"Ermənistan ordusu işğal etdiyi bəzi mövqeləri qaytara bilər" — SENSASİON AÇIQLAMA
Siyaset
Oxunub: 908
1 in 2017 | 12:06
"Ermənistan ordusu işğal etdiyi bəzi mövqeləri qaytara bilər" — SENSASİON AÇIQLAMA

















"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı tərəfdir. Çünki Azərbaycanla Ermənistanla arasında müharibə yenidən qızışsa, bu ilk növbədə Rusiyanın ziyanına olacaq. Ona görə də rəsmi Moskva tərəflərə müxtəlif mesajlar göndərir və bu məsələnin hər vəchlə həlli üçün addımlar atır. Lakin Ermənistan hər şeyini verib Rusiya ilə ağlasığmayan ittifaq yaratmaqla mövcud status-kvonu saxlamaq və münaqişənin həllinin uzanmasını istəyir. Amma bu məsələ gec-tez həll olunmalıdır. Bunu hamı başa düşür, Ermənistandan başqa..."
"Ölkə.Az" xəbər verir ki, bu barədə Milli.Az-a açıqlamasında Rusiyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan müdafiə nazirlərinin Moskvada baş tutan görüşünü şərh edən "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, fəlsəfə doktoru Elxan Ələsgərov bildirib.
Onun fikrincə, Moskvada keçirilən görüşdə bir neçə məsələ müzakirə olunub. Ekspert onların arasında sensasion hesab edilə biləcək ehtimalın reallaşa biləcəyini də istisna etməyib: "Ötən ilin aprel döyüşlərindən sonra Rusiya münaqişənin həlli ilə bağlı bir neçə təşəbbüslə çıxış edib. Belə ki, Azərbaycan və Ermənistan prezidentlərinin əvvəlcə Vyanada, sonra Sankt-Peterburqda görüşləri təşkil edilib. Azərbaycan və Ermənistanın müdafiə nazirlərinin indiki Moskva görüşü isə ilk növbədə cəbhə bölgəsində hərbi toqquşmaların qarşısını almağa yönəldilib. İkincisi, məncə görüşün nəticələrinə əsasən, Ermənistan ordusu işğal etdiyi Azərbaycan ərazilərindəki hansısa mövqelərdən geri çəkilə və bəzi əraziləri geri qaytara bilər.
Çünki bu Azərbaycanın istəyi, tələbi və sülhə aparan yeganə yoldur. Məncə görüşdə bu iki əsas mövzu müzakirə edilib. Lakin region ətrafındakı, Suriyada baş verən hadisələr, eləcə də Azərbaycan-Rusiya və Rusiya-Ermənistan hərbi əlaqələri də müzakirə ediləcək. Qeyd etməliyəm ki, Rusiyanın "İskəndər" raketlərini Ermənistana verməsindən sonra İrəvan işğalçı siyasətində və işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmamaqda daha israrlı olub. Məhz bundan sonra Ermənistanın hərbi-siyasi rəhbərləri bir düyməni basmaqla Bakını hər an vura biləcəkləri ilə hədələməyə başladılar".
Qeyd edək ki, Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 26-da MDB-nin Müdafiə Nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib. Görüşdən sonra Rusiya, Azərbaycan və Ermənistan müdafiə nazirlərinin xüsusi görüşü keçirilib.
Bu gün, 11:22
Yağışlı hava şəraiti ilə bağlı sürücülərə - Müraciət
Bu gün, 11:18
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi açıqlama
Bu gün, 10:00
DÇ-2026: Misir İranla bərabərə qalaraq ilk dəfə pley-offa vəsiqə qazanıb
Bu gün, 09:55
Yaxın saatlarda leysan olacaq, dolu düşəcək
Bu gün, 09:45
Bu ölkədə azanı qadağan etməyə hazırlaşırlar
Bu gün, 09:41
Bu gün Bakıda UFC turniri keçiriləcək
Bu gün, 09:01
Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
Bu gün, 09:00
Hərbi Xidmətdən Yayınanlara Sərt Mesaj: “Neqodnı” Olanlar Komissiyaya Gəlsin!
Dünən, 13:02
Xankəndidəki hərbi yürüşdən - Fotolar
Dünən, 12:13
NATO Azərbaycan Ordusuna qiymət verdi
Dünən, 12:11
NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”
Dünən, 11:51
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib
Dünən, 11:14
NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım
Dünən, 11:05
Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
Dünən, 10:39
8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
Dünən, 10:27
Zakir Həsənov hərbçilərə nə arzuladı?
Dünən, 10:17
Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
Dünən, 10:11
Süni intellekt vəkilləri də əvəzləməyə başlayır — Açıqlama
Dünən, 09:46
DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
Dünən, 09:40
Yaponiyada yenidən güclü zəlzələ oldu
Dünən, 09:35
Avropada rekord istilər - Yüzlərlə ölən var
Dünən, 09:32
Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatdı
Dünən, 09:26
Arda DÇ-də rekorda imza atdı
Dünən, 09:23
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Dünən, 09:11
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Dünən, 09:00
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günüdür
25-06-2026, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR