komissiyaya Gəlsin!
Dünən, 13:02
Xankəndidəki hərbi yürüşdən - Fotolar
Dünən, 12:13
NATO Azərbaycan Ordusuna qiymət verdi
Dünən, 12:11
NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”
Dünən, 11:51
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib
Dünən, 11:14
NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım
Dünən, 11:05
Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
Dünən, 10:39
8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
Dünən, 10:27
Zakir Həsənov hərbçilərə nə arzuladı?
Dünən, 10:17
Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
Dünən, 10:11
Süni intellekt vəkilləri də əvəzləməyə başlayır — Açıqlama
Dünən, 09:46
DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
Dünən, 09:40
Yaponiyada yenidən güclü zəlzələ oldu
Dünən, 09:35
Avropada rekord istilər - Yüzlərlə ölən var
Dünən, 09:32
Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatdı
Dünən, 09:26
Arda DÇ-də rekorda imza atdı
Dünən, 09:23
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Dünən, 09:11
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Dünən, 09:00
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günüdür