Prezident "Sovetski"də maşın sürdü - Fotolar
Siyaset
Oxunub: 804
31 may 2017 | 10:57
Prezident "Sovetski"də maşın sürdü - Fotolar

















İlham Əliyev və xanımı yeni tikilən yolların açılışında

"Sovetski" də tikilən yolun açılışı olub. İstiPress-in məlumatına görə, ötən gün prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda keçmiş “Sovetski” adlanan ərazidə Mirzəağa Əliyev və Füzuli küçələrinin davamı olaraq yeni tikilən yolların açılışında iştirak edib, digər küçələrdə aparılan işlərin gedişi ilə tanış olublar.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına “Bakı şəhəri, keçmiş “Sovetski” ərazisində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması” layihəsinin birinci mərhələsi üzrə görülən işlər barədə məlumat verib.

Layihənin birinci mərhələsinə ümumi uzunluğu 7 kilometrdən artıq 5 küçədə aparılan yenidənqurma işləri, ikinci mərhələsinə isə ərazidə yaşıllıqların, parkların, istirahət zonalarının salınması, sosial infrastrukturun yaradılması daxildir. Layihənin icrasına 2016-cı il avqustun 5-də start verilib. Aparılan işlər yüksək keyfiyyətlə, texnoloji ardıcıllığa uyğun, həm də maksimum qısa müddətdə icra edilib.
Prezident "Sovetski"də maşın sürdü - Fotolar

"Sovetski"də yol açılışı

Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması istiqamətində prezident İlham Əliyevin ötən ilin avqustunda imzaladığı müvafiq sərəncamlara uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən aparılan işlər çərçivəsində Füzuli meydanında yerləşən dairə ləğv edilib. Avtonəqliyyat vasitələrinin hərəkəti layihə üzrə yeni istiqamətlərə yönəldilib. Belə ki, avtonəqliyyat vasitələrinin hərəkəti Şıxəli Qurbanov küçəsindən dairəyə çatmamış sağa, Füzuli küçəsinin davamı olaraq yeni salınmış yola, oradan da yeni yaradılmış geridönmə hissə ilə Mirzəağa Əliyev küçəsinə yönəldilib. Azərbaycan prospektindən gələn avtonəqliyyat vasitələri də layihə üzrə nəzərdə tutulmuş yeni sxem əsasında hərəkət edəcək.

Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində dairənin ləğvi ilə yeni hərəkət istiqamətləri üzrə - Akademik Milli Dram Teatrının hər iki tərəfində yerləşən Mirzəağa Əliyev və Füzuli küçələrinin davamı əsaslı şəkildə yenidən tikilib.

Mirzəağa Əliyev və Füzuli küçələrinin davamı olaraq salınan yolların uzunluğu müvafiq surətdə 750 və 800 metr, eni isə 15 metr təşkil edir. Bu yolların istifadəyə verilməsi ilə ərazidə nəqliyyatın hərəkətinin normal tənzimlənməsi, tıxacların qarşısının alınması və piyadaların təhlükəsizliyi üçün hərtərəfli şərait yaradılıb. Bundan başqa, bu layihənin icrası paytaxtımızda son dövrlərdə yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində uğurla aparılan işləri aydın nümayiş etdirir.

Dövlət başçısı yeni yolların rəmzi açılışını bildirən lenti kəsib.

Layihə çərçivəsində yenidən qurulan 440 metr uzunluğunda Balababa Məcidov küçəsinin eni genişləndirildikdən sonra 15 metrə çatdırılıb. Burada da tam müasir yol infrastrukturu yaradılıb.

Uzunluğu 1825 metr, genişləndirildikdən sonra eni 15 metrə çatan Abdulla Şaiq küçəsində və 2165 metr uzunluğu olan Nərimanov prospektində isə hazırda son tamamlama işləri aparılır. Yaxın günlərdə bu yolların da istifadəyə verilməsi nəzərdə tutulur.

Hazırda Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması layihəsinin həyata keçirildiyi ərazi boyu son tamamlama işləri sürətlə davam edir.
Prezident "Sovetski"də maşın sürdü - Fotolar

Prezident və xanımı açılışda

Yenidən qurulan yollarda müasir işıqlandırma sistemləri, avtobus dayanacaqları quraşdırılacaq, yeraltı və yerüstü parkinq yerləri, həmçinin piyada keçidləri inşa ediləcək.

Onu da deyək ki, “Sovetski”nin köçürülməsi hələ Sovet İttifaqı dövründə belə paytaxt üçün vacib sayılan layihə idi. Bu irimiqyaslı və tarixi layihə yalnız müstəqil ölkəmizin iqtisadi inkişafı dövründə dövlətimizin başçısının təşəbbüsü ilə həllini tapıb.

Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verib.
Prezident "Sovetski"də maşın sürdü - Fotolar

Prezident "Sovetski"də maşın sürdü - Fotolar
Bu gün, 11:18
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi açıqlama
Bu gün, 10:00
DÇ-2026: Misir İranla bərabərə qalaraq ilk dəfə pley-offa vəsiqə qazanıb
Bu gün, 09:55
Yaxın saatlarda leysan olacaq, dolu düşəcək
Bu gün, 09:45
Bu ölkədə azanı qadağan etməyə hazırlaşırlar
Bu gün, 09:41
Bu gün Bakıda UFC turniri keçiriləcək
Bu gün, 09:01
Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
Bu gün, 09:00
Hərbi Xidmətdən Yayınanlara Sərt Mesaj: “Neqodnı” Olanlar Komissiyaya Gəlsin!
Dünən, 13:02
Xankəndidəki hərbi yürüşdən - Fotolar
Dünən, 12:13
NATO Azərbaycan Ordusuna qiymət verdi
Dünən, 12:11
NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”
Dünən, 11:51
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib
Dünən, 11:14
NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım
Dünən, 11:05
Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
Dünən, 10:39
8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
Dünən, 10:27
Zakir Həsənov hərbçilərə nə arzuladı?
Dünən, 10:17
Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
Dünən, 10:11
Süni intellekt vəkilləri də əvəzləməyə başlayır — Açıqlama
Dünən, 09:46
DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
Dünən, 09:40
Yaponiyada yenidən güclü zəlzələ oldu
Dünən, 09:35
Avropada rekord istilər - Yüzlərlə ölən var
Dünən, 09:32
Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatdı
Dünən, 09:26
Arda DÇ-də rekorda imza atdı
Dünən, 09:23
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Dünən, 09:11
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Dünən, 09:00
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günüdür
25-06-2026, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
25-06-2026, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI