Korrupsioner məmurların məhv etdiyi baramaçılıq 15 min iş yeri açır - Faktlar
Siyaset
Oxunub: 31 488
30 may 2017 | 00:54
Korrupsioner məmurların məhv etdiyi baramaçılıq 15 min iş yeri açır - Faktlar














Hazırda aqrar sektorda gəlirli və tez zamanda başa gəlməsi mümkün olan istehsalat sahələri arasında baramaçılıq xüsusilə seçilir

Keçən il ölkə Prezidenti İlham Əliyev baramaçılığın inkişaf etdirilməsi ilə bağlı konkret tapşırıqlarını verdi.

Uzun illər peşə vərdişindən kənar qalan kümçülər yenidən qollarını çırmayaraq həvəslə işə girişdilər. Çünki onlar zamanında baramaçılığın və ondan gələn gəlirin nə demək olduğunu yaxşı bilirdilər. Xüsusi olaraq dövlət başçısının tapşırığı ilə baramanın

1 kiloqramının qiymətinin 8 manat müəyyənləşdirilməsi olduqca cəlbedici idi. Beləliklə də, ilk sınaq ili uğurlu oldu. 2016-cı ilin aprelindən Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə 49,5 kiloqram ipəkqurdu toxumu alınaraq 24 rayona paylanmışdı.

Bundan ümumilikdə 70,7 ton yaş barama alınaraq “Şəki-İpək” ASC-yə satılıb. Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən, bu il Nazirlər Kabineti Çin Xalq Respublikasından 6 min qutu ipəkqurdu toxumu gətirib.

Qax rayonundakı damazlıq ipəkçilik stansiyasında inkubasiyaya qoyulmuş qurdlar dirildilərək ipəkqurdu halına gətirilib.
Bölgüyə əsasən, vaxtı ilə ipəkçiliklə məşğul olan rayonlardan 30-na ipəkqurdu paylanılıb. Nəticə normal olacağı halda, bu il ümumilikdə 300 ton yaş barama istehsalına nail olunacaq.

Bu da sonda müəssisədə baramaaçan, toxucu və burucu istehsalatlarının yenidən bərpa olunması ilə nəticələnə bilər. Beləliklə, ASC-də çalışan 600 nəfərin minimum 9 ay daimi işlə təmin olunmasını təşkil etmək olar.

Ulus.Az-ın İqtisadiyyat Şöbəsi xəbər verir ki, baramaçılığın yerli potensialdan istifadə olunmaqla inkişaf etdirilməsində vacib məsələlərdən biri də damazlıqla bağlıdır. Lakin xeyli vaxt bu istiqamətdə də boşluq yaranıb.

Əvvəllər bu sahədə əhəmiyyətli fəaliyyəti ilə seçilən Qax Damazlıq İpəkçilik Stansiyası Kənd Təsərrüfatı Nazirliyinin tərkibində olduğu halda, sonradan satışa çıxarılmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin balansına keçirilmişdi. Lakin keçən il Nazirlər Kabinetinin qərarına əsasən, yenidən Kənd Təsərrüfatı Nazirliyinə qaytarılıb.

Artıq bu stansiyanın təzədən dirçəldilməsi üçün layihə hazırlanır. Məqsəd yenidən burada həm damazlıq işinin inkişaf etdirilməsinə, həm də sənaye toxumunun istehsalına nail olmaqdır.

Layihənin reallaşdırılmasında Çin avadanlıqları və mütəxəssislərindən istifadə ediləcək. Bu da gələcəkdə barama istehsalının 1000 tona çatdırılması hədəfinə gedən yolun daha da işıqlanmasına təsir edəcək.
Bu gün, 11:22
Yağışlı hava şəraiti ilə bağlı sürücülərə - Müraciət
Bu gün, 11:18
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi açıqlama
Bu gün, 10:00
DÇ-2026: Misir İranla bərabərə qalaraq ilk dəfə pley-offa vəsiqə qazanıb
Bu gün, 09:55
Yaxın saatlarda leysan olacaq, dolu düşəcək
Bu gün, 09:45
Bu ölkədə azanı qadağan etməyə hazırlaşırlar
Bu gün, 09:41
Bu gün Bakıda UFC turniri keçiriləcək
Bu gün, 09:01
Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
Bu gün, 09:00
Hərbi Xidmətdən Yayınanlara Sərt Mesaj: “Neqodnı” Olanlar Komissiyaya Gəlsin!
Dünən, 13:02
Xankəndidəki hərbi yürüşdən - Fotolar
Dünən, 12:13
NATO Azərbaycan Ordusuna qiymət verdi
Dünən, 12:11
NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”
Dünən, 11:51
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib
Dünən, 11:14
NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım
Dünən, 11:05
Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
Dünən, 10:39
8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
Dünən, 10:27
Zakir Həsənov hərbçilərə nə arzuladı?
Dünən, 10:17
Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
Dünən, 10:11
Süni intellekt vəkilləri də əvəzləməyə başlayır — Açıqlama
Dünən, 09:46
DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
Dünən, 09:40
Yaponiyada yenidən güclü zəlzələ oldu
Dünən, 09:35
Avropada rekord istilər - Yüzlərlə ölən var
Dünən, 09:32
Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatdı
Dünən, 09:26
Arda DÇ-də rekorda imza atdı
Dünən, 09:23
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Dünən, 09:11
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Dünən, 09:00
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günüdür
25-06-2026, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR